Pinqvinlərin bənzərsiz səbri
Bir çox canlı yumurtalarını və balalarını qoruya bilmək üçün böyük zəhmətlərə tab gətirir, onları gizlədir, qırılmamaları üçün diqqətlə bir yerə yerləşdirir, onları isidir və ya həddindən artıq istidən qoruyur, təhlükə anında bütün yumurtalarını başqa yerə aparır, hətta ağzında daşıyır… Bir çox quş, balıq və sürünəndə bu kimi fədakar və şəfqətli davranışları görmək mümkündür.
Yumurtalarını qorumaqda böyük əzm, görünməmiş bir səbir və heyrət oyandıracaq dərəcədə dayanıqlılıq göstərən bir canlı növü də imperator pinqvinləridir. Antarktidanın sərt iqlimində yaşayan imperator pinqvinləri mart və aprel aylarında (bu, Antarktidada qışın başlanğıcı deməkdir) çoxalmaq və balalarını böyütmək üçün uyğun olan bölgələrə bir neçə kilometrlik səfər edirlər. 25.000-ə qədər pinqvin burada bir yerə toplaşır və cütləşirlər. May və ya iyun ayında dişi pinqvin bir yumurta yumurtlayır. Cütlər yumurtaları üçün yuva qura bilməz, çünki ətraflarında qardan və buzdan başqa heç bir şey yoxdur. Yumurtalarını buzun üzərinə də qoya bilməzlər, çünki yumurta soyuğa dözə bilməyərək dərhal donar. Buna görə imperator pinqvinləri yumurtalarını ayaqlarının üzərində daşıyırlar. Yumurtladıqdan sonra bir neçə saat içində erkək dişinin yanına gəlir və hər ikisi sinə-sinəyə gələcək şəkildə dayanırlar. Beləcə erkək dişidən yumurtanı götürür. Erkək əvvəl ayaq barmaqlarını yumurtanın altına qoyur və sonra barmaqlarını qaldıraraq yumurtanı ayağının üzərinə yumrulayır. Bu çətin prosesin ardınca yumşaq tükləri ilə yumurtanın üzərini örtür.
Yumurta çıxarmaq dişi pinqvinin bədənindəki qida anbarını tükətmişdir. Bu itkini bərpa etmək üçün dərhal yemək tapmağa dənizə geri qayıtmalıdır. Buna görə erkək pinqvin kürt yatır.
Ancaq bu, digər quşlardan daha çətin və səbir tələb edən bir kürt dövrüdür. Pinqvinlər yumurtalarını bir an belə ayaqlarının üzərindən endirə bilməzlər. Bu səbəbdən, yalnız ayaqlarını sürüyərək bir neçə metr irəliləyə bilərlər. Kiçik quyruqlarını üçüncü ayaq kimi istifadə edir və topuqlarının üzərində dayanaraq istirahət edirlər. Bu əsnada ayaq barmaqlarını yuxarı doğru qaldırırlar ki, yumurtaları buza dəyib donmasın. Pinqvinin tükləri ilə örtdüyü ayaqları çöldən 800 daha istidir və bunun sayəsində yumurtası dondurucu soyuğu qətiyyən hiss etmir.
Çətin qütb şəraiti
Qış irəlilədikcə çox şiddətli qasırğalar başlayır, külək saatda 120-160 km sürətlə əsir. Bu öldürücü qış şəraitində erkək pinqvinlər aylarla heç bir şey yemədən və demək olar ki, heç tərpənmədən balaları üçün bənzərsiz bir fədakarlıq nümayiş etdirirlər. Bu çətin şəraitdə donmaqdan xilas olmaq üçün mühüm həmrəylik nümunəsi göstərərək bir-birlərinə daha da yaxınlaşırlar. Aralarına soyuq girməsinə mane olmaq üçün dimdiklərini sinələrinə yapışdırırlar, beləcə peysərləri dümdüz olur və bir-birinə yapışan pinqvinlər arada heç boşluq qalmayacaq şəkildə tükdən bir tavan meydana gətirirlər. Dairənin xaricində qalanlar Şimal Qütbünün bütün sərtliyinə tab gətirmək məcburiyyətindədirlər. Ancaq bu, çox davam etmir, çünki davamlı olaraq yer dəyişdirirlər və dairənin xaricinə keçirlər. Minlərlə pinqvinin aralarında heç bir qarşıdurma çıxmadan aylarla ola biləcək ən çətin şəraitdə belə birlikdə yaşamaları və həmrəylik içində olmaları çox maraqlıdır. Şüur və ağıl sahibi insanların belə mənfəətləri ilə zidd düşə biləcək belə bir mühitdə pinqvinlərin bu qədər fədakar olmaları çox nadir rast gəlinən bir vəziyyətdir.
Çox çətin keçən bu 60 günün sonunda yumurtalar çatlayır. 60 gündür ki heç bir şey yemədən soyuğa qarşı müqavimət göstərən erkək pinqvinlər hətta yumurtalar çatladıqdan sonra da özlərini deyil, balalarını düşünürlər. Yeni doğulan balanın qidaya ehtiyacı var. Erkək pinqvin az da olsa süd ifraz edir və bunu balasına içirir. Məhz bu kritik günlərdə dişilər görünür. Dişilər qayıtdıqda səslənməyə başlayır və erkəklər də onlara cavab verirlər. Cütlər bir-birlərini cütləşmə əsnasında öyrəndikləri səslərindən tanıyırlar. 3 ay boyunca ayrı qalmaqlarına baxmayaraq, bu səsi dərhal tanıya bilmələri də Allah'ın onlara verdiyi xüsusi bir qabiliyyətdir. (Harun Yəhya, Heyvanlar Aləmi)
Dişinin qursağı tamamilə ovladığı yeməklərlə doludur və yeməkləri balasının qabağına boşaldır və bala ilk əsl yeməyini yeyir. Dişinin geri qayıtması ilə erkəyin bir an əvvəl balanı tərk edərək öz işinə qayıdacağı düşünülə bilər. Ancaq belə olmur, erkək 10 gün də balaya baxır. Onu ayağının üzərində qorumağa davam edir. Sonra isə təxminən 4 aylıq aclıq dövründən sonrakı ilk yeməyini yemək üçün dənizə qayıdır.
Dişi və erkək pinqvinlərin böyük bir həmrəylik və əmək bölgüsü ilə yumurtalarını və balalarını ölüm və ən çətin şərtlərdən qorxmayaraq qorumalarını, hər nə bahasına olursa olsun, balalarını bir an belə tək buraxmamalarını onlara Allah ilham edir. Hər canlını yoxdan var edən, nəzarət edən, hər an qoruyan və hər canlıya davranışını əmr edən yerlərin, göylərin və ikisi arasındakıların Rəbbi olan Allah'dır. Allah Quranda bu həqiqəti belə xəbər verir::
"Mən Rəbbim və Rəbbiniz olan Allah'a təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir." (Hud surəsi, 56)