Oksigen təmin edən möcüzəvi tək hüceyrəlilər: Dəniz yosunları
Bəzi canlılar daxilində porfirinli halqalar olan piqmentlərə malikdirlər. Bu halqanın xüsusiyyəti ətrafındakı elektronların sərbəst hərəkət edə bilməsidir. Elə buna görə, həmin halqa asanlıqla elektron qazana bilər və ya itirə bilər. Başqa sözlə, bu halqa ətrafındakı işığı və enerjini dərhal tuta bilir. Yer üzünə gələn günəş işığı da bu piqmentin udduğu enerjilərdən biridir. Günəşin enerjisini qəbul edən bu piqmentə "xlorofil" deyirik. Əgər bir canlı "xlorofilə" malikdirsə, bu canlı "fotosintez" edə bilər.
Xlorofil tərkibli dəniz yosunları yaşıl və mavi-yaşıl rəngdə, ya da qəhvəyi və qırmızı ola bilirlər. Fotosintezi nə insanlar, nə də heyvanlar reallaşdıra bilirlər. Bu canlılar xlorofildən məhrumdurlar. Bu proses laboratoriyalarda da süni olaraq icra edilə bilməz.
Xlorofildə meydana gələn proseslər və bu piqmentin mexanizmi hələ tam olaraq aydın deyil.
Bu mikroskopik canlılar fotosintez prosesi ilə enerji əldə edərkən, yer üzünün də böyük bir ehtiyacını ödəyir. 30% nisbətində karbondioksid qazını udur və planetin 70%-lik oksigen ehtiyacını qarşılayırlar. Həmçinin canlı növlərinin 70%-i üçün qida təmin edirlər. Bu canlılar yalnız fotosintez edə biləcəkləri mexanizmə deyil, qəbul etdikləri günəş işığını bədənlərinin işıq görə bilməyən qisimlərinə daşımalarını təmin edən xüsusi bölmələrə və mexanizmlərə də malikdirlər.
Bu mikro canlılar özləri üçün yaradılmış olan mikroskopik fabrik ilə ekoloji sistemin ən mühüm ehtiyaclarını qarşılayırlar; oksigen və qida. İndi mikrodünyanın bu əhatəli funksiyalara sahib olan işçilərindən ən əhəmiyyətlisini, yəni dəniz yosunlarını daha yaxından araşdıraq:
Dəniz yosunları dayaz sularda geniş yayılan orqanizmlərdir və günəş işığı görən hər su səthində yaşaya bilirlər. Yosun hüceyrəsi rəngli və rəngsiz, iki hissədən ibarətdir. Rəngsiz hissədə DNT və bəzi dəniz yosunlarında nüvə olarkən, bu hissəni əhatə edən rəngli hissədə RNT və rəng verən müxtəlif piqmentlər olur.
Dəniz yosunları incə və qatı hüceyrə pərdəsinə malikdir. Bəzi dəniz yosunları flaqella adlanan tükcüklərlə hərəkət edirlər. Hüceyrənin içində kompleks nüvə var. Xlorofil isə fotosintezin işıq reaksiyalarını reallaşdıran xüsusi pərdə ilə örtülmüş, daha doğrusu qorunmuş vəziyyətdədir.
Dəniz yosunları dənizin üzvi maddələrini artırırlar. Bu yolla suda yaşayan orqanizmlərin qidalarını artırırlar. Başqa sözlə, dəniz yosunlarının yaşadığı sular çox məhsuldar və digər canlıların yaşaması üçün olduqca əlverişlidir. Dəniz yosunları eyni zamanda suların yenilənməsi baxımından da təmizləyici rol oynayırlar. Suda yaşayan heyvanlara qida olur, onlar üçün qida istehsal edirlər.
Bəzi dəniz yosunları əsas enerji mənbəyi kimi işıq və CO2 istifadə edirlər. Bəziləri isə üzvi maddələr istehsal edərək bunlarla qidalanırlar. Dəniz yosunlarının istifadə etdikləri və özlərinin istehsal etdikləri enerjinin miqdarını bilmək üçün bu nümunəni verə bilərik. Atlantik okeanındakı gündəlik enerji zəncirində, yaz günündə okean səthinə günəşdən gələn enerji miqdarı 2 milyard kaloridir. Bu enerjinin 99.5%-i əks etdirilir və paylanarkən yalnız 0.5%-lik nisbətdə 1. 670.000 qr. qida istehsal etmək üçün tək hüceyrəli dəniz yosunları tərəfindən istifadə edilir. Dəniz yosunları bunun 32%-ini karbondioksid olaraq qəbul edir, 8%-ni isə üzvi maddə kimi əridir və xaricə atırlar. 8%-lik nisbət planetin ehtiyacı olan üzvi maddə miqdarıdır. Bununla da bu üzvi maddə digər canlılara çatdırılmış olur.
Dəniz yosunları xüsusiyyətləri baxımından müxtəlif yeməklərin, dərmanların və sənaye məhsullarının istifadəsində olduqları kimi, bu canlılar sayəsində istehsal edilən bəzi məhsullar müxtəlif yeməklərin, tibbi və kosmetik məhsullarının istehsalında da istifadə edilir.