Gözdəki Qüsursuz Dizayn

Bu cümləni oxuyub bitirənə qədər gözünüzdə təxminən yüz milyard (100. 000. 000.000) əməliyyat icra edildi. Dünyanın bu ən maraqlı, ən sürətli və ən qüsursuz məlumat transferi, hər an fasiləsiz olaraq davam edir.

Gözləriniz olmasaydı, bir rəngin, bir şəklin, bir mənzərənin, bir insan üzünün, gözəllik deyilən anlayışın necə bir şey olduğunu heç bir zaman xəyalınızda canlandıra bilməzdiniz. Lakin gözləriniz var və bu sayədə ətrafınızı görür, hal-hazırda bu yazını oxuyursunuz. Bunun nə qədər böyük bir möcüzə olduğu bir çox insan kimi, bəlkə bu günə qədər sizin də ağlınıza gəlməmişdi.

Xarici dünyadakı işıq zərrəcikləri gözünüzün önündəki şəffaf buynuzlu qişadan, sonra quzehli qişa adlı çevrə şəklindəki toxumadan, daha sonra da fokuslayan lupadan keçir və gözün arxa tərəfindəki retinaya düşür. Retina adi hüceyrələrdən meydana gəlməsinə baxmayaraq, üzərinə düşən bu görüntünü dünyanın ən sürətli kompüter prosessorundan daha sürətli bir şəkildə şərh edərək "məlumat"a, yəni elektrik siqnallarına çevirir. Elektrik siqnallarına çevrilən görüntü sinirlər vasitəsi ilə beyindəki görmə mərkəzinə çatdırılır. Bu mərkəzdəki hüceyrələr isə bu məlumatı yenidən şərh edərək təkrar görüntüyə çevirir.

Allah varGözün mükəmməl quruluşu, əlbəttə ki, burada yekunlaşdırdığımızdan daha çox təfsilata malikdir. Məsələn, lupa şüaları retina üzərinə fokuslayarkən, davamlı olaraq qalınlığını nizamlayır. Bu "avtomatik fokuslaşdırma" sistemi sayəsində, 20 sm uzaqdakı əlinizə baxdıqdan dərhal sonra, 100 m uzaqlıqdakı bir ağaca baxa bilir və dərhal dəqiq bir görüntü əldə edirsiniz. Əgər büllurun belə bir xüsusiyyəti (və bu iş üçün ətrafına yerləşdirilmiş onlarla kiçik əzələ) olmasaydı, yalnız müəyyən bir məsafədəki cisimləri dəqiq görə biləcəkdiniz. Daha uzaq və daha yaxındakı maddələr isə həmişə çox bulanıq görünəcəkdi. Qısası, göz "avtomatik fokuslaşdırma" xüsusiyyətinə malik olan -və son 10 il içində inkişaf etdirilən- müasir kameraların etdiyi işi milyonlarla ildir edir. Üstəlik, heç bir kamera göz qədər qüsursuz fokuslaşdırma edə bilmir.

Gözün hissəciklərindən biri olan quzehli qişa toxuması isə daha fərqli bir nizamlamanı öhdəsinə götürmüşdür.

Göz qapaqları

Göz qapaqları gözün qorunması üçün yaradılmış ən mühüm hissəciklərdən biridir. Göz qapaqlarının vəzifəsi göz bəbəyini qorumaqla birlikdə "buynuzlu" qişanı hər an müəyyən bir rütubətdə saxlamaqdır. Göz qapaqlarının daxili hissəsindəki damarlar yuxuda oksigen ala bilməyən gözün xarici təbəqəsini qidalandırırlar.

Hər kəs gün içində heç hiss etmədən minlərlə dəfə gözlərini qırpır. Bu hərəkət qeyri-iradi olaraq edilir və bu sayədə gözlər sıx işıq təmasından və xarici maddələrdən qorunur. Bu əməliyyatın heç bir səy göstərilmədən edilməsi də bir çox insanın fərqində olmadığı bir nemətdir.

Göz bəbəyi

Gözə girən işıq miqdarı göz bəbəyini açıqlığının dərəcəsinə görə təxminən 30 qat dəyişə bilir. Məsələn, bir flaş partlaması ilə 0.1 saniyədə ediləcək dəyişmə nəticəsində göz bəbəyi dərhal nizamlanıb işığı qırır.

Əlbəttə ki, bütün bu saydıqlarımız gözdə çox üstün bir "dizayn" olduğunu sübut edir. Bu elə bir sistemdir ki, tək bir parçası, məsələn, yalnız gözyaşı vəzləri və ya buynuzlu qişanın şəffaflığı olmasa, göz heç bir işə yaramaz. Yəni gözün öz funksiyasını yerinə yetirməsi üçün bütün təməl hissələrinin (təxminən 40 ayrı toxumanın) eyni anda, lazım olan yerdə, lazım olan funksiya və quruluşda olması lazımdır. Bu cür kompleks bir dizaynın "təkamül"lə, yəni bir təsadüflər zənciri ilə meydana gəlməsi isə, əlbəttə ki, qeyri-mümkündür. Açıq-aşkar olan həqiqət isə gözün üstün bir ağılın əsəri olduğudur. Bu Rəbbimizin bənzəri olmayan ağlıdır. Allah insanlara yol göstərici olaraq endirdiyi kitabında belə bildirir:

"Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz." (Nəhl surəsi, 78)