Qəsbkar bitkinin sirri
Bahar və yaz aylarında geniş çöllükləri örtən 'qəsbkar' bitkilər görürük. Bu bitkilər torpağın altından çıxan ordular kimi son dərəcə sürətli çıxır və qarşılarına çıxan rəqib bitkiləri yox edərək irəliləyirlər.
Bunların ən geniş yayılanlarından biri Centaurea nigra adı verilən bir növdür. Bu bitki Şimali Amerikada milyonlarla hektar ərazini örtür.
Centaurea nigranın qarşısına çıxan bitkiləri yox edərək irəliləməsi, yəni "qəsbkarlıq gücü" təchiz edildiyi kimyəvi silahlardan irəli gəlir. C. Nigra yaratdığı katexin adlı kimyəvi maddədən iki fərqli formul əldə edir və bunlardan katexin mənfi adlı kimyəvi maddəni bitkiləri, katexin müsbəti isə torpaqdakı bakteriyaları yox etmək üçün istifadə edir. Bitkidəki bu kimyəvi maddələri kəşf edən Colorado Əyalət Universiteti Biotexnologiya bölməsindən Dos. Dr. Jorge Vivanco bitkidən əldə etdiyi katexin mənfi kimyəvi maddəsini tozla bir neçə növ yabanı ot və taxıl bitkisi üzərinə püskürtdü. Bu proses nəticəsində bitkidəki bu maddənin çox qüvvətli və zəhərli bitki öldürücüsü olan '2,4 D' qədər təsirli olduğu ortaya çıxdı. Ancaq eyni zamanda Vivanconun əldə etdiyi zəhərli tozun yararlı olmadığı aşkar olundu. Çünki Centaurea nigra adi halda bu kimyəvi maddəni kökləri vasitəsiylə torpağa buraxaraq ətrafındakı bitkilərə mənfi təsir edirdi. Ancaq Vivanconun etdiyi kimi, tozla püskürtmə bitkinin öz yarpaq toxumasını da öldürdü.
Bu istilaçı bitkinin digər təsirli silahı "katexin müsbət" də köklər vasitəsilə ifraz olunur. Bu silahın hədəfi isə torpaqda yaşayan və bitkiyə zərərli olan bakteriyalardır. Katexin müsbət bu bakteriyalara qarşı son dərəcə təsirli antibiotikdir. Yəni bu silah katexin mənfinin əksinə hücumda deyil, müdafiə etmədə istifadə edilir. Vivanco bitkiylə əlaqədar bu açıqlamanı edir: "Aydın olan odur ki, katexin mənfi digər bitkilərə qarşı hücum kompleksi, müsbət isə bakteriyalara qarşı müdafiə etmə kompleksidir. Bitkinin istilaçı xarakteri buna əsaslanır. Özünü mikroblara qarşı müdafiə etmədə və digər bitkiləri məğlub etmədə çox müvəffəqiyyətlidir"
Vivanconun tədqiqatları ilə ortaya çıxarılan bu kimyəvilər alimlərə təsirli zəhərlər istehsal etməkdə ilham qaynağı da olur. Dr. Vivanconun araşdırmalarına əsaslanaraq hazırlanan zəhərlər yaxın zamanda istifadə edilmək üçün bir çox kimya firması tərəfindən istehsal siyahısına alındı.
Bütün bu kimyəvi prosesləri müdafiə etmə və hücum sistemlərini kimya təhsili almamış, ağlı, şüuru olmayan bitkinin edə bilməyəcəyi göz önündədir. Şübhəsiz bitkiyə bu xüsusiyyətləri verən, göylərin, yerin və hər ikisinin arasındakıların yaradıcısı olan uca Allah'dır.
Centaurea nigra adlı bitkidə ortaya çıxan bu yaradılış həqiqəti əslində araşdırdığımız bütün varlıqlarda özünü fərqli şəkillərdə göstərir.
"O, Xaliq, yoxdan Yaradan, Surətverən Allah'dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir." (Həşr surəsi, 24)