Göbələklər
Göbələklər tərkiblərində xlorofil daşımayan canlılardır. Vücuduna girdiyi canlılarda infeksiya meydana gətirərək xəstəliyə səbəb olurlar. Amma eyni zamanda yer üzündəki canlıların qida və mineral ehtiyaclarının böyük hissəsini qarşılayırlar.
Göbələklər ümumiyyətlə qaranlıqda, rütubətli mühitlərdə və üzvi maddələrin olduğu hər yerdə törəyib çoxalırlar. İsti mühitləri seçirlər. Soyuqda çox törəyə bilməsələr də onları donduraraq öldürmə imkanı yoxdur. Soyuqda qış yuxusuna gedirlər və hərəkətsiz olaraq isti havaların gəlməsini gözləyirlər.
İnsan bədənində parazit kimi yaşayan doxsana yaxın göbələk növü qeydə alınmışdır. Bunların bir hissəsi xəstəlik yaratmırlar. Göbələk vəzifəsinə və xüsusiyyətlərinə görə kif və maya növlərinə bölünürlər. Qıcqırma prosesində istifadə edilən maya göbələkləri, dərman və yemək istehsalında istifadə edilən kif göbələkləri əslində xəstəlik yaradaraq bitki və ya heyvanların ölümünə səbəb olan göbələklərin fərqli versiyalarından başqa bir şey deyil. Göbələk yer üzünün olduqca geniş sahəsinə hakim olan canlıdır. Beləki, Oregon Əyalət Universitetindən Elaine Ingham meşədən alınan bir çay qaşığı torpaqdakı bütün göbələk liflərinin uc-uca əlavə olunduqda 1.5 mil (təxminən 2.5 km) qədər yayıla bildiklərini və eyni qaşıqda olan bakteriyalardan dörd min dəfə ağır gəldiklərini hesablamışdır. Rütubətli meşələrdə isə bir çay qaşığındakı göbələk topası rütubət nisbətinə görə 65 km, hətta 650 km qədər uzana bilir. Göbələyin yer üzündəki bu istilası canlılar aləminin varlığı üçün son dərəcə əhəmiyyətlidir.