Təbiətdəki simmetriya və uyğunlaşma Allah'ın varlığının dəlillərindəndir

Simmetriya arxitekturadan dekorasiyaya, geyimdən avtomobil dizaynına qədər bir çox sahədə istifadə edilən və insana estetik baxımdan çox xoş gələn bir üsuldur. Məsələn, divarda asılı olan aynanın yalnız bir tərəfinə çiçək qoyduqda bu gözünüzə gözəl görünməyəcək. Ancaq iki tərəfinə eyni çiçəkdən yerləşdirdikdə, yaranan simmetriya xoşunuza gələcək. Bu səbəbdən, bir çox sahədə simmetriya şüurlu olaraq istifadə edilir. Siz bir yerdə simmetriya gördükdə, bunun estetik anlayışı olan şüurlu biri tərəfindən hazırlandığını dərhal anlayırsınız. Bir bağçaya girdikdə, bağçanın sol və sağ tərəfində, bərabər sayda qarşılıqlı düzülmüş iki sıra ağac olduğunu görsəniz, bu ağacların bir bağban tərəfindən şüurlu şəkildə simmetrik olaraq düzüldüyünü anlayırsınız. Çünki qüsursuz simmetriyanın təsadüfən mövcud olması qətiyyən mümkün deyil. Qısacası, simmetriya bir dizayn olduğunun və eyni zamanda dizaynerin varlığının sübutudur.

Allah var
Təbiətdə var olan saysız simmetriya nümunəsi də təbiətdə bir dizayn olduğunun və eyni zamanda təbiəti yaradan bir Yaradıcı olduğunun göstəricilərindəndir. Kəpənək qanadları, qar kristalları, dəniz ulduzları, quş qanadları, insan üzü və bədəni, dəniz qabıqları və təbiətdəki yüzlərlə varlığın xarici görünüşündə simmetrik bir quruluş var.

Təbiətdə gördüyümüz gözəlliklərin heç biri təsadüflərin əsəri ola bilməz. Hər gözəllik, hər simmetriya, Aləmlərin Rəbbi olan Allah'ın örnəksiz yaratmasının əsəridir.