Yarpaqlar payızda niyə tökülür?

Allah varPayız yaxınlaşıb günlər qısalmağa başladıqda, yarpaq hüceyrələri payızın gəlmək üzrə olduğunu anlayır. Bundan sonra ilk olaraq yarpağın böyümə hormonu çoxalma nisbətini azaltmağa başlayır. Bu prosesin ardınca, yarpaq sapının budağa bağlandığı yerdə yeni hüceyrələr törəyir. Bu hüceyrələr sanki biri özlərinə nə etmələri lazım olduğunu bildirirmiş kimi bu əlaqə nöqtəsinin üzərində göbələkdən yataq meydana gətirirlər. Bu nöqtə "Apsis nöqtəsi" adlanır. Bu göbələkdən olan yataq yarpağın budaqla olan əlaqəsini olduqca zəiflədir.

Yarpaq hüceyrələri bu dəfə "etilen" olaraq tanınan yeni hormon istehsal etməyə başlayır. Bu qaz formasındakı hormon yarpağın budaqla əlaqəsinin zəiflədilməsi prosesini daha da sürətləndirir. Əlaqənin zəifləməsiylə yarpaq ən kiçik bir əsintidə belə budaqdan düşəcək vəziyyətə gəlir.

Hüceyrələrin vəzifəsi yarpağın düşməsi ilə tamamlanmır. Bu dəfə hüceyrələr apsis nöqtəsində yarpağın qopmasından meydana gələn yaranın üzərini dərhal göbələk təbəqəsi ilə örtür və beləcə yaranı müalicə edirlər.

Hər payız yerdə gördüyünüz yarpaqlar burada qısa izah edilən biokimyəvi proseslərdən keçərək tökülürlər.

Bəlkə bu günə qədər varlığını heç düşünmədiyimiz bu ağac hüceyrələri ard-arda reallaşdırdıqları proseslərlə sanki ağıl və şüur nümayişi edirlər. Bir düşünək:

Allah var Ağac hüceyrələri payızın gəlmək üzrə olduğunu necə anlaya bilir?

Payızın yaxınlaşdığını anladıqda hansı iradə, ağıl və şüurla yarpaqları üzərindən atmaq üçün hazırlıq etməyə başlayır?

Bu hüceyrələr böyümə hormonu, göbələk, etilen kimi kompleks kimyəvi maddələri yaratmağı, bunların düsturlarını, təsirlərini, faydalarını haradan bilirlər?

Eyni hüceyrələr ağacın yarası olduğunu necə anlayır, bu yaranın göbələklə müalicə olacağını necə bilirlər?

Bunlardan başqa, bu hüceyrələr eyni hormonları niyə yayda və ya yazda deyil, yalnız payızda yaradırlar? Onlara bu əmri verən, bu yolu göstərən kimdir?


Şüur, ağıl və məlumat sahibi olmayan atomların birləşib, bu qədər əhatəli və mütəşəkkil prosesi yüz milyonlarla ildir, dünyanın hər tərəfində, trilyonlarla ağacda, heç bir zaman axsatmadan və yanılmadan təsadüfən davam etdirmələri qətiyyən qeyri-mümkündür. Lakin ağaclar bunu milyonlarla ildir qüsursuz şəkildə edirlər.

Bütün ağac hüceyrələrinə etdikləri işləri ilham edən, onlara əmriylə istədiklərini etdirən, əlbəttə ki, sonsuz qüdrət, ağıl və məlumat sahibi olan Rəbbimiz Allah'dır.