Canlılarda mükəmməl müdafiə etmə texnikası: KAMUFLAJ

Allah var Hər canlı özünü müdafiə edə biləcəyi fərqli qabiliyyətlərlə birlikdə yaradılmışdır. Bəziləri çox sürətli və çevikdir; düşmənlərindən qaçaraq xilas olur. Bəziləri yerindən tərpənə bilmir, amma möhkəm zirehlərlə örtülüdür. Bəziləri özünü ilana bənzədən tırtıl kimi "qorxutma" bacarığına malikdir. Bəziləri zəhərli, yandırıcı, ya da pis qoxulu qazlar püskürür. Bir qismi də ölü təqlidi edə biləcək qabiliyyətdə yaradılmışdır.

Allah bəzi canlıları olduqları mühitdə gizlənə biləcəkləri forma və naxışlara sahib olaraq yaratmışdır. Bir yarpaqla və ya ağacın naxışları ilə oxşar formaya sahib olan canlılar bu sayədə düşmənlərindən gizlənməyi bacarırlar. Allah'ın bu heyvanlara verdiyi "kamuflaj" qabiliyyəti o qədər mükəmməldir ki, mövzu ilə bağlı bir çox şəkilin bir bitkiyə, yoxsa bir heyvana aid olduğunu anlamaq və ya o mühitin içində canlını seçə bilmək, demək olar ki, qeyri-mümkündür. Sonrakı nümunələrdə də açıq şəkildə görünəcəyi kimi, kamuflaj xüsusi şəkildə planlanıb, "yaradılmış" müdafiə mexanizmidir.

Kamuflaj Allah'ın yaratdığı kainatda heç bir "ziddiyyət və təsadüf" olmadığını və Onun güc, ağıl və elminin sonsuz olduğunu göstərən nümunələrdən yalnız biridir. "Mülk" surəsində Allah kainatdakı qüsursuz tarazlığı belə ifadə etmişdir:

"Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allah'ın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda, özünə tərəf dönəcəkdir." (Mülk surəsi, 3-4)

Allah var Şəkillərdəki ilanları fərq edə bilirsinizmi?

Qurumuş yarpaq? yoxsa kəpənək?

Allah varİlk baxışda qurumuş yarpağa bənzəyən bu şəkildəki əslində kəpənəkdir. Damarlardan çürümüş hissələrə və tonlarına qədər hər cür incəliyi üzərində daşıyan bu yarpağa bənzər qanadlar kəpənəklər üçün qorunma imkanı yaradır. (www.hayvanlaralemi.net)

Kəpənəyin yarpağa belə heyrətamiz şəkildə (yarpağın damarları və qurumuş hissələri belə gözardı edilmədən) bənzəməsinə "təsadüf" deyib keçmək, əlbəttəki, mümkün deyil. Kəpənəyin öz-özünü "yarpaqlaşdırdığını" qəbul etmək isə məntiqsiz bir iddiadır.

Mövsümə və torpağa görə dəyişən tük rəngi

Mühitə görə rəng dəyişdirmə hadisəsi heyvanların bədənlərində yaradılmış olan olduqca kompleks mexanizmlər sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə bənzədilə biləcək bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib çıxarır.

Allah var Əhəmiyyətli olan bu tük dəyişməsinin heyvan üçün böyük bir qorunma mexanizmi meydana gətirməsidir. Qışın qarlı günlərində ağ, digər mövsümlərdə torpaq rəngində olan tüklər kamuflaj baxımından böyük üstünlük təmin edir.

Bunun əksi də ola bilər və heyvan qışda torpaq rəngi, ya da yayda dümağ qala bilərdi. Ya da heç rəng dəyişdirməyə bilərdi. Qısacası, rənglərin mövsümlərə görə dəyişməsində böyük ağıl və hesablama var. Bədənimizin günəşdə yanmasına mane ola bilmədiyimiz (xüsusi qorunma üsulları xaric) kimi, heyvanlar da bədənlərindəki dəyişməyə nəzarət etmək qabiliyyətinə malik deyillər. Bir heyvanın bunu özünün hesablayıb nəzarət etməsi mümkün deyil. Şübhəsiz ki, Allah bu canlıları belə bir qorunma mexanizmi ilə birlikdə yaratmışdır. (Harun Yəhya, Düşünən İnsanlar Üçün)

Yarpaqlar arasında gizlənən çəyirtkələr

Allah varYarpaqla qidalanan çəyirtkələrin ömrü təbii olaraq yarpaqların arasında keçir. Sahib olduqları rəng yarpağın rəngi ilə eyni olduğundan ən böyük düşmənləri olan kərtənkələ və quşların çəyirtkələri görmələri, ümumiyyətlə, mümkün deyil. Beləcə çəyirtkələr təhlükəsizlik içində həyatlarını davam etdirir və qidalanırlar.

Təbii ki, çəyirtkələrin yarpaqların yanında dayana-dayana "yarpaqlaşdığını" heç kim iddia edə bilməz. Ya da öz-özlərini "yarpaqlaşdırdıqlarını"...

Aydındır ki, yarpaq yeyən çəyirtkələr həyatlarını davam etdirmələri üçün belə bir kamuflaj xüsusiyyəti ilə birlikdə yaradılmışlar. Bu hər şeyi ən gözəl bir biçimdə var edən Rəbbimizin sənətidir.