Termonüvə reaksiyası (Fusion)
Termonüvə reaksiyası parçalanmanın əksinə, çox yüngül iki nüvəni birləşdirərək daha ağır nüvə meydana gətirmək və bu şəkildə ortaya çıxan enerjidən istifadə etməkdir. Amma bunu təcrübə ilə meydana gətirmək olduqca çətindir. Çünki nüvələr müsbət elektrik yükü daşıyır və bir-birlərinə yaxınlaşmaq istəyəndə böyük qüvvə ilə bir-birlərini itələyirlər.
Bunların birləşməsini təmin etmək üçün aralarındakı itələmə qüvvəsindən daha böyük qüvvədən istifadə edilməlidir. Lazım olan kinetik enerji 20-30 milyon dərəcəlik temperatura bərabərdir. Bu çox yüksək temperaturdur və termonüvə reaksiyasına girən maddəni daşıyan heç bir bərk məmulat bu temperatura tab gətirə bilməz. Yəni bu birləşməni reallaşdıracaq qurğu yer üzündə yoxdur. Allah dünyadakı bütün canlıların əsas həyat mənbəyi olan günəş enerjisini Yer şəraitində mümkün olmayan sistemi səbəb edərək yaratmışdır. Onlara bu böyük neməti hazır şəkildə və məhz lazımi miqdarda bəxş etmişdir.
Termonüvə reaksiyaları Günəşdə hər an təbii şəkildə baş verir. Günəşin temperaturu və işığı hidrogen nüvələrinin birləşərək heliuma çevrilməsi və nəticədə itən maddənin əvəzinə enerji hasil olması ilə meydana gəlir. Günəş saniyədə 564 milyon ton hidrogeni 560 milyon ton heliuma çevirir. Yerdə qalan 4 milyon ton qaz maddəsi də enerjiyə çevrilir.
Yerdəki canlılar aləmi üçün həyati əhəmiyyətə malik günəş enerjisini meydana gətirən bu hadisə milyonlarla ildir ki, fasiləsiz davam edir. Burada belə bir sual çıxa bilər: əgər Günəşdə saniyədə 4 milyon tona qədər külli miqdarda maddə itirilirsə, Günəşin sonu nə vaxt çatacaq?
Günəş saniyədə 4 milyon ton maddə itirir. Günəşin 3 milyard ildən bəri bu sürətlə enerji hasil etdiyini fərz etsək, bu müddət ərzində itirdiyi kütlə 400.000 milyard dəfə milyard ton olacaq ki, bu miqdar da Günəşin indiki ümumi kütləsinin 5000-də biri qədərdir. Bu, 3 milyard ildə 5 kq-lıq daş yığınından 1 qram qum əskilməsi kimidir. Başqa sözlə, Günəşin kütləsinin tükənməsi çox uzun zaman tələb edir.
Məhz burada Allah’ın sonsuz gücü və kainatdakı hər bir zərrə (atom) və bu zərrənin içindəki zərrəciklər (proton, neytron...) üzərindəki hakimiyyəti ilə qarşılaşırıq. Allah’ın yaratdıqları üzərindəki bu gücü və hakimiyyəti bir ayədə belə xəbər verilir:
"Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın". (Yunus surəsi, 61)