Mavi sular altında həyat
Su səthinə yaxın yaşayan canlılar hər an hər tərəfdən böyük təhlükələrlə üzləşirlər. Kiçik heyvanlar şəffaflıq xüsusiyyətlərindən istifadə edirək bu təhlükələrdən qorunurlar. Şəffaf olduqları üçün suya düşən işıq sayəsində ovçuları tərəfindən sezilmirlər. Okeanlarda əksəriyyəti kiçik milyonlarla şəffaf heyvan yaşayır. Kiçik krevetlərin, xərçənglərin, dəniz ilbizlərinin, dəniz ulduzlarının və balıq balalarının demək olar ki, hamısı şəffaf vücuda sahibdir. Bu xüsusiyyət onlara ən mükəmməl şəkildə kamuflyaj olunma imkanı verir.
Dəniz ulduzlarının həzm sistemi
Dəniz ulduzunun dişləri yoxdur, ovunu həzm etmək üçün xüsusi metoddan istifadə edir. Ovunun yerini təyin etmək üçün qoxubilmə və toxunma hissindən istifadə edir. Eyni zamanda, ovlamaq üçün ovunun əhatə etdiyi sahəni təyin etməsi də çox əhəmiyyətlidir. Qollarının altında yüzlərlə kiçik, hərəkətli əmici disklər vardır. Dəniz ulduzunun hərəkəti qayaya və ya başqa bir cismə ayaqları ilə yapışaraq və dərhal geri çəkilərək sürünməsi ilə təmin olunur. Adətən, qabıqlı dəniz heyvanları, krevet, qum və daş qırıntıları ilə qidalanır. Əsas qidasını təşkil edən molyuskalara rast gəldikdə ayaqlarını onun qabığına yapışdıraraq molyuskanı içinə çəkir. Həddən artıq bərk qabıq quruluşuna sahib olmasına baxmayaq, dəniz ulduzu bu qabıqları açmağa nail olur.
Mürəkkəb balıqları və osminoqlar
Mürəkkəb balıqları və osminoqlar sürətli rəng dəyişdirmə qabiliyyətinə malikdilər. Bəzən rənglərini dəyişdikləri zaman bədənlərində yaranan rəng dalğaları nəbz atmasını xatırladır. Bu canlılar rənglərini əsəbləşdiklərində, ovlandıqlarında, qorxduqlarında və ya məkana uyğun olaraq dəyişdirirlər. Mürəkkəb balığı rəng dəyişdirdikdə olduqca maraqlı görünüşə sahib olur. Üzü qızarmağa başlayır və üzündə tez-tez qırmızı və qızılı rəngdə xallar yaranır və yox olur. Balığın üzərindəki naxışlar da formasını dəyişdirərək kiçik xallara, tünd rəngli xətlərə və gözü xatırladan ləkələrə çevrilə bilir.
"Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allah'a şərik qoşurlar? Bütlər nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər." (Əraf surəsi, 191-192)
Şar balıqları
Bütün şar balıqları (Arothorn meleagris) təhlükə hiss etdikləri an bədənlərini şişirdərək şar formasını alırlar. Beləliklə, ələ keçməkdən xilas olurlar, lakin bu zaman hərəkətləri də tamamilə məhdudlaşır. Şar balığı sürfələrini suyun üzünə yaxın dayaz qayalıqlarda qoyur və bu sürfələr böyüdükdən sonra həyatlarına okeanın dərinliklərində davam edirlər.
Hamlet balıqlarının görmə qabiliyyətləri
Mavi hamlet mərcanlarda yaşayan parlaq rəngli balıq növüdür. Başının hər iki tərəfində yerləşən gözləri bədəni ilə müqayisədə olduqca böyükdür. Adətən, gecə ova çıxan hamlet balğı yem tapmaqda əsla çətinlik çəkmir. Gündüzlər isə mərcan qayalıqlarının künclərinə çəkilərək düşmənlərindən gizlənir.
Aslan balıqlarının tikanları
Bir çox zəhərli canlı növü möhtəşəm rəng çalarlarına sahib olurlar. Bu rənglər təhlükə siqnalı rolunu oynayır. Məsələn, şəkildə gördüyümüz heyrətamiz gözəlliyə sahib olan aslan balığı, eyni zamanda, öldürücü zəhər daşıyıcısıdr. Aslan balığının tikanlarında bir insanın ölümünə səbəb olacaq qədər zəhər vardır.
Balalarını ağızlarında daşıyan balıqlar
Banggai Kardinal balığı həm yumurtalarını, həm də yumurtadan çıxan balalarını ağızlarında daşıyırlar. Böyük fədakarlıq göstərərək balaları ağızlarından çıxanadək gözləyirlər. Sürətlə böyüyən balaları bir neçə həftə ərzində bu təhlükəsiz yuvanı tərk edir və dəniz şabalıdlarının çoxluq təşkil etdiyi yerlərdə özlərinə sığınacaq tapırlar.
Bitkiyəbənzər xəyalət balığı
Xəyalət boru balığı adlandırılan bu canlı möhtəşəm kamuflyaj xüsusiyyəti sayəsində düşmənindən ən mükəmməl şəkildə gizlənə bilir. Şəkildən də gördüyümüz kimi, bu canlı altdakı bitki ilə həm forma, həm rəng baxımından olduqca böyük bənzərlik təşkil edir. Bu balıq növləri düşmənlərindən xilas olmaq üçün krinoidlər dəniz lalələri, yumşaq mərcanlar və dəniz otları kimi bir çox fərqli orqanizmlərin arasında gizlənərək onları eynilə təqlid edə bilirlər.