Bitkilərdəki bioloji saat

Allah varBir sıra bitkilər öz quruluşu və mayallanmasına kömək edən digər canlılarla bağlı ətraflı məlumatlara və sanki kompüter mərkəzini xatırladan bioloji saata malikdir. Bu bioloji saatın varlığı isə bir həqiqətə işarədir: Yaradılış həqiqətinə...

Vaxtı ölçə bilmə qabiliyyətinin insandan başqa digər canlılarda da olması möcüzəvidir. Bunun yalnız insanlara xas olduğu düşünülə bilər, amma həm bitkilər, həm də heyvanlar vaxtı ölçmə mexanizminə, yəni "bioloji saata" sahibdirlər.

Bitkilərin vaxta bağlı hərəkətlərinin olduğunu ilk dəfə 1920-ci ildə təyin ediblər. O illərdə Almaniyada iki elm adamı Ervin Buenning və Qurd Stern paxla bitkisindəki yarpaq hərəkətlərini tədqiq ediblər. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bitkilər gün boyu yarpaqlarını Günəşə doğru uzadırlar, gecələri isə tamamilə şaquli olaraq yarpaqlarını büzüb yuxu vəziyyətinə keçirlər.

Bu elm adamlarından təxminən iki əsr əvvəl fransız astronom Jacques d'Ortour da Marian da bitkilərin belə nizamlı yuxu ritminə sahib olduqlarını müşahidə etmişdi. Qaranlıq mühitdə temperatur və rütubət nizamlaması edilərək təkrarlanan təcrübələrdə bu vəziyyətin dəyişməməsi bitkilərin da daxilində vaxtı ölçən sistemlərinin olduğunu göstərmişdi.

Bitkilər müəyyən fəaliyyətləri üçün müəyyən vaxtları seçirlər. Bunu da günəş işığındakı dəyişmələrə bağlı olaraq edirlər. Daxildəki saat günəş işığına görə qurulduğu üçün ritmik hərəkətlərini 24 saat içində tamamlayırlar. Ritmik hərəkətlərin davam etmə müddətindən asılı olmayaraq dəyişməyən bir cəhət var. Bu hərəkətlər hər dəfə bitkinin yaşaması və nəslinin davamı üçün həmişə ən uyğun vaxtda reallaşır. Bu hərəkətlərin müvəffəqiyyətlə tamamlana bilməsi üçün bir çox kompleks prosesin qüsursuz şəkildə reallaşması lazımdır.

Məsələn, bir çox bitkidə çiçəklənmə ilin müəyyən vaxtında olur. Çünki bu vaxtlar bitkinin çiçəklənməsi üçün ən uyğun vaxtlardır. Bitkilərin vaxt tənzimlənməsini edən saat günəş işığının yarpaqlara düşmə müddətini də hesablayır. Hər bitkinin bioloji saatı bu müddəti bitkinin öz quruluş xüsusiyyətinə görə hesablayır. Hesablamalardan asılı olmayaq çiçəklənmə ən uyğun vaxtda reallaşır. Soya bitkisi üzərində vaxtın tənzimlənməsi barədə aparılan tədqiqatlar, bu bitkilərin nə vaxt əkilmələrindən asılı olmayaraq, hər zaman ilin eyni vaxtlarında çiçək açdıqları müşahiə olunmuşdur.

Yabanı xaşxaş tozcuqlarının yayma vaxtını tozcuq daşıyıcılarının ən sıx şəkildə gəzdikləri günlərə və saatlara uyğunlaşdırırlar. Yenə hər bitki üçün bu günlər və saatlar dəyişir. Amma nəticədə hər bitki vaxtı tənzim edərək ən uyğun şəkildə tozcuqlarını yayır. Yabanı xaşxaş iyul və avqust aylarında səhər 05.30 ilə 10.00 saatları arasında tozcuqlarını yayırlar. Bu saat arıların və digər böcəklərin də qidalanmaq üçün çölə çıxdıqları saatlardır. Burada bitki öz xüsusiyyətlərindən əlavə bir də digər canlıların xüsusiyyətlərini ən incə detalına qədər hesaba almalıdır. Bu bitki onu mayallandıran canlıların yuvalarından çıxdıqları vaxtı, qət edəcəkləri yolun müddətini və qidalanma saatlarını tam olaraq bilməlidir. Bu anda ağla bu sual gələcək: Bütün bu "məlumatlara" sahib olan və lazımlı "hesablamaları edən", "digər bir canlının xüsusiyyətlərini analiz edən" və bir kompüter mərkəzini xatırladan bu saat bitkinin harasındadır? Elm adamları üçün bitkilərdəki bu mükəmməl vaxt ölçmə sisteminin harada olduğu hələ bir sirr olaraq qalır. (Harun Yəhya, Bitkilərdəki Yaradılış Möcüzəsi)

Bu nəticə bitkilərin fəaliyyətlərinin vaxtını təyin edən, başqa sözlə, hamısını məlumatı və nəzarəti altında saxlayan üstün ağılın və gücün dəlillərindən xəbər verir.

Bitkilərdəki bioloji saat mövzusu saysız-hesabsız yaradılış möcüzələrindən yalnız biridir. Canlıların təsadüflərlə ortaya çıxdığı cəfəngiyyatını müdafiə edən təkamül nəzəriyyəsi isə elmi həqiqətlərlə ziddiyyət təşkil edən, yalnız müxtəlif ssenarilər yaradaraq iddialarına dəstək tapmağa çalışırlar. Bu təkamülçülərin vaxtaşırı özlərinin də etiraf etdiyi həqiqətdir. Nobel mükafatlı təkamülçü olan Dr. Robert Milikan təkamülçülərin düşdükləri vəziyyəti belə etiraf edir:

"Bu çox kədərlidir, biz elm adamları bu ana qədər heç bir elm adamının sübut edə bilmədiyi təkamülü sübut etməyə çalışırıq." (https://rmplc.co.uk/eduweb/sites/sbs777/vital/evolutio.html )

Allah üstün gücü və sonsuz ağlıyla hər yerdə yaradılış dəlillərini bizlərə göstərir, bunları görərək öyüd almağımızı və düşünməyimizi istəyir. Quranda da ifadə olunduğu kimi, ancaq ağlını istifadə edə bilən insanlar öyüd alıb düşünür və Rəbbimizə yol tapa bilirlər:

"Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır." (Nəhl surəsi, 10-11)