Dənizin altındakı möcüzələr

Yer üzündə yaşayan bütün canlılar çoxalmalarından qorunmalarına, qidalanma sistemlərindən özlərinə tikdikləri yuvalara qədər saysız-hesabsız üstün xüsusiyyətlərlə təchiz edilmişlər. Bəziləri bir memar kimi yuvasını tikir, bəziləri bir kimyaçı kimi düşünərək ən ideal temperaturu təmin edir, bəziləri isə əsil kamuflaj ustasıdır. Bu canlıların həyatları müşahidə edildikdə, onların həm fiziki xüsusiyyətlərinin, həm də davranışlarının bir-birilə və yaşadıqları mühitə tam uyğun olduğu görünür. (Okur Yapımcılık, Denizlerdeki İhtişam - VCD)

Allah varTəbii ki, bu vəziyyət yalnız quruda yaşayan canlılara aid deyil. Belə mükəmməl canlılara dənizlərin altında, hətta okeanların işıq girməyən dərinliklərində də rast gəlirik. Burada üstün xüsusiyyətlərə sahib olan dəniz canlılarından yalnız bir neçəsini sadaladıq.

Bu canlıların hər birində üstün ağılın və böyük bir elmin açıq dəlilləri görünür. Təbiətin hər tərəfində görünən bu ağıl və mükəmməl uyğunluq kainatdakı hər şeyin Yaradıcısı olan Allah'a aiddir. Ağıllı və vicdanlı olan hər bir insan Allah'ın yaratdığı hər canlıda Onun ağlının, gücünün və elminin əksini görəcək və Allah'ın sonsuz elmini və gücünü daha yaxşı təqdir edəcək. Allah bir ayədə kainatda yaratdığı varlıqlardan bəzilərini sadaladıqdan sonra bunların hər birinin "Allah'a üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət"(Qaf surəsi, 8) olduğunu bildirir.

Dənizlərin altında, hətta okeanların işıq girməyən dərinliklərində belə çox kompleks xüsusiyyətlərdəki canlılara rast gəlirik. Bu canlıların hər birində çox üstün bir ağlın və çox böyük bir elmin açıq dəlilləri görünür. Bu ağlın və elmin sahibi aləmlərin Rəbbi olan Allah’dır.

Okeandakı anti-frizli balıqlar

Soyuq dənizlərdə yaşayan balıqların dəriləri və ya qəlsəmələri buzla təmas etsə bədənlərindəki maye dərhal donmağa başlayar və balıqlar ölə bilər. Bunun səbəbi, bədən mayelərində yaranan buz kristallarının sürətlə artmasıdır. Buna baxmayaraq, soyuq bölgələrdə yaşayan bir çox balıq növü var.

Bu bölgələrdəki bəzi növlər dəniz suyunun temperaturunun -1.80 olduğu dərin sulara çəkilərək donmaqdan xilas olurlar. Ancaq Anlantik okeanında bu temperaturdan da çox aşağı temperaturlarda yaşayan balıqlar var. Bunu Allah'ın onlar üçün yaratdığı xüsusi bədən sistemləri sayəsində bacarırlar.

Bu balıqların qanının içində avtomobil radiatorundakı anti-friz maddəsi kimi işləyən kimyəvi maddələr var. Bu kimyəvi maddələr Atlantik okeanının ən aşağı temperaturlarında belə balıqların bədənlərini donmaqdan xilas edir (Harun Yahya, Allah'ın Güzelliklerinden Bir Demet)

Dərin sularda yaşayan tilovlukimilər

Qidanın az olduğu bölgələrdə yaşayan canlılar çox maraqlı xüsusiyyətlərə malikdir. Bunlardan biri də tilovlukimilərlə balığıdır. O, dənizin qaranlıq yerləri üçün lazım olan bütün xüsusiyyətlərə malikdir. Allah tilovlukimiləri də digər canlılar kimi, ehtiyacı olan hər cür xüsusiyyətlə birlikdə yaratmışdır. Məsələn, dərin sularda yaşayan tilovlukimilər daha kiçik balıqları ovlamaq üçün bir qarmaq ipinə və bu ipin uc qismində qıvrılan soxulcana bənzəyən bir orqana malikdir. Ucunda saxta yemi olan bu qarmaq yaxından keçən balıqların diqqətini çəkir. Tilovlukimilərin tələ qarmağını yem zənn edərək yaxınlaşan balıqlar qarmağın ipinə sarılır və asan bir ova çevrilirlər.

Dörd üzgəcinin üzərində yeriyən balıq

Qırmızı dodaqlı yarasa balığı dörd üzgəci üzərində yeriyən yeganə balıqdır. Yerimək üçün hazırlanmış üzgəcləri, qəribə görünüşlü burnu və böyük qırmızı dodaqları ilə balığın çox maraqlı bir görünüşü var.

Yarasa balıqlarının qumun üzərində insan kimi gəzə bilməsini təmin edən orqanları döş üzgəcləridir. Bu üzgəclərindən istifadə edərək yarasa balıqları okean torpağında rahat dayana bilir və üzgəc uclarının üzərində yeriyirlər. Fənər balıqlarında olduğu kimi, yarasa balıqlarının da burunlarının altında digər balıqları aldatmaq üçün qarmaq kimi istifadə etdikləri kiçik dəri parçaları var. Yarasa balıqları ətyeyən heyvanlardır. Bu qarmaqdan istifadə edərək digər balıqları, xərçəngləri, soxulcanları və molyuskları yeyirlər.

Anemon bitkiləri və balıqları

Anemon bitkilərinin çıxıntıları üzərindəki yandırıcı kapsullara hər hansı bir şey toxunduğu və ya sürtündüyü anda dərhal açılır və o, çox güclü bir zəhər ifraz edir. Bu, çox vaxt zəhərlənən canlının iflic olmasına və ölməsinə səbəb olur. Ancaq anemon bitkilərinin təsir etmədiyi canlılar da var. Məsələn, anemon balıqları bu təhlükəli bitkilərin yandırıcı kapsullarının arasında yaşaya bilən nadir canlılardandır. Anemon balıqlarının üzərindəki şəffaf maddə bitkidəki yandırıcı kapsulları dayandıra bilir. Bitkiyə yaxınlaşan balıq, gövdəsini yavaş-yavaş anemonlara toxundurmağa başlayır. Üzərindəki şəffaf maddə sayəsində zəhərdən çox təsirlənməyən anemon balığının məqsədi yandırıcı kapsulların üzərində partlamasını təmin etməkdir. Anemon balığı bir neçə sınaqdan sonra zəhərə qarşı immunitet qazanır və bitkinin çıxıntılarının arasında yerləşir. Yeni doğulan və anemon bitkilərinə qarşı heç bir immuniteti olmayan balıqlar da digərlərinin keçdiyi mərhələlərdən keçir. Anemon balıqları bu sınaqlardan təsadüfən keçirməyə qərar versəydilər, nə olardı?

İlk dəfə və ya sonrakı sınaqlarında zəhərlənib ölə bilərdilər. Halbuki, belə olmamışdır. Yaradıldıqları andan etibarən anemon bitkiləri və balıqları qüsursuz bir uyğunluq içində yaşayırlar. Çünki Allah yaratdıqlarını ən yaxşı biləndir, qoruyandır.