Bitkilərdəki dəlillər
Vicdan sahibi bir insan ətrafında gördüyü hər şeyin bir iman dəlili olduğunu bilir. Dənizdə ov tutmaq üçün suya yaxınlaşan qağayıdan, torpaq üzərində yeriyən balaca qarışqanın, hər il kiloqramlarla meyvə verən alma ağacının, tonlarca ağırlığına baxmayaraq göy üzündə aslı duran buludların, bir sözlə, gözünü çevirdiyi hər yerdə gördüyü hər şeyin Allah`ın varlığının sübutu olduğunun şüurundadır.
Allah insanlara Quran ayələrində bildirilən iman həqiqətlərini dərindən anlamaq üçün iki əhəmiyyətli həqiqəti bildirir: Düşünmək və məlumat sahibi olmaq...
Quranın bir çox ayəsində bildirdiyi kimi, Allah yaratdığı şeylər haqqında düşünməyimizi və bunlardan nəticə çıxarmağımızı istəyir. Belə ki, ətrafımızda canlı-cansız bütün varlıqlar Allah`ın sonsuz yaratma gücünü, sənətini, elmini dərin təfəkkür etməyimiz üçün yaradılmışdır. Quranda bildirildiyi kimi, bunların hamısı bir məqsəd üçün yaradılıb. Bunlara əhəmiyyət vermədən keçmək və düşünməmək Allah`ın ayələrindən üz çevirmək mənasına gəlir ki, mömin belə hərəkətdən tamamilə uzaq durar.
İman həqiqətləri üzərindən düşünmək Quranda xüsusilə diqqət çəkilir. Ancaq burada “düşünmək” bəzi insanların fərz etdiyi kimi, “Allah nə qədər gözəl yaratmış” və ya “nə gözəl bir canlıdır” kimi adi sözlər deyil. Allah`ın yaratdıqları haqqında dərin, ətraflı və hərtərəfli düşünmək lazımdır, Allah`ın yaradışındakı hikmət və incəlikləri müəyyən etmək, onlardakı hikmətləri görmək lazımdır.