Gördüyümüz dünyadan fərqli bir aləm: Mikroorqanizmlər

Allah var"Bəli, təkəm" dediyiniz anda əslində olduqca çox sayda canlı ilə bərabərsiniz. Bədəninizdə sizinlə birlikdə yaşayan və sizi davamlı olaraq qoruyan, bəzən də xəstələnmənizə səbəb olan bakteriyalar oturduğunuz kreslodan xalçanıza, tənəffüs etdiyiniz havaya qədər hər yerə yayılmış gənələr, mətbəxinizdə bir neçə gündür çöldə saxladığınız yeməklərdə törəməyə başlayan kif və göbələklər… Bunların hamısı öz həyat şəkilləri, qidalanma sistemləri və müxtəlif xüsusiyyətləri ilə tamamilə ayrı bir aləm yaradırlar.

Bakteriyalardakı dizayn

Bakteriyalar gözlə görünmürlər, ancaq xüsusi hüceyrə quruluşları sayəsində hər cür şəraitlərə davamlıdırlar. Bakteriyalar bitkilərdən və heyvanlardan fərqli olaraq, sürətli çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etmədə çox böyük əhəmiyyət daşıyan qrupdurlar. Demək olar ki, hər yerdə yaşaya bilirlər, buna görə də bütün orqanizmlərdən daha çox saydadırlar. Bu canlılar dünyanın ən çox olan üzvləridir. Bütün ekosistem bakteriyaların fəaliyyətləri ilə bağlıdır və bakteriyalar insan həyatına da bir çox şəkildə təsir edirlər.

Allah varMüasir dövrün texnologiyasını belə çarəsiz buraxan müxtəliflikləri var. Bəzən oksigeni bol mühitləri seçirlər, bəzəndə oksigensiz torpaq altında yaşaya bilirlər. Bir qismi qidasını fotosintez yolu ilə təmin edərkən, bir qismi də üzvi maddələri parçalayaraq enerji əldə edirlər. Bir-birləri ilə eyni olduğu düşünülən bakteriyaların maddələr mübadilələri araşdırıldıqda bunların əslində bir-birlərindən fərqli növlər olduqları aşkar olur.

Bakteriyalar canlılar aləmində "prokariotlar" adlandırılırlar. Təkhüceyrə içində bir nüvə və sərbəst şəkildə gəzən məlumat bankları -DNT- mövcuddur. Olduqca kompleks quruluşda hüceyrə pərdəsinə və ribosoma malikdirlər. Yer üzündəki bütün canlıların həyati funksiyalarının bir çoxu bu prokariotik hüceyrələrin fəaliyyətləri ilə bağlı olaraq reallaşır.

Bakteriyalar olduqca yüksək və ya aşağı temperaturlara uyğunlaşma təmin edir, torpaq altına girir, havada uça bilir, kimyəvi birləşmələrin içində və okeanın dibində yaşayır və hətta radiasiyaya qarşı davamlılıq göstər bilirlər. Bakteriyanın hüceyrə çəpəri çox həssas quruluşdan meydana gəlmişdir. Bu çəpər ümumiyyətlə lipid + polisaxarid və şəkərlə birləşmiş amin turşularından meydana gəlmişdir. Bu kompleks polimer maddə "peptidoqlikon" adlandırılır və iki növ şəkərdən ibarətdir. Bu quruluşun incə, kompleks hörgüsü növlərə görə dəyişir. Bu quruluş o qədər incədir ki, bəzən mikroskop altında belə görmək mümkün deyil, çünki 4,5 nanometr (1 nanometre=0,000000001m) diametrində lifli quruluşların hörülməsindən meydana gəlmişdir. Bakteriyaların malik olduqları xüsusiyyətlərin böyük qismi hələdə bilinmir. Bu canlılar o qədər kiçikdir ki, (0,001 mm.) daxili quruluşlarını lazım olduğu kimi araşdırmaq mümkün deyil.

Allah varHələ mikroorqanizmlərin quruluşuna izah edə bilməyən təkamülçülər bu canlıların quruluşlarında olan estetik görünüşə heç bir məna verə bilmirlər.

Uyğun şəraitlərdə bakteriyalar hər 10-30 dəqiqə içində saylarını iki dəfə artırırlar. Bir bakteriyanın sayı əvvəl ikiyə, sonra dördə, daha sonra səkkizə çıxaraq çoxalır və bu əməliyyat bu şəkildə davam edir. Bakteriyaların bəzi növləri –2710 C soyuqdan və bir neçə saat içində -190C dərəcədən müsbət 250C dərəcəyə keçən sürətli temperatur dəyişmələrindən təsirlənmirlər. Bəzi növlər isə insan üçün öldürücü olan dozadan 2000 dəfə çox olan atom radiasiyasına belə davam gətirə bilir. Bəziləri müxtəlif xəstəliklərə səbəb olarkən, bəziləri insan və bitkilərdə maddələr mübadiləsinin faydalı bir üzvü olaraq qəbul olunur. (Böyük Larousse Lüğət və Ensiklopediyası, 3. cild, sf. 1237-1238 – 2000 QAT RADİASİYA)

Təkamülçülərin iddia etdikləri kimi təsadüfi yaranmanın reallaşması bakteriyalar üçün də qeyri-mümkündür. Bakteriyalar malik olduğu quruluş və xüsusiyyətləri ilə təsadüfən öz-özünə yaranma iddiasının yalnız cəfəngiyyatdan ibarət olduğunu açıq-aşkar sübut edirlər. Darvinistlərin "sadə" olaraq təyin etdikləri bu canlı ingilis zooloqu Sir James Grayın ifadəsi ilə laborantın fəaliyyətlərindən daha çoxunu reallaşdırır: (Sir James Gray, "The Science of Life", chapter en Science Today (1961), sf. 21- Sir James Gray) "Bir bakteriya insanın bildiyi hər hansı bir cansız sistemdən daha kompleksdir. Dünyada ən kiçik canlı orqanizmin biokimyəvi fəaliyyətiylə rəqabət apara bilən laboratoriyası yoxdur."