Balıqlar suda necə yaşayırlar?

Allah varBu an yaşayan və yüzlərlə il əvvəl yaşamış bütün balıq növləri Allah'ın onlar üçün yaratdığı mükəmməl sistemlər sayəsində su altında rahat yaşaya bilirlər.

Balıqların suda nə qədər cəld və sürətli hərəkət etdiklərinə hamınız şahid olmusunuz. Balığın üzməsi üçün əlavə hərəkət etməsinə ehtiyac yoxdur, bunun üçün quyruğunu sağa-sola yelləməsi kifayətdir. Məhz balıqların suyun içindəki bu rahat hərəkətləri qıvraq onurğaları və bədənlərindəki bəzi sistemlər sayəsində reallaşır.

Balıqlar sakit üzərkən, birdən yüksək sürət əldə etmək üçün çox enerjiyə ehtiyac duyurlar. Ani sürətlənmək onlar üçün çox əhəmiyyətlidir. Çünki ovçulardan qaçmaq üçün buna ehtiyacları var.

Üstəlik, balıqlar suyun içində çox vaxt axıntıya qarşı hərəkət edirlər. Siz, özünüzün suyun içində nə qədər çətin hərəkət etdiyinizi, yolda yeriyərkən isə nə qədər asan hərəkət etdiyinizi düşünün.

Balıqda belə bir gücün ortaya çıxmasını onun onurğasının və əzələlərinin xüsusi quruluşu təmin edir. Onurğa balığın bədəninin dik dayanmasını, həmçinin üzgəclərin və əzələlərin ona bağlanmasını təmin edən bir quruluşa malikdir. Əgər belə olmasaydı, balıqların suda hərəkət etməsi qeyri-mümkün olardı. Balığın yalnız onurğasının xüsusi formasının olması, onun üzə bilməsi üçün kifayət deyil. Çünki balıq suyun içində təkcə irəli-geri deyil, həm də aşağı-yuxarı hərəkət edir. Balıq bu hərəkəti də başqa bədən sistemi sayəsində bacarır. Balıqların bədənlərində hava kisələri var. Bu kisələri hava ilə dolduraraq dərinə enir və ya havanı boşaldaraq suyun səthinə çıxa bilirlər.

Bunu heç düşündünüzmü: Balıqlar daim suyun içində olmalarına baxmayaraq, niyə zərər görmürlər? Biz suyun içində müəyyən müddət qaldıqdan sonra dərimiz təsirlənməyə başlayır. Bu müddət uzansa, dərimiz zərər görər. Halbuki, balıqlarda belə bir şey olmur. Çünki balıqların üst dərisində bərk parlaq bir təbəqə var. Bu təbəqə suyun bədənə girməsinə mane olur. Əgər bu təbəqə olmasaydı, balığın bədəni zərər görərdi, hətta suyun bədənə girməsi səbəbindən tarazlıq pozulardı, balıq da ölərdi. Ancaq bunların heç biri olmur və balıqlar suyun içində yaşamağa davam edirlər (Harun Yəhya, Möcüzəvi canlılar).

Yer üzündəki bütün balıq növləri bu xüsusiyyətlərin hamısına əskiksiz şəkildə malikdirlər. Ən qədim dövrlərdə yaşamış balıqlarda da bunların hamısı var. Balıqlar milyonlarla ildir ki, heç dəyişməyiblər, həmişə eyni mükəmməl quruluşa sahib olublar. Bunu milyonlarla il əvvəl yaşamış balıqların müasir dövrə gəlib çatan qalıqlarında görmək mümkündür. Bu qalıqlarda balıqların keçmişdə də, bu günkü kimi eyni olduqları, heç dəyişmədikləri müəyyən olunur. Bu vəziyyət bizə balıqların bir anda ortaya çıxdıqlarını göstərir. Yəni balıqlar yaradılmışdır. Balıqların sahib olduqları bütün xüsusiyyətləri onlara verən kainatdakı hər şeyi yaradan Allah'dır. Allah bütün canlıların ehtiyaclarından xəbərdar olandır.

"Sizin yaradılışınızda və (Allah'ın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır." (Casiyə surəsi, 4)