Üç bənzər molekul. Nəticə: çox fərqli 3 maddə
Molekullar arasındakı bir neçə atomluq fərq belə çox müxtəlif nəticələr meydana gətirir. Məsələn, aşağıda verilən iki molekula diqqətlə baxın. İkisi də bir-birinə çox bənzəyir, ancaq karbon və hidrogen saylarında çox kiçik fərqlər var. Lakin nəticədə bir-birinə zidd iki maddə meydana gəlir:
C18 H24 O2 və C19 H28 O2
Bu molekullar nədir? Hər hansı bir fərziyyə irəli sürə bilərsinizmi? Dərhal söyləyək: Birincisi, estrogen, ikincisi isə testosterondur. Yəni biri qadın, digəri isə kişi hormonudur. Bir neçə atomluq fərq belə heyrətamiz şəkildə cinsiyyət fərqinə səbəb olur.
İndi bu formula baxın: C6 H12 O2
Ostrogen və testosteron hormonları molekullarına çox bənzəyir, elə deyilmi? Bəs bu molekul nədir? Başqa bir hormondur? Dərhal cavablandıraq: Bu, şəkər molekuludur.
Eyni növ elementlərdən ibarət olan bu üç molekul nümunəsindən atomların sayındakı fərqin nə qədər müxtəlif maddələr meydana gətirdiyi məlum olur. Bir tərəfdən cinsiyyət hormonlarını, digər tərəfdən də əsas qida maddəsi olan şəkəri əmələ gətirir.