Nepentesin (küpə otu) dizayn möcüzəsi tələsi

Allah varİndoneziya meşələrində yaşayan Nepenthes alata adlı küpə otu bitkisi ətrafında gəzişən böcəklər üçün maraq doğuran, amma təhlükəli kəşf qaynağıdır. Bitki küpənin ağzına qoyulan böcəkləri sürüşkən toxuması sayəsində birbaşa mədəsinə endirə bilir. New Phytologist jurnalında nəşr olunan tədqiqatlarında Laurence Gaume və heyyəti bitkinin böcək tutma qabiliyyətini sınaqdan keçiriblər. (New Phytologist (156, 479–489; 2002)

Tədqiqatçılar bu tədqiqatlarında uçma qabiliyyəti olmayan meyvə ağcaqanadı və qarışqalardan istifadə etiblər. Bu iki canlı adi halda səthlərə çox güclü şəkildə yapışdıqları halda bitkinin daxili divarında yapışmağı bacara bilməyiblər. Böcəklər dərhal sürüşərək aşağı, bitkinin həzm şirəsinin olduğu hissəyə düşərək bitkiyə qida olublar.

Bitkinin səthini elektron mikroskopu altında tədqiq edən alimlər daxili divarların balmumuna bənzər maddəylə örtülü olduğunu kəşf etdilər. Adi halda ən hamar səthlərə belə asanlıqla yapışa bilən ağcaqanadların bu balmumuna yapışa bilməməsinin sirrinin isə mumun kövrəkliyində gizli olduğunu aşkar etdilər. Meyvə ağcaqanadı və ya qarışqa möhkəm səth kimi görünən balmumu ilə örtülü divara qonduqları anda ayaqlarının altındakı bölgə mikroskopik zərrəciklər şəklində tökülür və beləcə ayağın səthlə təmasını kəsirdi. (HarunYəhya, Bitkilərdəki Yaradılış Möcüzələri)

Şüuru və qərarvermə qabiliyyəti olmayan bir bitkinin digər bitkilərdən fərqli olaraq həşəratyeyən olmağa qərar verməsi, bunun üçün də küpə şəklinə girə bilməsi mümkün deyil. Eyni şəkildə ağcaqanadların ayaqlarındakı yapışqan sistemi araşdırıb onları öz içinə salacaq mumu hazırlaya bilməsi və böcəyin tam düşəcəyi yerdə həzm şirəsi ifraz edə bilməsi də mümkün deyil.

Küpə otu bitkisinin ona yaxınlaşan canlıları ustalıqla tuta bilməsi və bunları tutmaq üçün sahib olduğu möhtəşəm dizayn sonsuz güc sahibi Rəbbimizin üstün yaratmasının göstəricilərindən yalnız biridir.

"Həqiqətəndə, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah'ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yerüzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yerarasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır." (Bəqərə surəsi, 164)