Əriyən dəmirdən kompyuterə
Yer üzündəki texnologiyanın yaranmasına səbəb olan amilləri araşdırdıqda, hər birində Allah'ın yaratma sənətinin dəlillərini görərik.
Texnologiyanın əsasını metallurgiya təşkil edir. Yəni metalların əridilib işlənməsi prosesi... Bu prosesi həyata keçirmək üçün isə bəzi metallar və insanın bu metalları əridib formaya salmasını təmin edən vasitələr olmalıdır.
Bu vasitələrdən biri oddur. Denton bu mövzunu belə açıqlayır:
"Oddan istifadə edə bilmə bacarığımızın olması çox əhəmiyyətlidir, çünki yalnız od vasitəsi ilə texnologiyada irəliləyişlər olmuşdur. Odla birlikdə metallurgiya inkişaf etmiş, metal vasitələr hazırlanmış və beləliklə də kimya elmi ortaya çıxmışdır. Metallar elektrik keçiriciliyinə malik olduqlarına görə, elektromaqnit sahəsinin və elektrik enerjisinin kəşfi, hətta kompyuterlərin inkişaf etdirilməsi belə insanların odu kəşf etməsinin nəticəsidir." (Michael Denton, Nature's Destiny, s. 242)
Dentonun "insanın odu kəşf etməsi" deyə adlandırdığı hadisə əslində Allah'ın odu insanın əmrinə verməsidir. Mövzunu elmi olaraq araşdırdıqda, odun insan həyatı üçün faydalı bir quruluşda olduğunu görərik. Od "yana bilən" cisimlərin alovlanması ilə başlayır. Daxilində karbon elementi olan cisim yana bilən xüsusiyyətə malikdir. Karbon və oksigen elementləri reaksiyaya girdikdə temperatur xeyli artır, biz də bunu od kimi görür və hiss edirik.
Yer üzü hər an bir alov topuna çevrilə bilər
Burada diqqət ediləsi başqa maraqlı bir cəhət var: Atmosferin 21%-ni oksigen qazı təşkil edir. Karbon elementinə isə bizim bədənimiz də daxil olmaqla, hər canlıda rast gəlinir. Yəni odu meydana gətirən vəsaitlər dünyanın hər tərəfinə yayılmışdır. Bəs bu molekullar niyə dərhal reaksiyaya girmirlər? Niyə hər şey bir anda alovlanıb yanmır?
Bu sualı dərindən araşdırsaq, odda da çox möhtəşəm bir dizaynın olduğunu görərik. Oksigen və karbon molekulları kimyəvi xüsusiyyətlərinə görə, yalnız çox yüksək bir temperaturda reaksiyaya girib od əmələ gətirirlər. Buna görə də, bir yerdə od qalaya bilmək üçün əvvəlcə yüksək temperatur olmalıdır. Kötükləri bir-birinə sürtərək od qalamağa çalışan insan da məhz sürtünmə yolu ilə temperaturu yüksəldir. Kibriti yandırarkən də, kibrit dənəsini kələ-kötür səthə sürtərək ani bir şəkildə temperaturu yüksəltməlisiniz.
Odla, onu meydana gətirən faktorlar bu cür xüsusiyyətlərə malik olmasaydi, həyat yaşanmayacaq vəziyyətdə olardı. Əgər oksigen və karbon elementləri daha tez reaksiyaya girsəydilər, havanın temperaturu bir az artdıqda, insanlar, heyvanlar və bitkilər həmin an yanıb külə dönərdilər. Məsələn, çöldə yeriyən insan havanın temperaturu ən yüksək dərəcəyə çatdığı vaxt bir kibrit dənəsi kimi bir anda alovlara qərq ola bilərdi. Bitkilər və heyvanlar da eyni təhlükə ilə üzləşərdilər. Əlbəttə ki, belə bir dünyada normal həyat tərzindən danışmaq mümkün olmazdı.
Bundan əlavə, əgər oksigen və karbon elementləri reaksiyaya girmək üçün daha çox temperaturdan istifadə etsəydilər, o zaman insanlar heç od yandıra da bilməzdilər. Yəni atəş yalnız meşələrə düşən ildırımlar nəticəsində ortaya çıxan əfsanəvi bir enerji mənbəyi olacaqdı. Oksigen və karbon elementlərinin hal-hazırki quruluşu odu insanın nəzarət edə biləcəyi bir vəziyyətdə saxlayır. Denton insanın oddan istifadə edə bilməsi üçün ən ideal fiziki quruluşa (əllərə, qollara, hərəkət qabiliyyətinə, görmə duyğusuna və s.) malik olduğuna diqqət çəkir. Hətta yerdə oddan istifadə edə bilmək üçün olduqca ideal bir mühitin olduğunu da belə izah edir:
"Odun istifadəsi, əlbəttə ki, ekoloji faktorlara da bağlıdır: Məsələn, ağaclar və nisbətən quru mühit olmalıdır. Bu əlavə faktorlardan hər hansı biri olmasa, insanların fiziki və zehni qabiliyyətlərinin və dünyanın karbon əsaslı həyat olmasına baxmayaraq, od, metallurgiya, kimya və ya hər hansı bir elmin inkişafı mümkün olmazdı". (Michael Denton, Nature's Destiny, s. 245)
İnsanın texnologiyanı inkişaf etdirməsi üçün bütün şərtlər ən ideal quruluşda və xüsusiyyətdə yaradılmışdır. Allah Quranda bu həqiqətə işarə edir və odun xüsusi olaraq yaradıldığını belə xəbər verir:
"Ki O, sizə yaşıl ağacdan bir atəş yaradandır; siz də ondan yandırırsınız." (Yasin surəsi, 80)
Bütün nemətləri yaradan Allah’dır
Metallurgiyanın bir başqa əhəmiyyətli xüsusiyyyəti daha var: Dünyadakı metallar, başda dəmir olmaqla, müəyyən bir temperaturda əriyir və mayeyə çevrilir. Məsələn, dəmirin əriməsi üçün 15350C temperatur olmalıdır.
Dəmirin əriməsi üçün lazım olan temperatur dünyanın istehsal etdiyi temperaturdan çox olsaydı, metallurgiya deyə bir elm sahəsi olmazdı. Həmçinin elmin inkişafı Dentonun ifadəsi ilə desək, "yeni daş dövrü ilə astek sivilizasiyası arasında bir yerdə qalardı".
Ancaq Allah'ın diləməsi və insana müxtəlif imkanlar verməsi ilə insan möhtəşəm əsərlər yaratmışdır. Denton insanın elmi inkişafına qısaca nəzər yetirdikdən sonra belə bir açıqlama vermişdir:
"(Elmi) nailiyyətlər xeyli müddət davam etsə də dəlillər göstərir ki, bütün bunlar heç də boşuna deyil, əvvəlcədən müəyyən bir məqsədə görə hərəkət etmişik və müvəffəqiyyətimiz də əsla bir təsadüf olmamışdır... Odun kəşfindən elmin inkişafına və ən son olaraq da təbiətdəki nizama hakim olmağımıza kimi uzanan əvvəldən təyin olunmuş bir yolu getmişik" (Michael Denton, Nature's Destiny, s. 395)
Biokimya professoru Michael Dentonun elmi terminlərlə izah etdiyi bütün bu məlumatlar əslində iman edən hər insanın Qurandan öyrəndiyi bir həqiqəti sübut edir:
Allah dünyanı insanın həyatı üçün yaratmış, dünyadakı varlıqları insanın xidmətinə vermiş və onu müxtəlif nemətlərlə zənginləşdirmişdir. Quran ayələrində Rəbbimiz belə buyurur:
"(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allah'ın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nan¬¬kordur." (İbrahim surəsi, 32-34)