Mürəkkəb mexanizmlər
Həyati funksiyaların dəniz məməlilərinin varlığı üçün vacib olduğu aydındır. Ancaq çıxış yollarının dəniz məməlilərinin öz azad iradələri ilə düşünüb tapmaları mümkün deyil. Çünki bu canlılar nə yeməklərini seçəcək, nə də bədənlərindəki suyu təmin edəcək ağıla sahib deyillər. Belə bir ağıla sahib olsaydılar belə, öz bədənlərində həmin mürəkkəb mexanizmləri yoxlamaları mümkün olmazdı.
Ağıl tələb edən çıxış yolları təbiətdəki bir çox canlıda qarşımıza çıxan və elmin göstərdiyi bir yaradılış həqiqətidir. Şübhəsiz ki, dəniz məməlilərini yaradan və onlara bədənlərindəki su tarazlığını necə qoruyacaqlarını ilham edən Allah'dır.
Dəniz məməlilərinin maraqlı yuxu forması
Həyatlarını suda keçirən dəniz məməliləri boğulmadan necə yatırlar?
Amerikadakı Cənubi Karolina Akvariumunun rəhbəri Brüs Hekker və iş yoldaşları apardıqları araşdırmalar nəticəsində bu sualın cavabını tapmış və iki cür yuxu üsulu ortaya qoymuşlar:
Dəniz məməliləri suyun içində üfüqi və ya şaquli vəziyyətdə sakit şəkildə istirahət edirlər və ya başqa bir heyvanın yanında yavaş üzərək yatırlar. Tək başlarına yaşayan delfinlər daha çox gecələr dərin yuxu formasına girirlər. Buna "kötükləmə" deyilir, çünki bu halda delfin suyun səthində üzən bir kötüyə bənzəyir. Dəniz məməliləri eyni anda həm yatıb, həm də üzdükləri zaman mürgüləməyə bənzər bir hala keçirlər. Gənc balina və delfinlər anaları onları üzmə xətti içərisinə çəkərkən istirahət edirlər, yeyirlər və yatırlar - buna da "düzülüş yuxusu" deyilir. Belə zamanlarda ana da hərəkət halında rahat şəkildə yata bilir. Yetkin erkək delfinlər isə əsasən cütlər şəklində gəzirlər və yatanda yan-yana üzürlər. Dişilər və gənclər daha geniş sürülər şəklində hərəkət edirlər. Eyni sahədə istirahət edirlər və ya bir-birinə yoldaşlıq edən heyvanlar üzərkən yatmaq üçün cütləşirlər.
Bu canlılar yatarkən beyinlərinin yalnız yarısını və əks tərəfdəki gözlərini açıq saxlayırlar. Beyinin digər yarısı ehtiyat üçün oyaq qalır. Bu oyaq hissə ovçulara, maneələrə və digər heyvanlara qarşı gözətçilik edir.
Eyni zamanda, təzə hava üçün səthə çıxmaq üçün siqnal verir. Təxminən iki saatdan sonra heyvan bu müddəti tərsinə çevirir, beyinin aktiv hissəsini istirahət etdirir və digər qismini oyandırır. Bu model "pişik yuxusu" adlanır. Ümumiyyətlə, delfinlər gecələr yalnız bir dəfə və bir neçə saatlıq yatırlar. Gecə saatlarında aktivdirlər və ehtimal ki, bu oyaq dövrdə dərindəki balıqları və osminoqları ovlayırlar.
Şübhəsiz, dəniz məməlilərinə bu sistemləri verən uca Allah'dır. Allah bu canlıları da yaşamaq üçün ən uyğun xüsusiyyətlərlə yaratmışdır. Bizim üzərimizə düşən vəzifə isə Rəbbimizə qəti şəkildə iman gətirmək, Onun varlığının yer üzündəki açıq-aşkar dəlillərini görməkdir:
"Sizin yaradılışınızda və (Allah'ın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır." (Casiyə surəsi, 4)