Ən Mükəmməl Göz Damlası: GözYaşı
Bir çox insanın, "yalnız ağladıqda axan duzlu su" zənn etdiyi gözyaşı vəziyyətə görə dəyişən quruluşu ilə son dərəcə xüsusi bir mayedir.
Gözyaşının ilk vəzifəsi gözü mikroblardan qorumaqdır. İçində olan "lizosom" fermenti bir çox bakteriya növünü parçalaya bilmə və mikrob öldürmə xüsusiyyətinə malikdir. Lizosom sayəsində göz infeksiyalardan qorunur. Bu maddə binaları mikroblardan təmizləmək üçün istifadə edilən qüvvətli dezinfeksiyaedici olan "fenik turşu"dan belə daha təsirlidir. Bu qədər güclü olduğu halda bu fermentin gözə heç bir zərər verməməsi böyük bir möcüzədir.
İçində bu cür güclü bir dezinfeksiyaedici olan gözyaşı, gözün kimyəvi quruluşuna ən uyğun şəkildə yaradılmışdır. Bu yağlama-nəmləndirmə sistemi sayəsində gözünüz qurumur. Əgər bu sistem mövcud olmasa və ya əskik işləsəydi, o zaman göz ilə göz qapağı arasında davamlı bir sürtünmə olar, gözünüz bir neçə dəqiqə içində quruyar, göz qapaqlarınız yapışar və olduqca ağrılı bir müddətdən sonra kor olardınız.