Atmosfer

Allah varPlanetimizi əhatə edən atmosfer qatı canlı aləmin həyatını təmin edən ən əhəmiyyətli amillərdən biridir. Bir çox insan atmosfersiz dünyanın necə bir yer olacağını ağlına belə gətirmir. Buna sadəcə bir nümunə göstərək: əgər atmosfer olmasa, milyonlarla meteorit yer kürəsinə çırpılar və bütün həyat məhv olardı.

Atmosfer Yer planetinə yaxınlaşan irili-xırdalı bir çox meteoriti əridərək məhv edir və bu göy cisimlərinin həyat üçün yaratdığı böyük təhlükələrin qarşısını alır.

Eyni zamanda, atmosfer qatı kosmosdan gələn və canlılar üçün çox zərərli olan şüaları dünyaya buraxmır. Burada olduqca maraqlı məqam diqqəti cəlb edir, atmosfer yalnız zərərsiz şüaları, yəni gözlə görünən işıq, infraqırmızı şüalar və radio dalğalarını Yerə buraxır. Bu şüalar isə həyati əhəmiyyət daşıyır. Məsələn, atmosferin dünyaya müəyyən miqdarda buraxdığı ultrabənövşəyi şüalar bitkilərdə gedən fotosintez prosesində, dolayısı ilə, canlı aləmin həyatında mühüm rol oynayır. Günəşdən gələn güclü ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yerə canlıların ehtiyacı olan miqdarda gəlib çatır. Atmosfer qatının qoruyucu funksiyaları bununla kifayətlənmir. Belə ki, Yer kürəsini kosmosun təqribən -270 dərəcəlik dondurucu soyuğundan qoruyan məhz atmosfer qatıdır.

Atmosfer yalnız canlılar üçün lazım olan şüaların Yerə daxil olmasına izin verir. Məsələn, ultrabənövşəyi şüalar müəyyən miqdarda bizə gəlib çatır. Bitkilərin fotosintez prosesi və canlıların həyatda qalması üçün bu, ən uyğun miqdardır.

Havanın sıxlığındakı mükəmməl ölçü

Atmosferdəki qazların nisbəti təkcə bizim tənəffüsümüz üçün deyil, mavi planetin mövcudluğu üçün də böyük əhəmiyyət daşıyır.

"Allah göyləri və yeri gerçək olaraq yaratmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır." (Ənkəbut surəsi, 44)

Prof. Maykl Denton bu barədə fikirlərini belə ifadə etmişdir: "Əgər havanın sıxlığı və ya durğunluğu bir az daha çox olsaydı, havanın müqaviməti artacaq və hava ilə tənəffüs edən canlılara ehtiyac duyduqları oksigeni təmin edən tənəffüs sistemi yaratmaq qeyri-mümkün olacaqdı..."

Mövcud atmosfer təzyiqini və oksigenin havadakı miqdarını müqayisə edərək "yaşamaq üçün ən uyğun" nisbəti axtardıqda məhdud aralıqla qarşılaşırıq. Olduqca böyük əhəmiyyət daşıyan bir çox həyati funksiyanın, həmçinin atmosferin də bu kiçik aralıqda yerləşməsi bizi möhtəşəm bir nizamla qarşı-qarşıya qoyur.


Dəniz səviyyəsində havanın sıxlığı 1q/l-dir. Dənizin səthində havanın axıcılığı isə sudan əlli dəfə çoxdur. Bizim üçün əhəmiyyətsiz görünən bu rəqəmlər insan və bütün canlı aləm üçün böyük həyati funksiya daşıyır. Çünki hava ilə tənəffüs edən canlıların yaşaması üçün atmosferin bütün xüsusiyyətləri (sıxlığı, axıcılığı, təzyiqi və s.) hazırkı göstəricilərlə üst-üstə düşməlidir.

Allah varNəfəs aldığımız zaman ciyərlərimiz "hava müqaviməti" adlanan gücə qarşı enerji sərf edir. Hava müqaviməti havanın hərəkətə qarşı göstərdiyi durğunluq meylidir. Ancaq bu müqavimət atmosferin xüsusiyyətləri sayəsində çox zəifdir və biz asanlıqla nəfəs alıb verə bilirik. Əgər müqavimət kiçik ölçüdə artsa, nəfəs alarkən ciyərlərimiz çətinlik çəkməyə başlayacaq. Bu prosesi sadə bir nümunə ilə açıqlamağa çalışaq: Şprisin iynəsindən su çəkmək asandır. Ancaq eyni iynə ilə bal çəkmək daha çətindir, çünki bal sudan daha az axıcılığa və daha yüksək sıxlığa malikdir.

Atmosferin sıxlıq, axıcılıq və təzyiq kimi xüsusiyyətlərində kiçicik bir dəyişiklik belə, nəfəs almağımızı şprislə bal çəkmək qədər çətinləşərdi. "Onda şprisin iynəsini qalınlaşdırmaq olar" deyə düşünmək, yəni ağciyər kanallarının genişlədilməsi fikri də yalnışdır. Çünki bu zaman ciyərlərdəki geniş sahə tutan kiçik kanallar ləğv olunmalıdır. Belə olan halda, ciyərlərin hava ilə təmasda sahəsi çox kiçilər və ciyərlər bədən üçün lazım olan oksigeni təmin edə bilməz. Havanın sıxlıq, axıcılıq, təzyiq kimi xüsusiyyətləri mütləq müəyyən dar aralıq daxilində qalmalıdır. Bu gün tənəffüs etdiyimiz havanın sahib olduğu xüsusiyyətlər bu aralığın içindədir.

Mavi rəng

Atmosferin təkibindəki nisbət təkcə bizim tənəffüsümüz üçün deyil, mavi planetin "mavi" olaraq qalması üçün də əhəmiyyətlidir. Əgər atmosfer təzyiqi hazırkı nisbət dəyərinin beşdə birini itirsə, dənizlərdəki buxarlanma nisbəti daha da yüksələr, atmosferdəki su buxarının miqdarı dəfələrlə artar və nəticədə Yer kürəsi üzərində "istixana" effekti meydana gətirərək planetin temperaturun həddindən artıq yükslməsinə səbəb olardı. Əgər atmosfer təzyiqi hazırkı nisbətində 1 dəfə daha artıq olsa, bu dəfə də atmosferdəki su buxarı nisbəti xeyli azalacaq və Yerin bütün quru səthi səhraya çevriləcəkdi.

Ancaq sadaladıqlarımız ehtimal olaraq qalır, çünki Allah Yeri, günəş sistemini və içində olduğumuz bütün kainatı qüsursuz bir nizamla yaratmışdır. Dünyadakı bütün tarazlıqlar yaşamağımız üçün ən müvafiq ölçü və nisbət üzərində

Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allah`dır. O, işləri yoluna qoyur və ayələrini (belə) izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır. Yer üzündə bir-birinə yaxın (müxtəlif iqlimli) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 2-4)

. Allah bu qüsursuz nizamdan Quranın bir çox ayələrində bəhs edərək insanları şüurlu şəkildə bu nümunələr üzərində düşünməyə və Allah'ın sonsuz gücünü təqdir etməyə səsləmişdir:

"Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allah’dır. O işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də bunda dərin düşünən insanlar üçün dəlillər vardır. Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır". (Rə'd surəsi, 2-4)