Yer üzündəki dəlillər
Quranda insanı Allah'ın yaratdığı, insanın yaranma məqsədinin Rəbbimizə ibadət və qulluq etmək olduğu, ölümdən sonra insanı sonsuza qədər davam edən axirət həyatının gözlədiyi açıq-aşkar bildirilir. İnsan bu həqiqətlərə şahidlik edən dəlillər üzərində də dərin düşünməyə çağrılır. Quranda Allah'ın varlığının, birliyinin və isimlərinin qəti sübutu olan hadisələr və varlıqlar isə "dəlil" adlandırılır. Allah'ın varlıq dəlilləri Quranda yazılı olduğu kimi xarici dünyada və insanın öz nəfsində də var.
Allah'ın varlığını və sonsuz qüdrətini göstərən dəlillər yalnız Quranda deyil, yaşadığımız hər mühitdə var. İstər çaxan şimşəyin gücü, istər rənglərin yaranması, istər budağa qonan quş, istər bağçada gördüyümüz çiçək, istərsə də səmadakı ulduz olsun, yaşadığımız müddətcə qarşımıza çıxan hər şey Rəbbimizin "oxumağımız" üçün bizə göndərdiyi bir mesaj xüsusiyyəti daşıyır. Allah bir ayədə belə buyurur:
Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Casiyə surəsi, 13)