Texnologiya insanlara Allah'ın rəhmətidir

Allah varGün ərzində qarşımıza çıxan hər şey Allah'ın üstün yaratmasının bir dəlilidir. Bu dəlilləri diqqətlə araşdıran hər insan hamısının möcüzəvi xüsusiyyətlərə sahib olduğunu görər. Bəzi insanlar isə hər gün qarşılaşdıqları bu möhtəşəm yaradılışı diqqətlə baxmadıqları üçün görə bilmirlər.

Texnologiya insanın yer üzündəki elementləri müəyyən bir məqsədə görə hər hansı bir formaya salmasına deyilir. Ətrafımızdakı texnoloji avadanlıqları araşdırsaq hamısının dəmir, mis, sink, alüminium kimi metallardan və ya neftin istehsal etdiyi plastik materiallardan hazırlandığını görərik. Əgər bu maddələr, xüsusilə də, metallar mövcud olmasaydı və bütün bunlardan istifadə etmək imkanımız olmasaydı, bəlkə də texnologiyadan danışmaq da mümkün olmazdı.

Bu elementlərin yalnız bir neçəsini belə ətraflı araşdırsaq, gündəlik həyatımızda adi qarşıladığımız bu maddələrin əslində necə möcüzəvi quruluşa malik olduqlarını görərik. Dəmir də bu maddələrdən biridir. Məşhur avstraliyalı molekulyar bioloq Michael Denton Nature's Destiny (Təbiətin Taleyi) adlı kitabında kainatdakı təbiət qanunlarının və elementlərin insan həyatı üçün xüsusi bir dizayna sahib olduğunu izah edir və dəmirlə bağlı bunları yazır:

"Həyatın davam etməsi üçün dəmir kimi vacib olan ikici belə metal yoxdur... Temperatur, dəmir atomlarının cazibə qüvvəsi tərəfindən yerin mərkəzinə doğru çəkilməsi nəticəsində ortaya çıxmışdır və ibtidai dövrdə dünyanın ilk kimyəvi tarazlıqlarını tənzimləmiş, atmosferi və nəhayət dənizləri meydana gətirmişdir..." (Michael Denton, Nature's Destiny, s. 198)

Michael Denton insanın maddələr mübadiləsinin və tənəffüs sisteminin qüsursuz işləməsi üçün dəmirin əhəmiyyətinə belə diqqət çəkmişdir:

"Dəmir insan qanında hemoqlobinin tərkibindəki oksigen molekulu ilə birləşərək olduqca yandırıcı olan oksigen atomlarını idarə edir. Həmçinin dəmir vasitəsilə bu dəyərli enerji qaynağı (oksigen) həyatın davam etməsi üçün hüceyrənin tənəffüs sistemində də istifadə edilə bilir." (Nature's Destiny, s. 198)

Buradan da aydın olduğu kimi, dəmir, dünyanın ən əsas fiziki tarazlıqlarından biri olan, nəfəs aldığımız havanı istifadə edə bilməyimiz üçün hər zaman vacib metallardan biri hesab olunur. Dentonun ifadəsi ilə desək:

"Dəmir atomu olmasaydı, kainatda karbon qazına bağlı həyat mövcud olmayacaq, heç bir süpernova kimi nəhəng ulduzların dəhşətli partlayışı baş verməyəcək, atmosfer və hidrosfer qatları meydana gəlməyəcək və dünya hal-hazırki vəziyyətində olmayacaqdı. Həmçinin dünyanı meteoritlərdən qoruyan maqnit sahəsi əmələ gəlməyəcək, Van Allen radiasiyaları və ozon təbəqəsi mövcud olmayacaq və hemoqlobini yaradan bir metal tapılmayacaqdı. Başqa sözlə desək, tənəffüs sisteminin də yerləşdiyi bir maddələr mübadiləsi olmayacaqdı." (Nature's Destiny, s. 198)

Bundan başqa, dəmir əsrlər boyu sivilizasiyaların əsasını təşkil etmişdir. Sənaye, dəmir və onun karbonla reaksiyasından alınan polad vasitəsilə yaranmışdır.

Texnologiya da sənayenin bir məhsuludur. Məsələn, dəmir olmasaydı, dünyada hələ də taxtadan istifadə edəcəkdilər və texnologiya inkişaf etməyəcəkdi.

Qısaca, "dəmir" elementinin mövcud olması və dünyada xeyli miqdarda tapılması Allah'ın insanlara bir rəhmətidir. Allah Quranda da bu həqiqətə diqqət çəkmişdir. Quranın "Hədid", yəni "Dəmir" surəsində Rəbbimiz belə buyurur:

"Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, (Onu) görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir." (Hədid surəsi, 25)

Çox böyük sərtliyə malik olan dəmir, insanların texnologiyanı xeyli inkişaf etdirməsinə səbəb olmuşdur. Başqa ifadə ilə desək, dəmirdən və dəmirin karbonla birləşməsi nəticəsində poladdan hazırlanan hər şey bizlərə Allah'ın rəhmətini görməyimiz üçün bir vasitədir. Binalar, avtomobillər, təyyarələr, körpülər, qatarlar, göydələnlər və digər bir çox şey, əslində, Allah'ın böyük sərtliyə malik olan dəmiri yaratmasına görə mövcuddur. Lakin bu vəsaitlərdən istifadə edə biləcəyimiz bədəni, ağılı və şüuru bizə Allah'ın verdiyini də unutmamalıyıq.