Dördgözlü balığın möhtəşəm optik dizaynı
Dördgözlü (lat. Anableps) kimi tanınan bir balıq növü suyun həm içində, həm də xaricində çox yaxşı görə bilir. Dördgözlü balığın hər iki gözündə iki bəbəyi var. Balıq suda üzərkən, səthin üzərində qalan göz bəbəkləri ilə havanı müşahidə edir, səthin altında qalan alt göz bəbəkləri ilə də sualtı dünyanı araşdırır. Balığın hər bir gözü iki ayrı mərkəzləşdirmə sisteminə malikdir. Hər mərkəzləşdirmə sisteminə aid bəbək də olduğu mühitə aid qırılma bucağına malikdir.
Balığın suyun və havanın fiziki xüsusiyyətlərinə görə optik sistem hazırlayıb, hər ikisini bir gözə quraşdırması mümkün deyil. Dördgözlü balığın xüsusiyyətləri ilə bağlı bir şey deyilə bilər, o da, bu fövqəladə sistemi hər cür yaratmağı bilən Allah'ın qüsursuz şəkildə yaratdığıdır. Allah gücünün sərhədsizliyini Quranda belə bildirir:
"... Göylərdə və yerdə nə varsa Onundur, hamısı ONA təslimdir. Göyləri və yeri yaradandır. O, bir işin olmasına qərar versə, ona yalnız "OL" deyər, o da dərhal olar." (Bəqərə surəsi, 116-117)