Virusların heyrət doğuran xüsusiyyətləri
Üstün bacarıqları sayəsində viruslar çox qısa zaman daxilində öz genetik xüsusiyyətlərini dəyişdirmələri nəticəsində fərqli formalarda özünü göstərə bilir və həmin ani dəyişikliklər xəstəliklərə qarşı tədbir alınmasını çətinləşdirir.
Virus hüceyrəyə girərək onun yerinə yetirdiyi funksiyasını özünə xidmət etməyə dəyişdirə bilən canlıdır. Hüceyrələrdən birinə girmədən əvvəl virus ayaqları ilə həmin hüceyrənin özü üçün uyğun olub olmadığını anlayır. Əgər hüceyrə uyğundursa, öz DNT-sini ya da "özünü" hüceyrənin içinə boşaldır. Hüceyrə öz içinə girən bu yeni DNT-ni yadırğamır. Başqa sözlə, onun kənar maddə olduğunu anlamır. Təsbit edə bilmədiyi bu xarici maddəyə qarşı döyüş də aça bilmir. Hüceyrə virusun DNT-sini DNT-in hüceyrədə olduğu yerə yəni düz nüvənin içinə daşıyır. Virus burada hüceyrənin öz DNT-sinə qarışır. Bu mərhələdən sonra hüceyrə zülal yaratdığını zənn edərək bu yeni virus DNT-sini çoxaltmağa başlayır.
Hüceyrənin içində gizlənən bu DNT molekulunu hiss edə bilmək həqiqətəndə çətindir. Bu 20 cildlik ensiklopediyanın hər hansı bir yerinə yerləşdirilmiş yarım sətirlik məlumat axtarışına bənzəyir. Elə buna görə də hüceyrə fasiləsiz bu virusun istehsalına davam edir.
Hüceyrə lazım olan funksiyaları yerinə yetirməyə davam edir, amma ortaya çıxan nəticə bədənin bütün sistemini alt-üst edir. Əgər pozuqluqlar azdırsa, içlərində virus olan hüceyrələr virusun nüvə qismini öz xromosomlarına əlavə edir və fərqli şəkildə bölünməyə başlayırlar. Bu hüceyrənin nəzarətsiz çoxalmasıdır və həmin hüceyrələr qısa müddət sonra xərçəng hüceyrələrinə çevrilirlər. Bəzən də viruslar öz varlıqlarına dair hər hansı bir əlamət göstərmədən insan hüceyrəsinə yerləşir və orada səssizcə gözləyirlər. Burada heç bir fəaliyyətdə olmur, özlərini sezdirmədən günlərlə, hətta illərlə gizlənirlər. Virusun buradakı məqsədi immunitet sisteminin zəiflədiyi anı gözləməkdir. Bədənin özünə müqavimət göstərə bilmədiyi anda virus hiyləgərcəsinə hüceyrə içindəki fəaliyyətini başladır. (Harun Yəhya, Hüceyrədəki Şüur)
Əsl təəccüblü olan öz DNT-sinə xaricində heç bir kənar maddənin keçməsinə izn verməyən hüceyrə kimi bir üzvi birləşmənin, virusun tələsinə düşə bildiyi, virusun bunu hansı güc və imkanlarla edə bildiyidir. Virus hüceyrənin içinə girərək özünə yer tapa bilməklə kifayətlənmir, eyni zamanda hüceyrənin imkanlarını istifadə edərək arta bilir. Burada nümayiş etdirilən şüurlu davranışı alimlər aydınlaşdıra bilmirlər.
Daxilinə girən virusun təsiriylə hüceyrə ölümə doğru gedir, amma parçalanmadan əvvəlki son anına qədər bütün enerjisini içindəki bu xarici maddə üçün xərcləyir. Hüceyrə ölüb parçalandıqda, artıq çoxalmış və son dərəcə güclənmiş olan virus digər hüceyrələrə doğru yayılır.
Bu istilanın sürəti həqiqətən də heyrətedicidir. Bəzi epidemiyalar yalnız insanları deyil, kütlələri bir neçə gündə məhv edəcək qədər güclü viruslar sayəsində meydana gəlmişdir. Məsələn, 1918-ci ildə ortaya çıxan qrip epidemiyası 20 milyondan çox insanı xəstəliyin əlamətləri ilk ortaya çıxdıqdan sonrakı saatlar içində öldürmüşdür.
Tək bir virusun reallaşdırdığı bu şüurlu hadisə üzərində bir az düşünmək lazımdır. Virus adlandırdığımız və yalnız xarici qabıq və DNT-dən ibarət olan canlı milyonlarla il səssiz qaldıqdan sonra haradan əmr alaraq, başlama qərarını necə və nə vaxt verərək hüceyrə içinə girir? Sanki daş kimi cansız ikən, hüceyrə daxilində necə canlanır və çoxala bilir? Cansız keçirdiyi illər boyu onun varlığını mühafizə edən ünsür nədir? Bundan əlavə, bir virus insan bədənindəki bir hüceyrəyə girərək bütün bədəni zəbt edə bilən məlumata necə sahib ola bilir? Bu məlumat həmin canlının harasında gizlidir? Bu canlı bu məlumatı necə istifadə edə bilir?
Bu canlı, əlbəttə belə bir istilanı reallaşdıracaq bacarığa və ağıl sisteminə sahib ola bilməz. Onu bütün bu əməliyyatları reallaşdıra bilmək üçün xüsusi olaraq Allah hazırlamış və qüsursuzca yaratmışdır. "Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allah'ın göylərdə və yerdə yaratdıqlarında (Allah'dan) qorxan adamlar üçün dəlillər vardır." (Yunus surəsi, 6)
Viruslar çox müxtəlifdirlər
Virus genetik quruluşa sahib olan orqanizmdir, amma sahib olduğu genetik məlumatı öz-özünə işlətmə xüsusiyyəti yoxdur. Elə bu səbəbdən, təklikdə "canlı" xüsusiyyətinə sahib deyil. Canlı kateqoriyasına müxtəlif şərtlər altında qəbul edə bildiyimiz bu orqanizmin genetik quruluşu isə inanılmaz müxtəliflik göstərir. Bir virus olduqca çox sayda hərfin bir yerə gətirdiyi genoma, yəni DNT quruluşuna malikdir. Daha maraqlı olan başqa bir xüsusiyyəti isə hər virus genomunun bənzərsiz olaraq "tək" olmasıdır.
Viruslar boylarına görə müxtəlif hərf sıralamalarına malikdirlər. Məsələn, Hepatit B virusu 3200 nukleotiddən, yəni hərfdən meydana gəlir. HIV virusunun isə nukleotid sayı 10.000-dir. Uçuq meydana gətirən Herpes kimi daha böyük virusların DNT-lərini meydana gətirən nukleotid sayı isə təxminən 100.000-ə qədərdir.
Böyüklüyü ancaq mikron ilə ifadə edilən bu canlı sahib olduğu yeganə üzvi birləşmə olan DNT-də gizli bu hərflər sayəsində çoxala bilir, fərqli hüceyrəyə girərək yaşaması lazım olduğunu öyrənir. Virusun sahib olduğu bütün xüsusiyyətlər DNT-də gizli olan bu şifrələrə sığdırılmışdır. Virusların bu qədər müxtəlif olması onların müxtəlif şəkillərdə bədənə girə bildiklərinin dəlilidir. Üstün bacarıqları sayəsində viruslar çox qısa zaman içində öz genetik xüsusiyyətlərini dəyişdirə bilmə xüsusiyyətinə də sahibdirlər. Eyni xəstəlik virusların xüsusiyyət dəyişdirmələri nəticəsində fərqli formalarda özünü göstərə bilir və həmin ani dəyişikliklər sayəsində xəstəliklərə qarşı tədbir görülməsi çətinləşir. Bu vəziyyət viruslar qarşısında insanların nə qədər aciz qaldıqlarını göstərməsi baxımından ibrət vericidir. Kiçik canlının olduqca şüurlu hərəkət etməsi əlbəttə təsadüfən qazanılmış qabiliyyət ola bilməz. Şübhəsiz ki, virusları müəyyən hikmətlə yaradan aləmlərin Rəbbi olan Allah'dır.