Dünyanı qoruyan yeni qalxan: Kosmik fırtınalar
Kosmosla bağlı aparılan son tədqiqatlar nəticəsində Yer kürəsinin və kainatın yoxdan yaradıldığını sübuta yetirən bir çox elmi dəlillər əldə edilmişdir. Yaxın tarixdə NASA-nın kosmik gəmisi Yeri əhatə edən atmosfer qatının qoruyucu qalxan funksiyasını yerinə yetirdiyini kəşf etdi. Eyni zamanda, bu tədqiqatlar atmosferin periodik sistemə malik olduğunu da aşkara çıxartdı.
Elmi müşahidələrə əsaslanaraq müəyyən edildi ki, atmosfer qatının üzərində kosmik fırtınaların yaratdığı enerjini özünə çəkən qoruyucu təbəqə mövcuddur. Planetimizi əhatə edən bu təbəqə elektrik yüklü qaz və ya plazma buludu meydana gətirən və Yer üzündə həyatı bir anda iflic etməyə qadir olan kosmik fırtınaların yaratdığı enerjinin atmosferin alt təbəqələrinə keçməsinə mane olur və canlı aləmin yaşaması üçün olduqca əhəmiyyətlidir.
Elektrik yüklü isti plazma buludunu meydana gətirən zərrəciklərinin ətrafa yaydığı istilik bəzən orta və üst orbitlərdəki peyklərin fəaliyyətinə maneçilik törədir.
Son vaxtlara qədər kosmik fırtınaların əmələ gətirdiyi enerji zərrəciklərinin günəş küləkləri tərəfindən tutulub saxlanıldığı düşünülürdü. NASA-nın "Image" adlanan kosmik gəmisinin fəaliyyətləri nəticəsində bu fikir tamamilə ortadan qalxdı və aydın oldu ki, atmosferin üst qatlarından biri olan ionosfer kosmik fırtınalara qarşı qalxan funksiyasını yerinə yetirir.
Kosmik qalxanın funksiyaları
Yerin kosmik fırtınalara qarşı qalxan funksiyasını yerinə yetirən elektrik yüklü zərrəciklərdən ibarət olan təbəqəsi ionosferin 300-1000 kilometr genişliyindəki nazik qatını təşkil edir. Stiven Fuselier "Journal of Geophysical Research" jurnalında nəşr etdirdiyi məqaləsində bu barədə fikirlərini belə ifadə etmişdir:
"Geri qayıdarkən kosmik gəmi həddən artıq yüksək temperaturda istidən müdafiə funksiyasını yerinə yetirən parçasının müəyyən bir qismini fəda etdiyi kimi, Yerin qalxanı da yüklü zərrəciklərini fəda edərək kosmos fırtınalarının enerjini özünə çəkir" (Lockheed-Martin Advanced Tech. Center, Palo Alto, Calif.).
Planetimiz son dərəcə həssas tarazlıqlar üzərində qurulmuş bu möcüzəvi qalxan sayəsində kosmik fırtınalarından qorunur. Əlbəttə ki, ağıllı insan belə mükəmməl müdafiə sisteminin təsadüfən meydana gəldiyini söyləyə bilməz. Kainatda rast gəldiyimiz və daha bilmədiyimiz saysız-hesabsız möhtəşəm nizam nümunələri Rəbbimizin sonsuz ağlının və qüsursuz yaratma sənətinin təcəllisidir.
Kosmik qalxan funksiyasını yerinə yetirən bu nazik təbəqə, eyni zamanda, bizi günəş küləklərinin mənfi təsirindən də qoruyur. Saniyədə təxminən 400 kilometr sürətlə əsən günəş küləkləri Yerin maqnit sahəsindən sürətlə irəliləyən elektrik yüklü zərrəciklərdən ibarətdir. Günəş küləklərinin hərəkəti zamanı gücü milyonlarla amperə çatan olduqca böyük elektrik cərəyanı meydana gəlir. Bu elektrik cərəyanı dünyanın gözlə görünməyən maqnit sahəsinə doğru axır və xüsusilə qütb bölgələrində trilyonlarla voltluq enerji atmosferə toplanır.
Yerin fırtına qalxanı olmasaydı, güclü elektrik cərəyanın yaratdığı istilik dünyadakı həyata son qoyardı.
Yerin maqnit sahəsi günəş küləklərinin atmosferimizə birbaşa daxil olmasına və müəyyən müddətdən sonra aşınmaların yaranmasına əngəl olur.
Sonsuz ağıl və elm sahibi Rəbbimizin yaratdığı bu bənzərsiz sistem sayəsində günəş küləkləri maqnitosfer təbəqəsinə çırpılır və yayılaraq bütün planeti əhatə edir. Meydana gələn partlayışlar günəşdəki partlayışlarla birlikdə daha böyük sürətə və sıxlığa çatır. Kosmik fırtınaları da bu partlayışda iştirak etdikdə günəş küləklərinin çırpılma şiddəti olduqca güclənir. Lakin biz bu mürəkkəb fırtına bombardmanını hiss etmirik. Hər an belə böyük təhlükələrlə üz-üzə gələn Yer kürəsi Allah'ın üstün yaratma dəlillərindən olan qüsursuz qalxan sayəsində qorunur.
Göy üzü mühafizə olunan bir tavandır
Göy üzünü seyr edən insanların bir çoxu atmosferin qoruyucu quruluşa malik olduğunu ağlına belə gətirmir. Lakin dərindən düşündüyümüz zaman atmosferin Yeri qorumaq üçün mübarizə aparan şüurlu bir varlıq kimi hərəkət etdiyini görürük. Bütün elmi müşahidələr Yer üzündəki həyatın qorunub saxlanmasında əvəzsiz rol oynayan mənbələrdən birinin də atmosfer qatı olduğunu sübut edir. Bu da Allah'ın qüsursuz yaratması ilə atmosferi xidmətimizə verdiyini bizə göstərir.
Atmosferin bu qüsursuz sisteminin Qurani-Kərimdə bildirilməsi Quranın Allah`ın sözü olduğunu bir daha sübuta yetirir. Atmosferin qoruyucu qalxan funksiyası XXI əsrdə kəşf edilsə də, 14 əsr əvvəl bu kəşf Quranın bir ayəsində belə bildirilmişdir:
"Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər" (Ənbiya surəsi, 32).
Atmosferin Quranda bildirilən digər əhəmiyyətli xüsusiyyəti də periodik sistemə sahib olmasıdır.
İonosfer və maqnitosfer atmosferin xaricində yerləşən son iki təbəqə hesab olunur. İonosfer qatı Yer üzündən yayılan radiodalğalarını peyk kimi əks etdirir və bununla məftilsiz əlaqəni, qəbul etməni, radio və telesiqnalların böyük məsafələrə ötürülməsini təmin edir. Maqnitosfer isə günəşdən və digər ulduzlardan gələn zərərli radioaktiv zərrəcikləri Yer üzünə çatmadan kosmosa geri qaytarır.
Bunlar atmosferin əhəmiyyətli xüsusiyyətlərindən birinin də geri qaytarmaq sistemi olduğunu göstərir.
Dünyada canlıların yaşaması üçün ən uyğun şəraitin hazırlanması Allah`ın qüsursuz yaratmasının dəlillərindəndir.
Allah sonsuz kainatın sahibi olduğunu və bütün yaradılmışların Ona könüldən boyun əydiyini Bəqərə surəsinin bir ayəsində belə bildirmişdir:
"...göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: "Ol!"– deyər, o da olar."(Bəqərə surəsi, 116-117)