Nəhəng okeanlar temperatur tarazlığını necə tənzimləyir?

Allah varSuyun daxili temperaturunun və istilik tutumunun digər mayelərə görə çox yüksək olması, dənizlərin quruya görə gec isinib gec soyumalarını təmin edir. Buna görə də, dünyada qurudakı temperatur fərqi, yəni ən isti yer ilə ən soyuq yer arasında temperatur fərqi 140°C-dir. Dənizlərin temperatur fərqi isə ən çox 15-20°C-dir. Eyni vəziyyət gecə ilə gündüz arasındakı temperatur fərqində də özünü göstərir. Quruda gecə ilə gündüz arasındakı temperatur fərqi quraq yerlərdə 20-30°C-dir. Dənizlərdə isə ən çox bir neçə dərəcəlik temperatur fərqi olur. Yalnız dənizlər deyil, atmosferdəki su buxarı da çox böyük tarazlığı təmin edir. Su buxarının az olduğu yerlərdə temperatur fərqi çox, dəniz iqlimi olan yerlərdə isə temperatur fərqi çox azdır.

Bundan başqa, suyun istilik keçiriciliyi, yəni temperatur ötürmə qabiliyyəti hər hansı bir mayedən demək olar ki, dörd dəfə çoxdur. Buzun və qarın istilik keçiricilikləri isə aşağıdır. Su bu xüsusiyyəti ilə çox vacib funksiyanı yerinə yetirir. Buz soyuq havanı altındakı su təbəqəsinə çox az çatdıra bilir. Beləcə hava -50°C-yə çatsa belə, dənizin üstündəki buz təbəqəsinin qalınlığı 1-2 metri keçmir. Suitilər, pinqvinlər və digər qütb heyvanları bununla dənizin üstündəki buzu deşib altdakı suya çata bilirlər.

Suyun bu özünə xas istilik xüsusiyyətləri vasitəsilə qış ilə yaz və ya gecə ilə gündüz arasındakı temperatur fərqi daim insanlar və digər canlılar üçün stabildir. Dünyadakı su miqdarı quruya nisbətən daha az olsaydı, gecə ilə gündüz temperaturu arasındakı fərq çox artacaq, qurunun böyük hissəsi səhraya çevriləcək və həyat yaşanmayacaq hala gələcəkdi.

Okeanlar günəş şüalarını daha az əks etdirir, beləcə qurudan daha çox günəş enerjisi alır və bu temperaturu öz daxilində yerə paralel şəkildə paylayırlar. Bununla da okeanlar daha isti olan ekvator bölgələrini sərinlədərək həddindən artıq isti olmalarına, qütb bölgələrinin soyuq sularını da isidərək həddindən artıq soyuq olmalarına və nəticədə də tamamilə donmalarına mane olur.

Su "normal" maye xüsusiyyətlərinə sahib olsaydı nə olardı?

Allah varSu "normal" maye xüsusiyyətlərinə sahib olsaydı, yəni temperatur itkisi ilə yanaşı sıxlığı da artsaydı və buz suyun dibinə batsaydı nə olardı? Bu vəziyyətdə okeanlar, dənizlər və göllər alt təbəqələrdən başlayaraq donacaqdı. Maye alt təbəqələrdən donmağa başladıqda isə səthdə soyuğun qarşısını alan buz təbəqəsi olmadığı üçün yuxarıya doğru davam edəcəkdi. Beləcə dünyadakı göllərin, dənizlərin və okeanların çox böyük hissəsi nəhəng buz kütləsinə çevriləcəkdi. Dənizlərin səthində yalnız bir neçə metrlik su təbəqəsi qalacaq və havanın temperaturu artsa belə, dibdəki buz əsla əriməyəcəkdi. Belə bir dünyada, dənizlərdə heç bir canlı yaşaya bilməzdi. Dənizlərin buzla örtüldüyü ekoloji sistemdə isə canlıların varlığından söhbət belə gedə bilməzdi. Qısası, əgər su "normal" maye xüsusiyyətlərinə sahib olsaydı, dünya ölü planet olacaqdı.

Su niyə "normal" maye xüsusiyyətlərinə uyğun davranmayıb, yəni 4°C-yə qədər daraldıqdan sonra, nəyə görə birdən-birə genişləməyə başladığı isə heç kimin cavablandıra bilmədiyi bir sualdır.

Baxdığımız bu nümunələr mayenin insan həyatı üçün xüsusi olaraq yaradıldığını göstərir. Başqa heç bir planetdə belə bir su kütləsinin olmaması, əlbəttə ki, təsadüf dəyil. İnsan həyatı üçün xüsusi olaraq yaradılan yer su ilə canlandırılmışdır. Bütün canlılar üçün suyu böyük bir nemət olaraq yaradan Allah'dır. (Harun Yəhya, Kainatın Yaradılışı)

"İndi siz içməkdə olduğunuz suyu gördünüzmü? Onu sizlərmi buluddan endirirsiniz, yoxsa endirən Bizikmi? Əgər diləmiş olsaydıq onu duzlu edərdik; şükr etməli deyildinizmi?" (Vaqiə surəsi, 68-70)