Canlıların enerji mənbəyi - FOTOSİNTEZ
Günəşin Yerə göndərdiyi bir günlük enerji bütün insanlığın bir gün boyu tələb etdiyi enerjidən, demək olar ki, on min dəfə çoxdur. İnkişaf etmiş ölkələr Günəşdən gələn bu pulsuz enerjini depolaya bilmək üçün laboratoriya işlərinə çox yüksək miqdarlarda pul xərcləyirlər. Bu məqsədlə aparılan tədqiqatlarda təəccüblü bir həqiqətlə qarşılaşılmış və bitkilərin Günəşdən gələn enerjisini depolayan mükəmməl sistemə malik olduqları aydın olmuşdur. Bitkilərin malik olduğu bu sistem fotosintez adlanır.
Bitkilər fotosintez prosesini günəş hüceyrələri sayəsində reallaşdırırlar. Bu hüceyrələr günəş enerjisini kimyəvi enerjiyə çevirərək bütün canlıların təməl qida mənbəyi olan karbohidratı istehsal edirlər.
Fotosintez vasitəsilə bitkilər günəş enerjisini daha sonra istifadə edə biləcəkləri enerjiyə çevirirlər. Bu proses yarpaqlardakı "fotosintetik reaksiya" mərkəzlərində gedir. Burada günəş enerjisi istifadə edilərək havadakı karbondioksid, nişasta və digər yüksək enerjili karbohidratlara çevrilir. Bitki daha sonra qidaya ehtiyac duyduqda bu karbohidratlarda depoladığı enerjini istifadə edir. Əlbəttə bitkilərlə qidalanan canlılar bitkidəki karbohidratlardan enerji ehtiyaclarını ödəyirlər. İnsanın ehtiyacı olan enerji də fotosintez vasitəsilə bu qidalarda depolanan enerji ilə qarşılanır.
Karbohidratlar bütün canlıların birbaşa və ya dolayı olaraq enerji ehtiyacını təmin edən təməl qida qaynaqlarıdır. Bu enerjini əldə etmək üçün mütləq bitkilərlə qidalanmaq lazım deyil. Heyvanlar da bitkilərlə qidalandıqları üçün həmin enerji heyvan mənşəli qidalar yoluyla insanlara çata bilir. Bu heyvanlarla qidalanan insan Günəşdən bitkilərə, oradan heyvanlara, ardınca da özünə çatan bu enerjini alır və vücudunda istifadə edir. Göründüyü kimi, bütün canlılar həyatlarını davam etdirmək üçün fotosintez yoluyla günəş işığından gələn enerjini istifadə edirlər.
Yalnız qidalar deyil, gündəlik həyatımızda istifadə etdiyimiz maddələrin böyük bir hissəsi də ən başda fotosintez yoluyla əldə edilən enerjini bizə ötürürlər. Məsələn, neft, kömür, təbii qaz kimi yanacaqlar fotosintez yoluyla günəş enerjisinin depolandığı enerji qaynaqlarıdır. Yanacaq olaraq istifadə etdiyimiz odun da həmçinin əhəmiyyətli enerji qaynağıdır.
Bundan milyonlarla il əvvəl fotosintez edərək günəş enerjisini vücudlarında depolayan bitkilər və bu bitkiləri yeyən heyvanlar torpağın dərinliklərində, yüksək təzyiq altında "neft"i meydana gətirmişlər. Kömür və təbii qaz da yenə eyni şəkildə meydana gəlmişdir. Qısası, fotosintez sayəsində bitkilərdə depolanan günəş enerjisi milyonlarla il sonra fərqli şəkildə insanların istifadəsinə verilmişdir. (www.bitkilerinalemi.webnode.com)
Odun yalnız yandırmaq üçün deyil, inşaat da daxil olmaqla bir çox fərqli sahədə istifadə edilən çox əhəmiyyətli materialdır. Məsələn, kağız, pambıq və digər təbii liflərin, demək olar ki, hamısı fotosintezlə istehsal olunan sellülozadan meydana gəlir. Hətta yun istehsalı belə fotosintezlə gələn enerjidən asılıdır. Bütün bitki və heyvan mənşəli, neft kimi üzvi maddələrdən əldə edilən saysız-hesabsız əlavə məhsulun qaynağı fotosintezlə meydana gələn günəş enerjisidir.
Canlılar havadakı karbondioksidin və havanın temperaturunun davamlı olaraq artmasına səbəb olurlar. Hər il insanların, heyvanların və torpaqdakı mikroorqanizmlərin etdikləri tənəffüs nəticəsində milyardlarla ton karbondioksid atmosferə qarışır. Həmçinin, fabriklərdə və evlərdə qızdırıcı və ya soba istifadə edilərək istehlak edilən və nəqliyyat vasitələrində istifadə edilən yanacaqlardan atmosferə ötürülən karbondioksid miqdarı da milyardlarla tondur. Bu karbondioksid fotosintez və okeanlar vasitəsilə atmosferdən təmizlənir. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)
Göründüyü kimi fotosintezin canlılar aləmi üçün nə qədər həyati əhəmiyyətə sahib olduğu çox aydındır. Fotosintez haqqında bilinənlər onu təqlid edərək günəş enerjisini depolayan sistemlərin yaradıla bilməsi üçün hələ kifayət deyil. Buna baxmayaraq, ağılı və şüuru olmayan yarpaq üçün fotosintez çox asan prosesdir. Ağıl, təhsil və üstün texnologiya sahibi insanlar bu sistemin təqlidini edə bilməzkən, milyardlarla ildir trilyonlarla yarpağın tək-tək fotosintez prosesini reallaşdıra bilməsi heyrətləndiricidir. Bu kimyəvi proses bitkilər tərəfindən ilk yaradıldıqları gündən bəri axsamadan reallaşdırılır. Bitkilərin olduğu hər yerdə günəş enerjisi istifadə edilərək, karbondioksid və sudan şəkər meydana gətirən fabrik çalışır. Yediyiniz ispanaq, salatınızdakı cəfəri, balkonunuzdakı sarmaşıq, siz fərqində olmadan, sizin üçün davamlı istehsal edilirlər. Bu, üstün elm sahibi Allah'ın insanlara olan şəfqətinin nəticəsidir. Allah bitkiləri insanlara və bütün canlılara fayda verəcək şəkildə yaratmışdır. Allah Quran ayəsində insanların bir ağacı yoxdan var etməsinin qeyri-mümkün olduğunu belə bildirir:
"Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki, siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allah'la yanaşı başqa bir məbudmu var? Xeyr, onlar (haqdan) yayınan adamlardır." (Nəml surəsi, 60)