Quş tükləri

Allah var Çox kompleks dizayna və aerodinamik xüsusiyyətlərə sahib olan tüklər yalnız quşlara məxsusdur. Yalnız bir quş tükü belə Allah'ın varlığını və yaradılış həqiqətini sübut etmək üçün kifayətdir.

Sürünənlərin bədənləri pulcuqlarla, quşların bədənləri isə tüklərlə örtülüdür. Təkamülçü elm adamları sürünənləri quşların atası hesab etdikləri üçün istər-istəməz quş tüklərinin də sürünən pulcuqlarından təkamülləşdiyini iddia etmək məcburiyyətində qalırlar. Halbuki, pulcuqlar ilə tüklər arasında heç bir bənzərlik yoxdur.

Sürünənlərin pulcuqları və quşların tükləri Allah var

Təkamülçülər mikroskop altında araşdırdıqda tüklə pulcuqlar arasında heç bir fərq olmadığını; yalnız tükün pulcuğun inkişaf etmiş forması olduğunu iddia edirlər. Pulcuq və tükün quruluşu təkamülçülərin iddialarının əksinə bir-birlərindən tamamilə fərqlidir. Məsələn, embrion içərisindəki inkişaflarına baxıldıqda, pulcuq və tükün böyümə mexanizmlərinin tamamilə fərqli olduğu aydın olur. Kimyəvi quruluşları müqayisə edildikdə isə tüklərin "keratin" deyilən kimyəvi bir maddədən meydana gəldikləri görünür. Tüklər "folikul"lardan inkişaf edirlər. Dəridən xaricə uzanan saçlar kimi, tüklər də olduqları dəridən ətrafa doğru uzanırlar. Bunlar yalnız iki nümunədir. Bu nümunələrlə tüklərin və pulcuqların bir-birləri ilə heç bir oxşarlığı olmayan, fərqli iki quruluş olduğu çox dəqiq görünür. Başqa sözlə, bir-birlərindən təkamülləşmələrinin mümkün olmadığı da açıqdır.

Allah var Tüklərdəki dizayn

Connecticut Universitetində fiziologiya və nevrobiologiya professoru olan A. H. Brush təkamülçü olmasına baxmayaraq, "tüklər və pulcuqlar... genetik quruluşlarından inkişaflarına, morfologiyalarından toxuma quruluşlarına qədər hər şeydə bir-birlərindən fərqlidirlər" deyərək bu həqiqəti qəbul edir.

Allah var Bundan əlavə, Prof. Brusha görə "quş tüklərinin zülal quruluşu da digər onurğalıların heç birində rast gəlinməyən tamamilə xüsusi" " bir quruluşdur. Bununla yanaşı, quş tüklərinin sürünən pulcuqlarından təkamülləşdiklərini göstərə biləcək heç bir fosil dəlili də yoxdur. Əksinə, Prof. Brushun ifadəsi ilə, , "tüklər fosil qeydlərində yalnız quşlara xas xüsusiyyət olaraq bir anda meydana gəlirlər". Sürünənlərdə quş tüklərinə mənbə olan "heç bir epidermal (üst dəriyə aid) quruluş isə təyin oluna bilməmişdir".

Bu açıq-aşkar həqiqətə baxmayaraq, təkamülçülər saxta dəlillərlə bu iddialarını dəstəkləməyə çalışırlar. 1996-cı ildə böyük bir media propaqandası ilə gündəmə gətirilən "Çindəki tüklü dinozavr fosilləri" hekayəsi bunlardan biridir. Bu hekayə tamamilə həqiqətdən kənardır. Beləki, haqqında danışılan Sinosauropteryx fosilinin əslində quş tükünə bənzər heç bir quruluşa malik olmadığı 1997-ci ildə aparılan araşdırmalarla aydın olmuşdur.

Allah varDigər tərəfdən, quş tüklərində heç bir təkamüllə açıqlana bilməyəcək qədər kompleks bir dizayn var. Məşhur alim Alan Feduccia "tüklərin hər xüsusiyyəti aerodinamik funksiyaya malikdir. Yüngüldürlər, itələmə qüvvəsi var və asanlıqla köhnə formalarına qayıda bilirlər" deyir. Feduccia təkamül nəzəriyyəsinin çarəsizliyini isə belə qəbul edir:

"Uçmaq üçün yaradılmış bir orqanın necə olur ki, ilk başda başqa bir məqsədə istiqamətli olaraq ortaya çıxdığını anlaya bilmirəm."

Tüklərdəki bu dizayn Charles Darvini də çox düşündürmüş, hətta tovuz quşu tüklərindəki mükəmməl estetika öz ifadəsi ilə onu "xəstə etmiş"di. Darvin yoldaşı Esa Graya yazdığı 3 aprel 1860-ci il tarixli məktubda "gözü düşünmək məni nəzəriyyəmdən soyutdu. Amma özümü zamanla bu problemə alışdırdım" dedikdən sonra belə davam edirdi:

"İndilərdə isə təbiətdəki bəzi diqqət çəkən quruluşlar məni çox narahat edir. Məsələn, bir tovuz quşunun tüklərini görmək məni dəli edir."

Quş tüklərinin quruluşu diqqətlə araşdırıldıqda, Darvinin niyə xəstə olduğunu anlamaq heç də çətin deyil. Bura qədər izah edilənlərdən də göründüyü kimi, yalnız bir quş tükü belə Allah'ın varlığını və yaradılış həqiqətini sübut etməyə kifayət edir.

Mükəmməl dizaynlarla yanaşı, yer üzündəki bir-birindən rəngli və fərqli naxışlara sahib quş tükləri canlıların təsadüfən meydana gəldiklərini iddia edən təkamül nəzəriyyəsinə çox böyük zərbə vurur. (Harun Yəhya, Allah'ın Rəng Sənəti)