Su altındakı gizli dünya

Quruda, səmada və suda yaşayan hər canlı təbiətdəki tarazlığın bir hissəsidir. Bu, bir-birindən müstəqil hissələr pozulmaz bir tarazlıq içində çalışır. Yaşamaq üçün bir çox canlı bir-birinə ehtiyac duyur. Aşağıda izah edəcəyimiz iki canlı təbiətdəki yardımlaşmanı daha yaxşı anlamağımıza və Allah'ın kainat üzərində bina etdiyi sonsuz elmini daha dərin düşünməyimizə kömək edəcək (Harun Yəhya, Təbiətdəki dizayn).

Allah varDuzlaq xərçəngi -Artemia

Duzlaq xərçəngi yalnız təbii duz göllərində və ya insanın yaratdığı duzlaqlarda yaşayır.

Heç bir müdafiə orqanına sahib olmayan artemia flaminqolara asanlıqla yem olur. Artemialar müdafiəsiz kimi görünürlər, əslində isə belə deyil. Allah bu heyvanların çoxalması üçün mükəmməl bir sistem hazırlamışdır.

Artemiaların yumurtaları olduqca qalın və elastik bir təbəqə ilə əhatə olunmuşdur. Yetkin bir artemia flaminqo tərəfindən yeyilsə də, flaminqolar artemianın yumurta kisəsindəki yumurtaları həzm edə bilmirlər. Yumurtalar flaminqoların köç yolları üzərindəki uyğun yerlərə flaminqonun nəcisinin içində daşınmış olurlar.

Artemiaların yaradıldıqları gündən etibarən flaminqolara ehtiyacları var. Çünki artemianın nə qabığını inkişaf etdirmək üçün lazımi gözləmə müddəti, nə də flaminqoları kəşf edəcək geniş zamanı var. Flaminqoların qidalanma forması ilə artemiaların çoxalma mexanizmləri bir anda yaradılmışdır.

Artemia normal halda duzlaqdakı aktiv həyatını 6-350C arasında davam etdirir. Ancaq duzlaqlarda ilin fərqli mövsümlərində temperatur bu sərhədlərin xaricinə çıxır. Bəs dəyişən şəraitdə artemialar duzlaqlarda necə yaşayırlar?

Yetkin xərçənglər payızın son günlərindən başlayaraq qalın çəpərli yumurtalarını meydana gətirməyə başlayırlar. Bu yumurtalar ən sərt qışı belə rahat keçirirlər. Çünki yumurtalar möcüzəvi bir şəkildə tərkiblərində təbii anti-friz funksiyası yerinə yetirən qliserin istehsal edirlər. Qış yumurtaları təbiətdə rast gəlinməyən -2730C soyuğa və +1000C-lik istiyə belə dözə bilirlər. Yumurtaların bu xüsusiyyətləri artemianın günümüzə qədər nəslini davam etdirməsinə imkan yaratmışdır. Məməlilər, hətta onurğalılar oksigeni az olan bir mühitdə qaldıqda boğularaq ölürlər. Ancaq artemiaların belə bir problemi yoxdur. Tərkiblərində yaradılmış xüsusi bir mexanizm sayəsində bu problemi aşa bilirlər. Bu, artemianın qanındakı hemoqlobin sıxlığını nizamlamaq xüsusiyyətinə malik olması ilə reallaşır. Bunun sayəsində, oksigenin çox azaldığı həddindən artıq isti və duzlu sularda, hətta kristallaşmış duz gölləri üzərində belə yaşaya bilirlər.

Heyrətamiz xüsusiyyətlərə malik olan bu canlının ağılı yoxdur. Artemia 60-dən aşağı şiddətli soyuqlara davam gətirmək üçün özü düşünərək qliserini kəşf edə bilməz. Bu canlının hemoqlobin sıxlığını nizamlayan sistemi öz-özünə hazırlayaraq, bunu tərkibinə yerləşdirdiyini düşünmək də, əlbəttə ki, doğru deyil. İnsan ağlının sərhədlərinə sığmayan xüsusiyyətlərə artemianın təsadüfən sahib olduğunu iddia etmək də qeyri-mümkün, hətta gülünc iddiadır.

Deyiləcək bir şey var, o da, bu canlının xüsusi olaraq yaradılmasıdır. Hər şeyin sahibi və hər şeyi dilədiyi kimi yaradan Allah bu canlını da yaşadığı mühitə ən uyğun xüsusiyyətlərlə yaratmış və yaşamasını təmin etmişdir. Yaratmaq Allah üçün çox asandır və Allah bu həqiqəti bir ayəsində belə bildirmişdir:

"Bir şeyi dilədiyi zaman, Onun əmri yalnız: "Ol" deməsidir; o da dərhal olar." (Yasin surəsi, 82)

Kamançı xərçəng

Panulirus cinsindən olan xərçənglər olduqca maraqlı bir müdafiə sisteminə malikdirlər. Bu xərşənglər ancaq telli çalğı alətlərindən çıxan səsi kəsik-kəsik çıxarır, bununla da düşmənlərini qaçırırlar.

Bu canlıların gözlərinin altında mikroskopik cızıqlarla örtülmüş və əyilib-bükülən antenalar var. Panulirus xərşəngləri antenalarındakı bu cızıqları iç-içə keçirib sürtməyə başladığı zaman skripka yaylarının bir-birinə sürtünməsilə yaranan səsə bənzər səs çıxara bilirlər.

Canlılardakı üstün dizaynların yalnız bir izahı ola bilər: Yaradılış. Allah bütün kainatı "Ol" əmri ilə yaratmış və insanlardan Onu zikr etmələrini və yaratdıqları haqqında düşünmələrini istəmişdir. Hər cür yaratmağı bilən Rəbbimiz bir ayədə belə buyurur:

"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür¬ (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali İmran surəsi, 191)