Texnoloji inkişafın yolu: təbiəti təqlid

Allah varİnsanlar canlılarda qarşılaşdıqları mükəmməl dizaynları hələ texnologiyaya gətirə bilməmiş, hətta bu üstün dizaynları qismən kəşf edə bilmişlər.

Təbiətdəki canlıları araşdırdıqca, onların bir-birindən mürəkkəb, üstün dizaynlara malik olduqlarını görürük. Təbiətdə mövcud olan bu dizaynlar illərdən bəri alimlər və mühəndislər tərəfindən araşdırılır və təqlid edilməyə çalışılır. Aparılan araşdırmalar və təcrübələr nəticəsində canlılardakı qüsursuz sistemlərin bənzərləri olan robotlar və inkişaf etmiş mexanizmlər yaradılır.

Amerikadakı məşhur elmi mərkəzlər təbiətdəki dizaynın elm və texnologiya tərəfindən təqlid edildiyini bildirirlər. Hörümçəyin ipəyi, bitkilərin fotosintezi, böcəklərin qüsursuz qanad quruluşları bunlardan yalnız bir neçəsidir. Bir elmi məqalədə təbiətdəki dizaynın üstünlüyü və bunun texnologiyaya model olduğu belə ifadə olunur:

"Təbiətdəki mexanizmlər üzərində aparılan tədqiqatlar göstərir ki, fildən zülala qədər bir çox quruluş dizaynerlər və mühəndislər üçün zəngin bir fikir hovuzudur. Üstəlik, bu hovuzun dərinliyini artırma potensialı da çox yüksəkdir" (Harun Yəyha, Təbiətdəki dizayn).

Məhz təbiətdəki üstün dizayn XXI əsrdə zirvəyə çatmış məlumat bankı və texnologiya səviyyəsini əldə edən elmə rəhbərlik edir və malik olduğu fövqəladə mexanizmlərlə yeni texnologiyalara nümunə olur. Aşağıda elm adamlarının təbiətdə kəşf etdiyi iki dizayn möcüzəsi nümunə olaraq verilmişdir.

Okeanın dərinliklərindəki fiberoptik dizayn

Rossella Racovitzae adlı süngər bitkisi yüksək texnologiya ilə istehsal edilən və ünsiyyət sistemlərində istifadə edilən fiberoptik maddəsindən 600 milyon ildən bəri istifadə edir.

Mükəmməl funksiyaya sahib olan və xüsusi plana əsaslanan hissələrin bir yerə gəlməsilə yaranan sistemlər canlıların bəzən ovlanma, bəzən gizlənmə, bəzən də su toplaması üçün xüsusi olaraq yaradılmışdır. Bu canlılar arasında Rossella Racovitzae adlı su bitkisi də var.

Rossella Racovitzae adlı su süngəri bitkisi insanın müasir texnologiyalarda istifadə etdiyi fiberoptikdən ibarət çıxıntılara malikdir.

Fiberoptik işığı ötürmədə çox təsirli vəsaitdir. Ünsiyyət sahəsində lazer şüalarının fiberoptik kabelindən keçirilməsi normal vəsaitdən hazırlanmış kabeldən daha yaxşıdır. Belə ki, saç teli qalınlığında 100 fiberoptik kabelin yan-yana gətirilməsilə yaranan kabeldən 40.000 səs kanalı keçir.

Atlantik okeanında yaşayan bu süngər növü də fotosintez etmək üçün ehtiyacı olan işığı fiberoptik maddədən hazırlanan tikan şəkilli çıxıntıları sayəsində asanlıqla yığır və ətrafı üçün işıq qaynağı olur. Bunun sayəsində həm özü, həm də bu süngərin işıq toplama qabiliyyətindən faydalanan başqa canlılar həyatda qala bilir. Eyni mühitdə yaşayan təkhüceyrəli yosunlar da bu süngərə yapışır və yaşamaları üçün lazım olan işığı əldə edirlər.

Atlantik okeanının 100 ilə 200 metr dərinliklərində, qalın buz kütlələrinin altında zülmət qaranlıq hesab olunan bir mühitdə yaşayan bir canlı üçün günəş işığını tutmaq canlının yaşaması baxımından böyük əhəmiyyət kəsb edir. Canlının bu problemin öhdəsindən gəlməsi işığı ən təsirli şəkildə yığan fiberoptiklə təchiz edilməsi sayəsində mümkündür. Yüksək texnologiyaya malik olan fabriklərdə emal edilən və ünsiyyət sistemlərində istifadə edilməyə çalışılan fiber maddəsinin belə bir mühitdə bu canlı tərəfindən 600 milyon ildən bəri istifadə edilməsi elm adamlarını da heyrətə salır.

Brian D. Flinn bu canlıdakı dizayn üstünlüyünü belə ifadə edir: "Bu, önümüzdəki 2, ya da 3 il içində (insanların) telekommunikasiyaya keçirəcəkləri növdən bir şey deyil, bu, önümüzdəki 20 ildə görünməyəcək bir şeydir".

Bunlar bizə təbiəti və içindəki canlıları Allah'ın xüsusi olaraq hazırladığını göstərən dəlillərdəndir.

İnsan canlılarda qarşılaşdığı mükəmməl dizaynları hələ tam mənada texnologiyaya gətirə bilməmiş, hətta Allah'ın canlılarda yaratdığı üstün dizaynları qismən kəşf edə bilmişdir. Həmin üstün dizayn qüsursuzluq xüsusiyyəti daşıyır və Allah bunu bir ayəsində belə bildirir:

"O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, 'şəkil və surət' verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı ONU təsbeh etməkdədir. O, Əziz, Hakimdir." (Həşr surəsi, 24)