Dəniz altındakı mühəndislər

Allah varAllah balıqların sudakı hərəkətini asanlaşdıran bir çox sistemi bir yerdə yaratmışdır. Bu sistemlərin dizaynları və funksiyaları bir-birindən tamamilə fərqlənir. Ancaq biri olmadan, digəri heç bir işə yaramır, hər hansı bir çatışmazlığı olan canlı ölür. Bu, Allah'ın üstün yaratma isminin təcəllilərindən biridir.

Hal-hazırda modern sualtı qayıqlar istehsal etmək üçün üstün texnologiyalardan istifadə edilir, çox sayda mühəndis və elm adamı bunun üzərində işləyir. Məqsəd su altında daha çox qala bilən, daha az enerji ilə daha çox hərəkət edən maşınlar istehsal etməkdir. Bütün işlərə və səfərbər edilən imkanlara baxmayaraq, düzəldilən gəmilər yalnız su altında irəliləyə bilir, lazım olduqda yüksəlib-alçalma ilə məhdudlaşır.

Qeyd etmək lazımdır ki, sualtı qayıqlar dərinlərdəki təzyiqdən təsirlənməmək üçün çox möhkəm metallardan emal edilməlidirlər. Üstəlik, dəniz dibində bu vasitələrdə yaşamaq üçün gəminin böyük hissəsi ehtiyac vəsaitləri ilə doldurulmalıdır. Başqa sözlə, sualtı qayıqların suyun altındakı hərəkət qabiliyyətləri məhduddur. Bu mövzudakı işlər davam etdirilir, problemlər həll edilməyə, bu gəmilərdə istifadə edilən texnologiya inkişaf etdirilməyə çalışılır. Ancaq burada diqqət yetirməli olduğumuz əhəmiyyətli bir məsələ var.

Dənizin altında yaşayan çox sayda və növdə canlı var. Bu canlılar da təzyiqə məruz qalır, qidalanma, qorunma kimi ehtiyaclarını dənizin altında ödəyirlər. Ancaq yuxarıda sadalağımız mövzulardan heç biri bu canlıları üçün problem yaratmır.

Ən kiçik balıqdan ən böyük balinaya qədər bütün dəniz canlıları üstün manevr qabiliyyəti ilə rahat şəkildə hərəkət edir, bədənlərindən ustalıqla istifadə edərək üzür, rahat qidalanırlar. Bunun səbəbi odur ki, hər balığın üzmə sistemi mükəmməl şəkildə hazırlanmışdır. Hər balıq növünün üzgəclərinin yeri xüsusi seçilmişdir, quyruq forması, qəlsəmələrinin böyüklükləri, dərilərindəki girinti və çıxıntıları ehtiyaclarını qüsursuz şəkildə təmin edəcək xüsusiyyətlərdədir.

Təzyiq, qidalanma, tənəffüs, qorunma kimi ehtiyaclarının hamısını rahatlıqla ödəyən sistemlər bədənlərində yaradıldıqları andan bəri var. Bu canlıların əskik sistemlərlə dəniz altında yaşamaları mümkün deyil.

Bu isə dənizaltı canlılarının bir anda əskiksiz şəkildə ortaya çıxdıqlarını, yəni hamısını Allah'ın yaratdığını bizə sübut edir. İndi dəniz altındakı canlıların heyrətləndirici xüsusiyyətlərinə bir neçə nümunə verək:

Balıqların yüksək məhsuldar üzmə texnikaları

Allah balıqları suyun içində çətinlik çəkmədən hərəkət etmələrini təmin edən bir bədən forması ilə yaratmışdır. Balıqların ön tərəfi oval, arxa tərəfi iti bir alətə bənzər bədən quruluşu suyun sürtünmə təsirini azaldır. Bəzi balıqlar, məsələn vatos balıqları belə bir quruluşa malik deyil. Ancaq bu balıqlar da suyun içində çətinlik çəkmədən hərəkət edir.

Demək olar ki, bütün maşınlar sabit bir ox ətrafında, sabit bir dönmə sürətində hərəkət edən və şaft adlanan hissələr vasitəsi ilə qüvvə yaradırlar. Heyvanlar da qüvvə yaradırlar, ancaq onların iş sistemi maşınlardan çox fərqlidir. Heyvanların bütün bədənləri qan damarları və sinirlərlə əhatə olunmuşdur. Bu səbəbdən, maşınlardan daha mükəmməl bir dizayna malik olan və irəli-geri hərəkət edən linkə bənzəyən quruluşları sayəsində hərəkət edirlər. Canlıların qüvvə yaradan mühərrikləri sıxılıb-boşalma xüsusiyyətləri olan əzələləridir.

Bu mühərriklərin bir nümunəsinə su canlılarında rast gəlmək mümkündür. Sualtı canlılarındakı hər bir link bir-birinə elə bir formada bağlanmışdır ki, hərəkət bir müstəvidə reallaşır. Bu hərəkəti balıqların suda üzməsini düşünərək beyninizdə canlandıra bilərsiniz. Balığın onurğası yerdə qıvrılıb gedən bir ilan kimi daim sağa-sola qıvrılır.

Bir balığın üzməsi üçün quyruğunu yelləməsi kifayətdir. Normal şəraitdə quyruq bir istiqamətə büküləndə, balığın ön tərəfi arxa tərəfin əksi istiqamətinə əyilməlidir. Ancaq belə olmur. Çünki balıqların bədənlərinin ön tərəfi bu təsiri aradan qaldıracaq şəkildə yaradılmışdır.

Eyni zamanda, su, hərəkət əsnasında baş tərəfə şaquli bir qüvvətlə təsir edir. Bunlar baş qismin suyun içindəki yellənmənin quyruq qismindən daha kiçik olmasına səbəb olur. İki tərəf arasındakı bu fərqlilik balığın suyun içindəki hərəkətini təmin edir (Harun Yəhya, Təbiətdəki mühəndislik).

Balığın irəliyə hərəkət sürəti üzgəcin balığın onurğasından keçən oxun sağına və soluna gediş-gəliş sürəti ilə birbaşa əlaqəlidir. Üzgəc oxa yaxınlaşdıqda sürət artır, uzaqlaşdıqda isə azalır.

Maksimum məhsuldar bir sistem

Görəsən bu sistem nə qədər məhsuldardır? Dalğalanan bir quyruq bir dənizaltı canlısının mühərrikləri ilə müqayisə edilsəydi, nəticə necə olardı?

Kembric Universitetinin professoru Riçard Beynbric və yoldaşları sualtı kamera ilə apardıqları müşahidələrlə bu suallara cavab axtarmışlar. Müşahidələr nəticəsində müəyyən edilmişdir ki, su altında sakit dayanan bir balıq qorxudulanda, sürətlə hərəkətə keçir:

Şirin su balığı 1 saniyədə sakit halda ikən 10 bədən boyu qədər irəliləyə bilir. 20 sm. uzunluğundakı bir balıq isə saatda 8 kilometr sürətlə hərəkət edir. Balıq böyüdükcə, sürəti də artır. Prof. Beynbric 32 sm. uzunluğundakı bir balığın uzun müddət 13 km/saat sürətlə hərəkət etdiyini görmüşdür. Bu sürət balığın quyruq yelləmə tezliyi ilə birbaşa mütənasibdir. Bir balıq qısa müddətdə nə qədər çox quyruq yelləsə, sürəti də o qədər artır.

Balıqlar üzərkən çoxlu güc sərf edirlər. Ancaq ani sürətlənmənin balıqlar üçün həyati bir mənası var. Çünki həm ov etmək, həm də ovçulardan qaçmək üçün ani sürətə ehtiyacları var.

Bəzi kiçik balıqlar dayanma nöqtəsindən maksimum sürətlərinə saniyənin 20-də biri qədər qısa bir müddətdə çıxa bilirlər. Bu sırada çıxardıqları itələmə qüvvəsi öz ağırlıqlarının 4 misli qədər olur.

Bu məlumatların nə məna ifadə etdiyini tam anlamaq üçün belə bir müqayisə edək: İdman avtomobilləri sıfır km. deyil, 100 km. sürətə 4-6 saniyə arasında çıxırlar. Maksimum sürətə çatmaq üçün daha çox zamana ehtiyacları var.

Bununla yanaşı, gözardı edilməməli əhəmiyyətli bir məsələ var. Balıqlar bu üstün performanslarını suyun içində reallaşdırır, hətta bəzi növlər axıntıya qarşı üzürlər. Suyun müqavimətinin havadan daha çox olduğu düşünsək, balığın çox üstün bir performansa malik olduğu rahatlıqla alayarıq (Harun Yəhya, Təbiətdəki mühəndislik).

Balıqların hər istiqamətə hərəkəti necə təmin edilir?

Balıqların bədən quruluşu sadə görünür. Halbuki, suyun içində hərəkət etmək üçün istifadə etdikləri sistem və mexanizmlər son model bir avtomobildəki qədər həssas bir planlamanın məhsuludur. Məlumdur ki, balıqlar suyun içində təkcə irəli-geri hərəkət etmirlər. Əgər bir balıq suyun içində aşağı-yuxarı hərəkət edə bilməsə, yaşaya bilməz. Bu problem də balıqlarda yaradılan başqa bir dizayn ilə həll edilmişdir.

Balıqların bədənlərində hava kisələri var. Bu kisələr sayəsində dərinlərə enə bilir və ya suyun səthinə çıxa bilirlər. Balıq dərinə endikdə, suyun balıq üzərindəki fiziki təsirləri də dəyişir. Müxtəlif dərinliklərdə dəyişən bu şərtlərə uyğunlaşma hava kisəsindəki qazın azaldılıb, çoxaldılması ilə təmin edilir.

Bununla yanaşı, balıqların ağırlıq mərkəzləri də hava kisələrindən keçəcək şəkildə hazırlanmışdır. Beləliklə, tarazlıq pozulanda, üzgəclərinin kiçik hərəkətləri ilə balıq yenidən tarazlığını təmin edir və ya istədiyi mövqedə dayanır.

Böyük bir elm və qüdrət tələb edən bu xüsusiyyətlər balıqları Allah'ın yaratdığını bizə sübut edən dəlillərdəndir.