Şimşəkdə olan güc

Allah varŞimşəyin bir dəfə çaxması zamanı ABŞ-dakı elektrik stansiyalarından daha çox elektrik hasil edilir!

Şimşək çaxması atmosferdəki elektrik boşalması nəticəsində leysan yağışda yaranan parlaq işıqdır. Bəs bu parlaq işıq nə zaman meydana gəlir? Şimşək atmosferin iki müxtəlif nöqtəsində, yəni həm buludla yer, həm də iki bulud arasında çaxa bilər. Həmçinin tək bulud daxilində elektik gərginliyinin artması nəticəsində də şimşək çaxması müşahidə olunur.

İldırım ən az iki şimşək çaxmasına bərabərdir. İlk elektrik boşalması zamanı buluddan yerə mənfi (-) yük ötürülür. O qədər də parlaq olmayan bu çaxma zamanı şimşəyin əsas xəttindən ətrafa yayıldığını görə bilərik. Bu ilk çaxma zamanı ildırımın düşəcəyi nöqtədən mənfi yük və yerdən buluda doğru müsbət yük ötürən bir axın əmələ gəlir. Bu hadisə yerdən 50 m yüksəklikdə baş verir. İki şimşəyin toqquşduğu yerdə buludla yer arasında qısa qapanma yaranır və nəticədə buluda tərəf axan çox parlaq elektrik cərəyanı yaranır. Bu elektrik axını zamanı buludla yer arasındakı potensial fərqi bir neçə milyon voltdan daha çox olur.

Minlərlə stansiyalardan daha çox elektrik istehsalı alınır

Bir dəfə şimşək çaxması zamanı yaranan enerji Amerikadakı bütün elektrik stansiyalarının istehsal etdiyi enerjidən daha çoxdur. Şimşək çaxanda əmələ gələn temperatur 10.000 °C olur. Lakin dəmiri əritmək üçün böyük sobalarda 1050-1100 °C temeraturdan istifadə olunur. Ən az şimşək çaxmasında isə temperatur bundan 10 dəfə çox olur. Bu yandırıcı istiliklə şimşək dünyada olan elementləri asanlıqla yox edə bilər. Başqa nümunəyə baxsaq, günəşin səthindəki temperatur 700.000 °C-dir. Yəni şimşək çaxması zamanı yaranan temperatur günəşin səthindəki temperaturdan 70 dəfə daha çoxdur. Həmçinin çaxma zamanı 10 milyon dənə 100 vattlıq lampanın yaydığı işıqdan daha çox işıq ətrafa yayılır. Məsələn, İstanbuldakı hər evdə tək lampa yansa, şimşəyin bir dəfə çaxması ətrafı daha çox işıqlandırar. Allah, Quranda şimşəyin bu möcüzəvi parıltısına belə diqqət çəkir:

"... Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin." (Nur surəsi, 43)

İldırım yerə çox sürətlə, saatda 96.000 km sürətlə düşür. Şimşək toqquşma nöqtəsinə və ya yer səthinə 20 millisaniyədə çatır və geriyə, yəni buluda 70 mikrosaniyədə qayıdır. Beləliklə, şimşək cəmi yarım saniyə davam edir.

Allah varYaranan göy gurultusunun səbəbi isə şimşəyin ətrafındakı temperaturun birdən-birə artmasıdır. Nəticədə hava səsdən daha sürətlə yayılmağa başlayır, amma bir neçə metr sonra güclü səs dalğası normal səs dalğasına çevrilir. Daha sonra səs dalğaları ətrafdakı mühitə uyğunlaşır. Məhz bir-birinin ardınca baş verən və çox böyük bir partlayış səsi şəklində üzə çıxan göy gurultusunun səbəbi də budur.

Şimşək çaxmasının bütün xüsusiyyətlərinə nəzər salsaq, bu hadisənin möcüzəvi şəkildə baş verdiyini başa düşərik. Çünki gözlə görülməyən (+) və (-) yüklü zərrəciklərin hesabına yaranan belə güclü göy gurultusu şimşək çaxmasının şüurlu olaraq yaradıldığını göstərir. Həmçinin bitkilər üçün faydalı olan azot molekullarının əmələ gəlməsi şimşək çaxmasının müəyyən bir hikmətlə yaradıldığını da sübut edir. (Harun Yəhya, Təbiətdəki Dizayn)

Allah şimşək çaxmasına Quranda xüsusi olaraq diqqət çəkmişdir. Quranda "Rəd" surəsinin mənası "göy gurultusu" deməkdir. Rəbbimiz bir ayədə həm qorxu, həm də ümid vermək üçün ildırımı insanlara göstərdiyini bildirmişdir. Həqiqətən də şimşəyin çaxması yağışların yağacağına işarə edir. Yağışlar isə ya əkinləri bollu-bərəkətli edir, ya da sel, daşqın, torpaq sürüşməsi kimi fəlakətlərə səbəb olur. Allah "Rum" surəsində belə bildirmişdir:

"Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən adamlar üçün ibrətamiz dəlillər vardır." (Rum surəsi, 24)

Allah şimşəyin çaxması ilə yaranan göy gurultusunun Onu təsbeh etdiyini bildirmişdir. Həmçinin Rəbbimiz şimşəyin çaxması ilə inkar edənləri cəzalandırdığını insanlara belə xəbər vermişdir:

"Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan (təriflər deyirlər). (Allah) ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki, O, şiddətli cəza verəndir." (Rə'dsurəsi, 13)

Şimşəyin çaxmasında bizlər üçün bir çox hikmətlər var. Bəlkə də bir çox insanın heç ətraflı düşünmədiyi, insanı ürpədən və ümid duyğuları hiss etdirən göy gurultusu Allah qorxusunun artmasına səbəb olur. Allah'ın diləməsi ilə müəyyən bir məqsədlər üçün yaradılan bu hadisələr ətrafında düşünməli və şükür etməliyik.

Gecə leysan yağışda səma birdən-birə işıqlanır və bir müddət sonra şiddətli səs-küy eşidilir. Bəs bu qədər işıq verən ehtişamlı şimşəklərin necə meydana gəldiyini bilirdinizmi və ya nə qədər işıq yaydıqlarını? Ya da neçə dərəcə selsi temperatur yaydıqlarını?…

Yarım saniyədə əmələ gələn bu ehtişam
Orta hesabla şimşəyin çaxması 3 aydan daha çox davam edərsə, 100 vattlıq bir lampanı yandıra bilər.

Bir şimşəyin çaxmasının yerlə təmas nöqtəsində temperatur 25.000 Cº olur. Sürəti isə 150.000 km/san-dir. Şimşəyin orta qalınlığı 2.5-5 sm-dir.

Şimşək yer üzünü örtən bitki örtüyünün həyatını davam etdirə bilməsi üçün əhəmiyyətli olan azot molekullarını yaradır.

Orta hesabla şimşək çaxması 20.000 amperlik elektrik gücü yaradır. Bir qaynaqçı poladı qaynaqla birləşdirmək üçün 250-400 amper cərəyan istifadə edir.

Şimşək saniyədə 150.000 km, yəni demək olar ki, yarı işıq sürəti ilə hərəkət edir və səsdən 100.000 dəfə sürətlidir.