Bənzərsiz duyğu sistemi
Yüzlərlə insandan ibarət olan bir izdiham düşünün. Hər kəsin daim sağa-sola hərəkət etdiyi bir yerdə, üstəlik qaranlıqda heç kimlə toqquşmadan kütləyə doğru hərəkət edə bilərdiniz?
Bizim üçün qeyri-mümkün olan bu hərəkət balıqlar üçün çox asandır. Çünki balıqlar yan xətt adlandırılan mükəmməl bir duyğu sistemi ilə birlikdə yaradılmışlar. Bu sistem bədənin hər iki tərəfində boyuna uzanan nöqtələr və ya kəsik xətlər şəklindədir. Sistemin duyğu hüceyrələri dərinin altında bir kanalın içində yerləşir. Xarici mühitdə ən kiçik təzyiq dəyişməsi, su dalğalanması, axıntı şiddəti və istiqaməti bu orqanlar vasitəsilə müəyyən olunur.
Təkamülçülər suda yaşayan balıqların on milyonlarla illik zaman içində quruya çıxaraq quru canlılarına çevrildiklərini iddia edirlər. Halbuki, bu cür keçidi qeyri-mümkün edən saysız-hesabsız anatomik və fizioloji dəlil var. Məsələn,
1. Balıqlar suda yaşadıqları üçün bədən ağırlıqlarını daşıya bilən əzələ və skelet sisteminə malikdirlər. Halbuki, quruda yaşamaq üçün fərqli quruluşun mövcud olması vacibdir.
2. Quru canlıları qurudakı ani temperatur dəyişikliyinə uyğunlaşma yaradan maddələr mübadiləsinə malikdirlər. Halbuki, dənizlərdə belə temperatur dəyişikliyi, balıqlarda da bunun üçün lazım olan maddələr mübadiləsi yoxdur.
3. Quruda yaşayan canlıların susama duyğuları və su itkisini azaldan dəri quruluşları var. Suda yaşayan canlıların susama duyğusu yoxdur və dəriləri də susuz mühitlərə uyğun deyil.
4. Quru canlıları suyu minimum səviyyədə istifadə etmək üçün böyrək sisteminə malikdirlər. Balıqların yaşadığı mühitdə isə su boldur, ona görə də onların böyrəkləri yoxdur. Qısası, sudan quruya keçidin reallaşması üçün böyrəyi olmayan canlılar bir anda inkişaf etmiş bir böyrək sistemini əldə etməlidirlər.
5. Balıqlar suda ərimiş oksigeni qəlsəmələri ilə qəbul edirlər. Susuz isə bir neçə dəqiqədən çox yaşaya bilməzlər. Quruda yaşamaq üçün bir anda qüsursuz ağciyər sistemi əldə etməlidirlər. Bunların eyni canlıda təsadüfən və mərhələ-mərhələ reallaşması qeyri-mümkündür.
NƏTİCƏ: Suda yaşayan bir canlının quruya çıxıb ora uyğunlaşması, yəni təkamülləşməsi elmi və məntiqi baxımdan QEYRİ-MÜMKÜNDÜR..
Balıqlar bu xüsusi duyğuların vasitəsilə titrəşmələri yarı hiss edə və yarı duya bilirlər. Yemlərinin yerini və ya düşmənlərinin mövqeyini müəyyən edə bilirlər. Bununla yanaşı, ən bulanıq su axınlarının içində yönlərini tapa bilirlər. Həmçinin, sudakı ən kiçik temperatur və təzyiq dəyişikliyini də duya bilirlər. Yan xəttə yaxındakı aşağı tezlikli titrəyişlərə xüsusilə həssasdır. Məsələn, sahildəki addımlara və ya suyun səthinə düşən bir cismə...
Sahildə danışa bilər, mahnı oxuya bilər və ya radio dinləyə bilərsiniz, balıqlar bundan qorxmayacaqlar. Ancaq su ilə əlaqəsi olan bir şeyi hərəkət etdirsəniz, məsələn, suya daş atsanız, bütün balıqlar yoxa çıxacaqlar.
Balığın bu duyğu orqanı kompleks quruluşa sahibdir. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, balığın belə bir mexanizmə ehtiyac duyub, öz iradəsi ilə mükəmməl bir quruluş ortaya çıxarması qeyri-mümkündür. Belə qüsursuz bir duyğu sisteminin şüursuz təsadüflərlə, zamanla mərhələ-mərhələ meydana gəlməsi də mümkün deyil. Bu sistemin bir dəfədə qüsursuz bir şəkildə ortaya çıxdığı açıq-aşkardır. Bu mükəmməl sistemlərin Yaradıcısı isə Aləmlərin Rəbbi olan uca Allah'dır.