Elektronların əngəl tanımayan qətiyyəti

Allah varDoğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allah’dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)

Bəzi elmi jurnallarda və ya kitablarda kainatın hər tərəfindəki möcüzələr çox dar dünyagörüşlə izah edilir. Hər zaman mövcud olan şeylərin quruluşu təsvir edilir, ancaq bunların necə ortaya çıxdıqları izah edilmir və ya mövzuya bəzi səthi açıqlamalar verilir. Halbuki, bunlar əhəmiyyətli həqiqətləri ortaya qoyurlar. Bu mövzunu daha yaxşı açıqlamaq üçün bir nümunə üzərində düşünək:

Fərz edək ki, bir qrup alim Himalay dağlarının təpəsində bir tədqiqat gəzintisinə çıxıb. Gəzinti əsnasında bu dağlarda naməlum bir mağara kəşf edirlər və bu mağaranın ortasında havadan asılmış qəribə bir cisim tapırlar: ortasında kiçik metal kürələrin bir yerə toplanması ilə meydana gəlmiş bir nüvənin yerləşdiyi və bu nüvənin ətrafında müəyyən orbit içində saatda 1000 km. sürətlə fırlanan kiçik metal topların olduğu qəribə bir cisim...

Şübhəsiz ki, belə bir şey olsaydı, bu, dünya tarixinin ən böyük kəşfi olardı. Bütün dünya bu qəribə cismin necə meydana gəldiyini, buradakı maddələrin necə bir yerə toplandığını, orbitdə fırlanan kiçik metal topların nizamlarını böyük maraqla müzakirə edərdi. İllərlə fasiləsiz davam edən bu hərəkətin yanacağının nə olduğu, zamanla necə dayanmadığı elmi məqalələrə mövzu olardı. Hər kəs bu cismi kimin yaratdığını və bu mağaraya nə üçün yerləşdirdiyini öyrənmək istəyərdi.

Heç kim "bu mağaradakı maddələr zaman içində öz-özünə belə nizamlı bir quruluş meydana gətirmişlər, təsadüfdür", deməzdi. Çünki belə bir iddianın çox absurd olacağı, cismin şüurlu bir dizaynın məhsulu olduğu açıq-aşkar müəyyən olardı... Burada izah edilən isə açıq həqiqətdir. Başqa sözlə desək, indi siz nümunə verdiyimiz alimlər qrupundan daha çox təəccüblənməlisiniz. Çünki haqqında danışdığımız qəribə cismin eynisi ilə həyatınızın hər anında qarşı-qarşıyasınız. Həm də trilyonlarcası ilə. Gördüyünüz hər cisim, öz bədəniniz, əlləriniz, qollarınız, kompyuteriniz də atom adlanan o heyrətamiz cisimdən meydana gəlir.

Hər atom bir tarazlıq və dizayn möcüzəsidir. Atomla bağlı bəzi elmi mənbələrdə və dərs vəsaitlərində çox olmayan, ancaq üzərində mütləq düşünülməli olan bəzi məsələləri belə sıralaya bilərik:

- Atom subatom zərrəcikləri adlanan üç fərqli zərrəciyin uyğunluq içində bir yerə toplanması ilə meydana gəlmişdir. Hər atomun bir nüvəsi və bu nüvə ətrafında fövqəladə sürətlə hərəkət edən elektronları var. Nüvədə isə proton və neytron adlı zərrəciklər bir yerdə dayanır. Bu böyük sistem necə ortaya çıxmışdır?

- Kainatın Big Bang (Böyük Partlayış) ilə yarandığı və atomların bu partlayışdan sonra ortaya çıxan subatom zərrəciklərinin bir yerə toplanması ilə meydana gəldiyi qəbul edilir. Ancaq Böyük Partlayışdan sonra sürətlə dağılan subatom zərrəcikləri necə və niyə atom adlanan həssas quruluş içində təşkil ediliblər?

- Müsbət yüklü olan və buna görə bir-birlərini itələyən protonlar necə bir yerə gəliblər? Neytronlar necə protonların yanına əlavə olunaraq nüvəni meydana gətiriblər? Mənfi yüklü elektronlar necə bu nüvənin ətrafında orbitə daxil olublar?

- Alimlər bütün kainatda 1078 atom olduğunu hesablayıblar. Bu rəqəm 10-un yanına 78 ədəd sıfır yazılaraq meydana gətirilən və insan ağlının qavraya bilməyəcəyi qədər böyük bir ədəddir. Bu qədər çox sayda atomun hər birində protonlar (bir-birlərini itələmələrinə baxmayaraq) nüvədə toplanıblar, neytronlarla bir yerə gəliblər, elektronlar isə özlərini orbitdə tutan ideal sürəti taparaq nüvənin ətrafında fırlanmağa başlayıblar. Saniyədə bir dövr fırlanacaq qədər sürətdə... (Harun Yəhya, Atom möcüzəsi)

Niyə? Belə bir nizam niyə ortaya çıxmışdır? Ən vacib suallardan biri budur.

Ortaya çıxan bu nizam heyrətamiz dərəcədə sabitdir. Atom xüsusi müdaxilələr və ya çox yüksək temperatur xaricində heç vaxt parçalanmaz. Dünyadakı heç bir zərbə, toqquşma və ya partlayış nə atomu, nə nüvəsini, nə də elektronlarını yerindən oynada bilməz. Bir atomu bir milyard il hər cür zərbə ilə qırmağa, pozmağa çalışın, bacarmazsınız. Atomun meydana gətirdiyi canlı ölsə də, o hərəkət etməyə davam edər. İnsanla birlikdə onu yaradan atomlar ölməz, eyni sürətlə heç bir dəyişikliyə məruz qalmadan elektronlar hərəkət etməyə davam edər. Ağacı yandıranda, onu meydana gətirən atomları yandıra bilməzsiniz. Onlar havada hərəkət etməyə davam edərlər.

Atomun parçalanması ancaq xüsusi reaksiyalarla mümkün olar. Bu zaman ortaya böyük bir güc çıxır. Atom nüvəsində gizli olan bu güc ortaya çıxarılaraq partladılır. Ortaya çıxdığı anda şəhərləri yox edən, insanları yandırıb əridən, on illərlə davam edən bir radiasiya təsiri buraxan bu böyük güc kainatdakı hər atomun nüvəsinə yerləşdirilmişdir.

Bura qədər verilən məhdud nümunələrdən aydın göründüyü kimi, bunun "təsadüf əsəri" olduğunu iddia etmək məntiqdən kənardır. Əgər Big Bang təsadüfi bir partlayış olsaydı, belə bir nizam ortaya çıxmaz, bütün subatom zərrəcikləri kosmos boşluğuna dağılar və bütün kainat yalnız radiasiyadan ibarət olardı. Başqa sözlə desək, atomdakı mövcud nizam və tarazlıq bizə kainatın təsadüfən meydana gəlmədiyini, əksinə, hər detalının böyük və sonsuz bir elm və qüdrətlə yaradılıb təşkil edildiyini göstərir.

Bu sonsuz elm və qüdrət hər şeyi yoxdan yaradan uca Allah’a aiddir.