Gənələr

Allah varEvlərdə, xüsusilə də xalçalarda yaşayan gənəlar. Gənə olaraq adlandırdığımız canlı hər hansı bir böcəkdən daha fərqli xüsusiyyətlər daşımayan, sond ərəcə nizamlı və kompleks quruluşa sahib olan, amma buna baxmayaraq, yenə də ancaq mikroskopla çətinliklə görünə bilən mikrocanlıdır. Yaşadığımız evin hər tərəfində, yatdığımız yataqda, yerdəki xalçada, tənəffüs etdiyimiz havada, qısası həyatımızı keçirdiyimiz hər yerdə var. 5 ilə 50 mikron arası ölçülərində olan bu canlıları adi gözlə görə bilmərik. Bu canlılar ölü dəri hüceyrələri və qabıqları ilə qidalanırlar. Bu səbəbdən, insanların yaşadığı mühitlərdə olur və insan fəaliyyətləri ilə ətrafa yayılır, hərəkət edirlər. Qidalarının toplandığı yerlər isə ümumiyyətlə çarpayılar, döşəklər, mebellər və xalçalardır. Normal şərtlərdə bu maraqlı görünüşlü varlıqları görməyi istəməzsiniz. Ətrafınızda o qədər çox saydadırlar ki, yatdığınız yataqda belə, nə qədər təmiz olursa olsun, təxminən 10000 gənə vardır. Bu canlılar istehsal etdikləri zülala qarşı allergiyanız olmadığı müddətcə sizə zərər verməzlər; dişləməz, sancmaz, xəstəlik yoluxdurmazlar.

Ancaq bəzi canlılar üçün zərərlidirlər. Belə ki, parazitlik etdiyi arı şanında, arıların üstdəki ölü dərilərini deşərək və bədən sularını əmərək öldürə bilirlər. Bunun kimi bir çox böcək, heyvan və bitkiyə zərər verə bilirlər. Böcək gənələri böcəyin ölümünə və ya xəstələnməsinə səbəb olur, amma eyni zamanda meydana gətirdikləri tullantılarla torpağın səmərəsini böyük ölçüdə artırırlar. Bəziləri isə bəzi canlıların parazitləridir. Bəzi heyvanların qulaq kanallarında, ağciyərlərində və bağırsaqlarında yaşayırlar. Başqa sözlə, gənələr fərqli mühitlərdə və insandan başqa fərqli canlılarla da yaşaya bilirlər.

Everest Zirvəsinin 5000 metr yüksəklikdəki yamaclarında yaşaya bildikləri kimi, Sakit okeanın şimalının 5.200 metr dərinliklərində də yaşaya bilirlər. Bundan başqa, gənələr rütubətli zonalar, mağaralar, çöllər və tundralar da daxil olmaqla, bir çox yerdə yaşaya bilirlər. 10 metr dərinlikdəki mədənlərdə, soyuq və termik qaynaqlarda, 5000C qədər yüksək temperaturda olan yeraltı sularda, hovuz və göllərdə yaşaya bilirlər. Fərqli mühitlərdə yaşaya bilən bu fərqli növlərinin sayının 500.000-dən çox olduğu hesablanmışdır.

Gənələr su içmirlər, amma havadan və mühitdən aldıqları rütubəti əmirlər. Buna görə də, olduqları mühitdəki rütubət onlar üçün əhəmiyyətlidir. 70-80%-ə kimi olduqca yüksək nisbətdəki rütubətdən təxminən 270C temperatura qədər onlar üçün ən uyğun hava şəraitidir.

Belə uyğun bir mühitdə olduqda saylarını artıra bilirlər. Məsələn, yarım hektarlık bir otlaq torpağında 6000000-a qədər üzvləri ola bilir.

Allah dünyanın nizamını çox incə və həssas tarazlıqlarla qurmuş, kiçik bir mikroorqanizmi böyük bir həyatın səbəbi etmişdir. Bunun tək səbəbi insanın qarşısında açıq-aşkar dayanan bu yaradılış möcüzəsini görə bilməsi, ətrafında özünə təqdim edilmiş olanlar və güc çatdıra bilmədikləri qarşısındakı acizliyini və Allah'a olan möhtaclığını fərq edə bilməsi və Allah'ı təqdir etməsidir. Allah Quranda belə buyurmuşdur:

"Rəbbinizolan Allah budur. Ondan başqa İlah yoxdur. Hər şeyin Yaradıcısıdır, elə isə ONA qulluq edin. O, hər şeyin üstündə bir vəkildir." (Ənam surəsi, 102)