Dəniz yosunlarının iqlimi sabit saxlama xüsusiyyəti

Allah var Gözlə görünməyəcək qədər kiçik olan bir canlının atmosferin temperaturuna təsir edə bilən xüsusi qazı istehsal etməsi və dünyanı (bütün canlıların yaşamasını təmin edən) orta temperaturda saxlaya bilməsi xüsusi dizaynın mövcud olduğunun açıq dəlillərindəndir.

Dəniz yosunları gözlə görünə bilməyəcək qədər kiçik, lakin dünyanın iqlimini sabit saxlayacaq qədər böyük işlər bacaran canlılarıdır. Mikro ölçülərindəki bu canlı növü hər an dünyanın tarazlığını qorumaq və digər canlıların rahat şəraitlərdə yaşamasını təmin etmək üçün var gücüylə çalışır. Atmosferdəki temperatur nisbətinə nəzarət etmənin və bu temperatura müdaxilə etmənin, hətta 21-ci əsr texnologiyası ilə də mümkün olmadığı düşünülsə, dəniz yosunlarının yerinə yetirdiyi əməliyyatın nə qədər kompleks və çətin olduğu daha yaxşı aydın olacaq. Uca Allah'ın ilhamıyla hərəkət edən bu canlılar vəzifələrini heç çətinlik çəkmədən, düşünmədən və əksiksiz olaraq yerinə yetirirlər. Bəs amma micron böyüklüyündəki dəniz yosunları bunu necə edirlər?

Dəniz yosunlarının böyük hissəsi dimetilsulfit (DMS) adlanan qaz istehsal edir. Bu qaz dənizin üstündəki havada oksigenlə reaksiyaya girərək qatı dənəciklərə çevrilir. Beləliklə buludlar meydana gəlir. Başqa bir ifadə ilə, dəniz yosunları özlərinin olduqları bölgələrdə buludların meydana gəlməsindən də məsuldurlar. Bu buludlar da günəşdən gələn radiasiyanı geri əks etdirərək planetimizi olduğundan daha soyuq, yəni indiki temperaturunda saxlayır. Dəniz yosunları Yer kürəsinin temperaturunu tarazlayacaq qədər təsirli və əhəmiyyətli xüsusiyyətə sahibdirlər.

Atmosfer istiləşməyə başladıqda dəniz yosunlarının fəaliyyəti artır və DMS, yəni dimetilsulfit qazı istehsal etməyə başlayırlar. Dəniz yosunlarının bu maddəni necə və niyə yaratdıqları hələ tam olaraq aydın deyil. Bəzi alimlərin fikrincə, DMS hüceyrənin ifraz etdiyi tullantı maddəsidir. Digər bir iddiaya görə də hüceyrələr zərər gördükdə düşmənlərinə qarşı qorunmaq üçün toksik, yəni zəhərli turşu ifraz edir. Virus və ya planktonların hücumlarına məruz qalan dəniz yosunu məhz buna görə böyük miqdarda DMS ifraz edir. Bu fərziyyə təsdiqlənsə də bir dəniz yosununun bu maddəni niyə bəzi zamanlarda çox miqdarda, bəzi zamanlarda da az miqdarda ifraz etdiyi hələ aydın ola bilməmişdir. Bu canlının həmin maddəni ifraz etməsi daha çox ehtiyaca istiqamətlənmişdir. Dəniz yosunları temperatura görə istehsal miqdarını dəyişdirirlər. Hədəf yer üzünün soyudulması olduğundan dəniz yosunları DMS istehsalını tropik bölgələrdə daha çox, daha soyuq bölgələrdə daha az edirlər.

Bu orqanizmlər olmasaydı, Dünya daha isti bir yer olacaqdı. Necə ki, həmin istehsal nəticəsində planetimizdə 400C-ə çatan soyuma baş verir.

Bu soyuma dəniz yosunları üçün çox faydalıdır. Əgər soyuma olmasa, istilənən okeanın üst layları soyuq olan alt laydan ayrılacaq və beləcə səthdəki dəniz yosunlarının dərinlərdəki qidalara çatması qeyri-mümkün olacaq. Elə buna görə dəniz yosunları antifiriz təsiri göstərən bu maddəni ifraz edirlər. Maraqlı olan, tropik okeanlarda yaşayan bu canlıların niyə antifiriz yaratmağa ehtiyac duyduqlarıdır. Bu sualın cavabı orqanizmin bu prosesdən başqa faydalar da əldə etdiyini göstərir.

Antifiriz istehsal edən dəniz yosunları

Dəniz yosunları antifiriz istehsal etməyə ehtiyac duyurlar, çünki istehsal etdikləri bu maddə ilə suyun buxarlanmasını təmin edərək havaya keçə bilirlər. Dəniz yosunlarının atmosferin üst bölgələrinə çıxa bilməsi isə uzaq bölgələrə yayılmalarına kömək edir. Hava axınları bu kiçik canlıların bütün planeti gəzə bilmələri üçün olduqca əhəmiyyətli yoldur. Səmanın bu canlılarla dolu olması məhz buna görə heç də təəccüblü deyil. Yer üzərindəki hava qatında kub metrdə 10000 canlı təsbit edilmişdir. Atmosferdə 50 km yüksəkliyə qədər dəniz yosunları ilə eyni üsulu istifadə edən canlı bakteriya və göbələk isə onların fotosintez əməliyyatını sürətləndirir. Fotosintez nəticəsində su səthi isinir və bu vəziyyət qabarcıqların meydana gəlməsinə şərait yaradır. Dəniz yosunları isə sanki bir sonrakı mərhələdə şarın partlayacağını və beləliklə havaya çata biləcəyini bilən kimi şarın üzərindəki yerlərini alırlar. Partlayan şar artıq sudan ayrılmış və rahat hərəkət edə biləcəyi havanın içinə keçə bilmişdir.

DMS meydana gələrkən ətrafına istilik şəklində enerji yayır. Bu enerji ətrafdakı havanı isidir və isinən hava da yüksəlir. Altdakı hava yaranan axınla birlikdə yuxarı çəkilir və buludları meydana gətirir. Beləliklə su səthindəki dəniz yosunları hava axını ilə yuxarı çıxır və yayılmaq üçün yüksələn hava hərəkətlərinin meydana gətirdiyi küləyi istifadə edirlər. Havaya yayılan dəniz yosunlarının böyük əksəriyyətinin qırmızı olması başqa bir əhəmiyyətli cəhətdir. Qırmızı rəng atmosferin üst laylarına çıxdıqda onları ultrabənövşəyi şüalara qarşı qoruyur.

Planlanmış Nizam

İzah etdiyimiz bütün bu sistem belə, kiçik canlının planetimizə yayıla bilmək üçün hər cür ehtiyaca və mexanizmə sahib olduğunu göstərir. Bir canlının temperatura təsir edə biləcək gücdəki xüsusi qazı istehsal etməsi və bununla dünyanı bütün canlıların yaşamasına imkan verərək orta temperaturda saxlaya bilməsi xüsusi dizaynın mövcud olduğunun açıq dəlilidir. Üstəlik heyrətverici olan hər şeyin qazın istehsalından ibarət olmaması, bu qazın xüsusi şəkillərdə üst laylara çıxa bilməsi, buludun meydana gəlməsinə səbəb olması və daha da əhəmiyyətlisi bu əməliyyatların bir mikrocanlıya bu qədər fayda verməsidir. Təkamülçülər meydana gələn bu hadisələr qarşısında çox təəccübləniblər. Bu təbiidir, çünki bir mikrocanlının mükəmməl şəkildə bütün dünyanın ekosistemini təsiri altına alması təkamülün sadə və xəyali mexanizmlərini tamamilə ifşa edən çox əhəmiyyətli dəlildir. (Harun Yəhya, Mikrodünya Möcüzəsi)

Şübhəsiz ki, təkamülçü bioloqların belə bir sistemin necə mövcud olduğunu tam olaraq anlamaları və təkamül ilə açıqlama vermələri mümkün deyil. Kainatın heç bir mərhələsində meydana gəlməyən və yalnız aldatmaca və xəyaldan ibarət olan təkamül tək hüceyrəli canlının atmosfer şərtlərinə və yer üzünün temperaturuna təsir etməsini də açıqlaya bilməz. Dəniz yosunlarını bu xüsusiyyətləri ilə birlikdə yaradan və bütün canlıların yaşaması üçün həyati əhəmiyyətdə olan bu sistemi quran uca Allah'dır.