Sonar sistemi ilə görən delfinlər
Bir insan özündən 100 metr irəlidəki hər hansı bir obyekti görməkdə çətinlik çəkərkən, delfinlər 3 km kənarda dayanan bir cisimi görməkdə heç çətinlik çəkmirlər. Həm də, bu görmə prosesini gözləri ilə deyil, kəllələrin alt hissəsindəki sonar sistemi vasitəsilə yerinə yetirirlər. Bu sonar o qədər qüvvətli səs dalğaları yayır ki, delfinlər ətraflarında olan kiçik-böyük hər şeyi bu sistem sayəsində qəbul edə bilirlər.
Sonarın göndərdiyi siqnallar qarşılaşdıqları cisimlərlə toqquşduqdan sonra təkrar geri qayıdaraq delfinin alt çənəsinə çatır və buradan da "lipit" adlı yağ vasitəsilə daxili qulağa daşınır. Tam uyğun miqdarda ifraz edilən bu yağ sayəsində daxili qulağa çatan məlumatlar beyinə ötürülür və qəbul etmə tamamlanmış olur.
Hər şeyi bənzərsiz, qüsursuz və əksiksiz yaradan Allah delfinləri də ən gözəl şəkildə yaratmış və üstün bir texnologiya ilə təchiz edərək Öz sənətinin ucalığını və qüdrətinin sərhədsizliyini göstərmişdir.