Soyuqdan təsirlənməyən yarpaqlar
Şimal yarımkürəsinin böyük bir qismi meşələrlə örtülüdür. Ümumiyyətlə qozalı ağaclardan ibarət olan bu meşələr daha çox soyuq iqlim şərtləri altındadırlar. Bitkilərin bu soyuq iqlimə qarşı dayanıqlı ola bilmələri üçünsə, digər bitkilərdən fərqli bəzi xüsusiyyətlərə malik olmaları lazımdır. Məsələn, qış mövsümündə torpaq donmuş halda ikən ağac kökləri torpaqdan su ala bilməzlər. Bu şərtlər altında yaşayan ağaclar qış susuzluğuna dayanıqlı olmalıdırlar. Bu dayanıqlılığı ağacın yarpaqları təmin edir. Bir çox qozalı ağacın tökülməyən yarpaqları sərt və dayanıqlıdır. Yarpaqların üzərindəki şamlı səth suyun buxarlanma yolu ilə itkisini azaldır, bu da yarpaqların tökülməsini və ya su təzyiqi səbəbindən solmasına mane olur. Həmçinin qozalı ağacların yarpaqlarının çoxu iynə şəklindədir və don vurmaya qarşı çox dayanıqlıdır.
Yarpaqların üzərlərinin şama bənzər maddə ilə örtülü olması və buna görə yarpaqların su itirməmələri Allah'ın varlığının və sonsuz böyüklüyünün dəlillərindən biridir.
Yaşayan hər canlı kimi yarpaq da hüceyrələrdən meydana gəlmişdir. Yarpağı meydana gətirən bitki hüceyrələri bütün digər hüceyrələr kimi şüursuz və ağılsız varlıqlardır. Yarpağın üzərini örtən mum kimi təbəqə də yenə şüursuz hüceyrələr tərəfindən yaradılmışdır. Halbuki, yarpaq sanki çöldən fırça ilə boyanmış və laklanmış kimi hamar şam təbəqəsinə malikdir.
Bu vəziyyətdə yarpağı meydana gətirən milyonlarla hüceyrə bir yerə gəlib, yarpağın xarici səthini bu təbəqə ilə örtmə qərarı almış olmalıdır. Sonra hüceyrələrin möhtəşəm uyğunluq içində yarpağın xarici səthini diqqətlə şam təbəqəsi ilə örtmələri lazımdır. Bu vəziyyətdə düşünən hər insan bu sualı verəcək:
Şüursuz hüceyrələr
Bu hüceyrələr hansı ağıl, məlumat və qabiliyyət ilə yarpağın üzərini, heç bir daşıma və əyrilik olmadan və ya boşluq qalmadan, şam təbəqəsi ilə diqqətlə örtüb?
Əlbəttə bu sualın tək cavabı var. Yarpaq və yarpağı meydana gətirən hüceyrələr Allah'ın bənzərsiz yaratma sənətinin mükəmməl əsərlərindən bir nümunədir. Allah bu hüceyrələrin genetik proqramlarına lazımlı bütün məlumatları yazmışdır. Hüceyrələr də bu məlumat istiqamətində ən ideal düstura sahib mum kimi maddəni yaradır və bu maddəni ən ideal nisbətlərdə birlikdə ifraz edirlər. Beləcə yarpağın üzəri hamar şəkildə şam təbəqəsi ilə örtülmüş olur. Qışda yarpaqlarını tökən ağaclardan fərqli olaraq, yarpaqlarını tökməyən bu bitkilər hər bahar mövsümündə yeni yarpaqlar açaraq enerjilərini artırırlar. Kifayət qədər mülayim hava olduqda da fotosintez edə bilir və qısa yaz aylarında enerji qaynaqlarını törəmək üçün sıxlaşdırırlar.
Diqqət yetiriləcək başqa bir şey də qozalı ağacların konus formasındakı şəkilləridir. Bu da ( yer üzündəki hər detalda olduğu kimi) xüsusi olaraq yaradılmış detaldır.
Arxitektura və inşaat mühəndisliyi sahəsində, xüsusilə binaların dam hissələri inşa edilərkən nəzərdə tutulan ən əhəmiyyətli məsələlərdən biri qar yüküdür. Normal şərtlərdə yalnız öz yüklərini və külək yükünü daşıyan damlar sıx yağan qardan sonra olduqca yüksək qar yükü təsiri altında qalırlar. Xüsusilə sənaye tikintilərinin və körpülərin dizaynlarında bu qar yükü təsiri diqqətlə hesaba alınmalıdır. Bu səbəbdən, damlar xüsusi maillik verilərək tikilir və daşıyıcı sistemlər qar yükü hesaba qatılaraq gücləndirilir. Xüsusilə qışın böyük hissəsinin qar altında keçdiyi İsveçrə, Danimarka, Norveç kimi şimal ölkələrində evlərin damı konus formasında və bu mühəndislik hesabı göz qarşısında saxlanılaraq tikilir. Yoxsa qar yükü damın və binanın üzərində ciddi zərərlərə səbəb olar.