İnsan bədənindəki dəlillər

Allah varİman gətirməyən insan dərin bir qəflət içindədir. Ətrafındakı yaradılış dəlillərini görə bilmir. Çox vaxt içində yaşadığı cəmiyyətin dindən uzaq olması səbəbi ilə zehni gündəlik həyatın detalları ilə boğulmuş, hissləri və şüuru ətrafındakı saysız-hesabsız yaradılış həqiqətini görə bilməyəcək qədər zəifləmişdir. Halbuki, belə bir insana səmimi və vicdanlı olduğu müddətcə iman həqiqətləri izah edilərsə, insanın Allah'ın varlığına və birliyinə, canlı-cansız hər şeyi Allah'ın yaratmış olduğuna iman gətirməsi, Allah'ın sonsuz elmini və qüdrətini görməsi ümid edilir.

Dünya bir imtahan meydanı olduğu üçün hər kəsin iman gətirməsinə vəsilə olacaq, insanın vicdanı ilə imanı seçməsinə fürsət buraxmayacaq dərəcədə bir möcüzə gözləmək səhv olar. Məsələn, yerə atdığımız toxum bir neçə saniyə ərzində nəhəng bir ağaca çevrilsə, şübhəsiz ki, böyük bir maraq oyandırar və bu hadisəyə şahid olan insanlar tərəfindən böyük bir "möcüzə" olaraq dəyərləndirilər. Ancaq milyardlarla ağac bu inkişafı yavaş-yavaş keçirdikləri üçün bu vəziyyət ilk baxışda insanlar üzərində möcüzəvi bir təsir meydana gətirmir.

Allah varBaşqa bir nümunə üzərində düşünək. Təxminən 60-70 il içində yaşlanan insan bədəninin bir anda gözlərinizin qarşısında yaşlandığını fərz edin. Yeni dünyaya gələn bir körpə bir neçə dəqiqə ərzində sürətlə böyüyərək inkişaf etsə, yetkinliyə çatsa və yaşlansa, əlbəttə ki, bu heyrətləndirici bir hadisə olardı və buna şahid olan insanları düşünməyə sövq edərdi. Amma burada bir nöqtəyə diqqət yetirək; eyni hadisə hal-hazırda da yaşanır, tək fərq aradakı zamandır. Eyni möcüzəvi hadisənin açıq bir şəkildə seziləcək dərəcədə yavaş reallaşması, diqqəti, şüuru və təfəkkürü zəif olan insanlar üçün adi bir hadisə kimi görünür. Halbuki, bu hadisə də əslində tamamilə bir möcüzədir. Bu möcüzəni görmək üçün isə səmimi və vicdanlı bir baxışla hadisənin detallarını araşdırmaq, bu detallardakı yaradılış hikmətlərini, incəlikləri görmək lazımdır.

İman həqiqətlərinin təfərrüatı ilə izah edilməsinin əhəmiyyəti də elə burada ortaya çıxır. Qəflət içindəki insanların hər gün ətraflarında baş verən, lakin hiss etmədikləri bir çox yaradılış dəlilini və canlılardakı mükəmməllikləri bütün detalları ilə onlara göstərmək bu insanların qəflətdən oyanmasına çox təsir edər.

Bu hissədə, illərdir hər kəsin görməyə alışdığı və bir çox insanın üzərində düşünmədiyi insan bədənindəki yaradılış dəlillərindən veriləcək nümunələr, bu imani şüurun yerləşməsinə, vicdanların oyanmasına və inkar edənlərin batil təlqinlərinin yox olmasına vəsilə olacaq.