Dənizlərdəki dəlillər

Allah varİnsanlar Allah'ın varlığını, qüdrətini və bəzi isimlərini yaratdığı varlıqlara baxaraq anlayırlar. Hər bir rəsm əsəri öz rəssamını tanıtdığı kimi, canlı və cansız varlıqlar da onları yaradan Allah'ı bizə tanıdırlar. İnsan bunun üzərində düşünməli və yaradılış dəlillərinə şahid olmalıdır. Belə ki, Allah Quranda dəvə, ağcaqanad, arı, hörümçək kimi müxtəlif heyvanları, bitkiləri, ağacları, dağları, yerləri, göyləri bir iman həqiqəti, yəni yaradılış möcüzəsi kimi nümunə göstərir.

Allah varƏtrafımızda gördüyümüz və ya görmədiyimiz bir çox varlıq vicdanla və ağılla baxan hər bir insan üçün iman həqiqətidir. Məsələn, bağçadakı qarışqa, stolun üstündəki çiçək, küçədəki və ya evimizdəki pişik, it və ya quş, bədənimiz, göydəki və yerdəki qüsursuz nizam, yağışın yağması, ətrafımızı əhatə edən, bizi kosmosdan gələn zərərli şüalardan və maddələrdən qoruyan atmosfer və s. Allah'ı tanımaq istəyən hər bir insan üçün iman həqiqətidir. Nəhəng bir ulduz böyük bir iman dəlili olduğu kimi, bədənimizin hər hansı bir orqanı da imana yönəldən bir həqiqətdir.

Mömin həyatı boyu ətrafında gördüyü və ya eşitdiyi hər şeydə Allah'ın ayələrini görməkdən və onlar üzərində düşünməkdən məsuliyyət daşıyır. Vicdanlı insan bunun şüurundadır. Milyonlarla canlı Allah'ın qüsursuzca yayıb-döşədiyi yer üzündə və ucsuz-bucaqsız göydə yaşayır. Mömin bunları düşünməzsə, qəflət içində həyatını davam etdirərsə, bu davranışının hesabını verə bilməyəcəyini dərk edər və buna görə davranar.