Yaşıl nəfəs
Yaşamaq üçün oksigenə duyduğumuz ehtiyac açıq-aşkar bir həqiqətdir. Məlum olduğu kimi dünyadakı oksigen dövriyyəsinin qaynağı fotosintezdir. Fotosintez Allah'ın sonsuz elmini və qüdrətini tanımaq istəyən hər insanın yaxından araşdıracağı prosesdir. Fotosintez alimlərin bu gündə tam olaraq anlaya bilmədikləri bənzərsiz dizayndır. Elektronlar, atomlar və molekullar vasitəsiylə aparılan bu prosesi əsla çılpaq gözlə görə bilmərik, lakin nəticələrini şəxsən yaşayaraq hiss edirik.
Fotosintez başa düşülməsi çətin kimyəvi düsturlar, heç qarşılaşmadığımız kiçiklikdə ədəd və ağırlıq vahidləri ehtiva edən, çox həssas tarazlıqlar üzərində qurulmuş sistemdir. Ətrafımızdakı bütün yaşıl bitkilərdə bu prosesin reallaşdığı trilyonlarla kimya laboratoriyası qurulmuşdur və ehtiyac duyduğumuz oksigen, qidalar və enerji milyonlarla ildir heç dayanmadan yaradılır.
Fotosintez və oksigen
Atmosferdəki oksigenin təxminən 30%-i qurudakı bitkilər tərəfindən meydana gətirilərkən, geri qalan 70%-lik hissə dənizlərdə və okeanlardakı fotosintez edən bitkilər və tək hüceyrəli canlılar tərəfindən istehsal olunur. Fotosintez deyildikdə çox insanın ağlına yalnız yaşıl bitkilər gəlir, halbuki, okeanlar da oksigen qaynağıdır. Burada diqqət çəkən, qurudakı yaşıl örtüyü dayanmadan yox edən insanların oksigenin əsas qaynağı olan okeanları eyni sürətlə yox edə bilməməsidir. Allah'ın fotosintez edən fərqli canlıları yaratmış olması bitib tükənməyən enerji qaynağına sahib olmağımızı təmin etmişdir.
Bioloji olaraq ehtiyac duyduğumuz bütün enerjini ya birbaşa, ya da otyeyən heyvanlar vasitəsilə bitkilərdən alırıq. Günəş şüası saf enerji mənbəyidir, ancaq xam olaraq o qədər də rahat enerji forması deyil. Bu enerjini bədəndə birbaşa istifadə etmək və ya depolamaq mümkün deyil. Buna görə günəş enerjisinin fərqli enerji növünə çevrilməsi lazımdır. Məhz fotosintez bunu edir. Bu proses yoluyla bitkilər günəş enerjisini daha sonra istifadə edə biləcəkləri enerji şəklinə çevirirlər. Fotosintez prosesi yarpaqlardakı "fotosintetik reaksiya" mərkəzlərində gedir. Günəş enerjisi istifadə edilərək havadakı karbondioksid nişastaya və digər yüksək enerjili karbohidratlara çevrilir. Ortaya çıxan oksigen isə havaya qayıdır. Bitki daha sonra qidaya ehtiyac duyduqda bu karbohidratlarda depoladığı enerjini istifadə edir. Biz də bu bitkilərlə qidalanaraq enerji ehtiyacımızı qarşılayırıq. Belə kompleks proses nəticəsində bütün canlıların yaşamaq üçün ehtiyac duyduqları qidaya sahib olmaları, bəzi canlıların ehtiyaclarının digər canlıların tullantıları ilə eyni olması Allah'ın sonsuz elminin və ağlının əsəridir:
"Ey insanlar, Allah'ın üzərinizdəki nemətini xatırlayın. Göydən və yerdən sizə ruzi verən Allah'dan başqa bir yaradıcı varmı? Ondan başqa İlah yoxdur. Elə isə necə olur ki inkar edirsiniz?" (Fatir surəsi, 3)
Fotosintez və həyat
Avtomobilinizin mühərriki günəş enerjisi ilə işləyir. Reaktiv təyyarələr günəş enerjisi sayəsində uçur. Siz də bu yazını oxuyarkən günəş enerjisi istifadə edirsiniz...
Əlbəttə bir az əvvəlki sətirləri oxuduqda ilk ağlınıza gələn avtomobilinizin benzin ilə işlədiyi, reaktiv təyyarələrin isə təyyarə yanacağı istifadə etdikləri olacaq. Bu yazını oxumaq üçün ehtiyacınız olan enerjini də Günəşdən deyil, ən son yediyiniz qidalardan aldığınızı düşünəcəksiniz. Halbuki, benzin də, yediyiniz qidalar da, hətta yanacaq olaraq istifadə edilən odun və kömür də fotosintezdən əldə edilən enerjiyə malikdirlər.
Necəmi? Bundan milyonlarla il əvvəl fotosintez edərək günəş enerjisini vücudlarında depolayan bitkilər və bu bitkiləri yeyən heyvanlar torpağın dərinliklərində, yüksək təzyiq altında, milyonlarla il gözlədikdən sonra bildiyimiz "neft"i meydana gətirirlər. Kömür və təbii qaz da yenə eyni şəkildə meydana gəlir. Qısası, fotosintez sayəsində bitkilərdə depolanan günəş enerjisi milyonlarla il sonra başqa şəkildə insanların istifadəsinə verilmiş olur.
Eyni şəkildə yediyimiz qidalardan əldə etdiyimiz enerji də bitkilərin depoladıqları günəş enerjisindən başqa bir şey deyil. Heyvan mənşəli qidalardan əldə etdiyimiz enerji də yenə o heyvanların bitkilərlə qidalanaraq əldə etdikləri enerjidir. Enerjinin qaynağı hər zaman Günəş, bu enerjini insanın istifadə edəcəyi hala gətirən sistem isə hər zaman fotosintezdir.
Təəccüblü gələ bilər, amma gündəlik həyatımızda istifadə etdiyimiz bir çox vəsait, məsələn kağız, pambıq və digər təbii liflərin, demək olar ki, hamısı fotosintezlə yaranan sellulozadan meydana gəlir. Hətta yun istehsalı belə fotosintezlə alınan enerjidən asılıdır. Bütün bitki və heyvan mənşəli məhsullar ilə neft kimi üzvi maddələrdən əldə edilən saysız-hesabsız əlavə məhsulun qaynağı fotosintezlə yaranan günəş enerjisidir.
Fotosintez və işıq uyğunlaşması
Günəşin yaydığı çox fərqli dalğa uzunluqları arasında yalnız çox dar aralıq həyat üçün lazım olan işığı ehtiva edir. Burada çox əhəmiyyətli möcüzə görünür. Atmosfer elə bir quruluşa malikdir ki, yalnız həyat üçün lazım olan qədər işığın keçməsinə icazə verir, zərərli olan X və qamma şüalarını və digər zərərli şüaları udur və ya geri qaytarır. Bu süzgəcdən keçdikdən sonra yer üzünə çatan işıq bitkidəki xüsusi antena sistemi tərəfindən qəbul edilir.
Bitkidəki bu antena sistemi o qədər həssas quruluşa malikdir ki, yalnız çox kiçik dalğa uzunluğunakı işığı tutur və fotosintez prosesini başladır. Əgər işıq başqa dəyərə, sürətə və ya tezliyə sahib olsaydı, piqment (bitkinin antenasını) bu işığı görə bilməyəcək və fotosintez prosesi daha başlamadan sona çatacaqdı.
Fotosintez və mühit
Canlılar havadakı karbondioksidin və havanın temperaturunun davamlı artmasına səbəb olurlar. Hər il insanların, heyvanların və torpaqdakı mikroorqanizmlərin etdikləri tənəffüs nəticəsində milyardlarla ton karbondioksid atmosferə qarışır. Həmçinin, fabriklərdə, evlərdə, nəqliyyat vasitələrində istifadə edilən yanacaqlardan atmosferə verilən karbondioksid miqdarı da milyardlarla tondur. Aparılan bir tədqiqata görə son 22 ildə atmosferdə karbondioksidin artmı 42 milyard tondur. Bu artımın ən mühüm səbəblərindən biri də istifadə edilən yanacaqların artması və meşələrin sürətlə korlanmasıdır. Bu artım tarazlanmadığı təqdirdə ekoloji tarazlıqlarda pozulma meydana gələcək. Belə bir vəziyyətdə atmosferdəki oksigen miqdarı aşağı səviyyəyə enəcək, yer üzünün temperaturu artacaq, bunun nəticəsində yaranan qlobal istiləşmə isə buzlaqlarda ərimə meydana gətirəcək. Buna görə bəzi bölgələr sular altında qalarkən, digər bölgələrdə səhralar meydana gələcək. Bütün bunların bir nəticəsi olaraq yer üzündəki canlı həyatı böyük təhlükəyə məruz qala bilər. Halbuki, belə olmur. Çünki bitkilərin və mikroorqanizmlərin reallaşdırdığı fotosintez prosesində davamlı olaraq karbondioksid istehlak edilir və oksigen istehsal olunur. Bunun sayəsində karbondioksid çox böyük miqyasda fotosintez və okeanlar vasitəsilə ilə atmosferdən təmizlənmiş və atmosferdəki oksigen-kabondioksid tarazlığı təmin edilmiş olur.
Xlorofildəki möcüzəvi proseslər
İndi insan həyatı üçün son dərəcə əhəmiyyətli olan fotosintez prosesinin getdiyi yarpağa və yarpağın içindəki xlorofilə baxaq. Bir kvadrat millimetrlik sahə düşünək. Bu sahə karandaşın ucu qədər kiçik yeri əhatə edir. İndi bu kiçik sahənin içinə 500 min ədəd xüsusi cihaz yerləşdirək. Bu cihazların hər biri xüsusi dizayna və funksiyaya malik olsun. Bu 500 min cihazı xüsusi paket sistemiylə nəzarət altına alaq.
Bəlkə bu ssenari ilk dəfə oxuyarkən insana qeyri-mümkün kimi gələ bilər. Ancaq Allah'ın qüsursuz və ehtişamlı yaratması hər şeyi mümkün edir. Yuxarıda bəhs edilən nümunə real həyatda mövcuddur. Bir yarpağın ortasındakı bir kvadrat millimetrdə 500 min ədəd xlorofil var. Kiçik sahəyə sığdırılmış və son dərəcə kompleks dizayna malik olan bu xlorofil molekulları insan həyatı üçün çox mühüm vəzifəni yerinə yetirirlər.
Bir an üçün sizdən xüsusi cihaz hazırlamağınızın istənildiyini fərz edək. Hazırlayacağınız cihazın vəzifəsi su molekulunu parçalamaq olsun. Məlum olduğu kimi su 2 hidrogen və 1 oksigen atomunun bir yerə gəlməsi ilə meydana gəlir. Hazırlanacaq cihaz da hidrogen ilə oksigeni ayırmaq məcburiyyətindədir.
Sudakı hidrogen və oksigen atomlarını bir-birlərindən ayırmaq üçün çox böyük partlamanın reallaşması və ya su molekullarının minlərlə dərəcə temperatura qədər isidilməsi lazımdır. Suyun 100 dərəcədə qaynadığı düşünülsə, ehtiyacımız olan enerjinin miqdarı daha yaxşı aydın ola bilər. Halbuki, sizdən elə bir alət hazırlamağınız istənilir ki, nə partlamağa, nə də minlərlə dərəcəlik temperatura ehtiyac duyulsun. Tək enerji qaynağı olaraq da günəş işığı istifadə etməyinizə icazə verilsin. Sizdən istənilən və hazırlayacağınız cihazın edəcəyi çətin vəzifə də var. Havadakı karbondioksidi əldə etdiyi hidrogen ilə birləşdirmək.
Elm dünyası bütün cəhdlərə və texnoloji imkanlara baxmayaraq, hələ belə bir cihaz icad edə bilməmişdir. Hətta bitkilərin bu prosesi necə reallaşdırdığı da hələ tam olaraq aydın ola bilməmişdir. Yer üzündə həmin prosesi reallaşdıra bilən tək varlıq xlorofildir. Xlorofil isə bu prosesi Allah'ın üstün yaratması sayəsində reallaşdırır. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)
Yarpaqdakı təhlükəsizlik sistemi
Fotosintez əsnasında meydana gələn proseslər lazımlı tədbirlər alınmadıqda bitki üçün təhlükəli nəticələrə səbəb ola bilər. Çünki bu proseslər əsnasında bir molekul parçalanır və ardınca bu parçalar başqa bir molekul ilə birləşdirilir. Bunu edərkən isə son dərəcə təhlükəli üsul, atom altı zərrəciklərin hərəkətləri istifadə edilir.
Atomaltı zərrəciklərin hərəkətləri təxmin edilə bilməyəcək qədər təhlükəli vəziyyətlər meydana gətirə bilər. Əgər bütün proseslər nəzarət altına alınmazsa, nəticə bitki hüceyrələrinin parçalanmasına belə səbəb ola bilər. Ancaq fotosintez prosesində meydana gələn hər mərhələ üçün ayrı-ayrı tədbirlər yaradılmışdır.
Bu vəziyyəti müasir atom stansiyalarındakı nüvə reaktorlarının dizaynına bənzədə bilərik. İş sistemləri və istehsal şəkli bir-birlərindən fərqli olsa da fotosintez mexanizmində də, nüvə reaktorlarda də ortaq cəhət var. Fotosintez mexanizmləri də eynilə nüvə reaktorları kimi istehsal əsnasında ortaya çıxan zərərli ünsürləri aradan qaldıran təhlükəsizlik sistemlərinə malikdir.
Bu zaman xüsusilə ifadə etmək lazımdır ki, fotosintez mexanizmləri insanın tikdiyi nüvə reaktorlarından həm çox üstün texnologiyaya, həm də daha üstün dizayna malikdir. Nüvə reaktorları yüz minlərlə kvadrat metrlik sahəyə qurulmuş nəhəng təsislər ikən fotosintez gözlə görünməyəcək qədər kiçik hüceyrənin daxilində reallaşır. Fotosintez əsnasında meydana gələn hər cür təhlükə hesaba alınmışdır. Məsələn, elektron daşıyan alt sistemlərin bir-birlərinə olan məsafələri belə xüsusi plan daxilində hazırlanmışdır. Həmin məsafə ən inkişaf etmiş mikroskopların altında da görünə bilməyəcək qədər kiçikdir.
Burada bir an dayanıb düşünək: Bir xlorofil molekulunun daxilində üstün texnologiyaya malik olan, insanların necə işlədiyini belə anlaya bilmədiyi qüsursuz sistem var. Bu sistemin bir parçasında belə möcüzəvi proseslər reallaşır. Üstəlik bütün bu hadisələr saniyənin on milyonda biri qədər qısa müddət ərzində reallaşır. İnsan sahib olduğu bütün məlumata baxmayaraq, xlorofil molekulunun içində olan fermentlərin və atomların bacardığı işi laboratoriya mühitində belə bacara bilmir. Şübhəsiz xlorofilin malik olduğu dizayn və etdiyi proseslər Allah'ın nümunəsiz və bənzərsiz yaratmasının dəlillərindəndir.
"Ey insanlar, Allah'ın üzərinizdəki nemətini xatırlayın Göydən və yerdən sizə ruzi verən Allah'dan başqa bir yaradıcı varmı? Ondan başqa İlah yoxdur. Elə isə necə olur ki inkar edirsiniz?" (Fatır surəsi, 3)