Yer kürəsindəki qüsursuz tarazlıqlar

Allah varDÜNYANIN QURULUŞUNDAKI BƏNZƏRSİZ NİZAM

Yerin öz oxu ətrafında hərəkəti canlılar aləminin yaşaması üçün ən müvafiq sürətə malikdir. Günəş sisteminə nəzər yetirdiyimiz zaman digər planetlərdə də gecə və gündüzün bir-birini əvəz etdiklərini görürük. Lakin bu əvəzetmədə yaranan zaman dilimi Yerdəkindən daha uzun olduğu üçün gecə və gündüz arasındakı temperatur fərqləri böyük olur. Yerin öz oxu ətrafında müvazinətli hərəkəti sayəsində digər planetlərin atmosferində müşahidə olunan şiddətli küləklərə Yerin atmosferində rast gəlmirik. Atmosferin tərkib hissəsini təşkil edən qazların növü və miqdarı da təkcə insanlar üçün deyil, yer üzündəki bütün canlılar üçün böyük əhəmiyyət daşıyır.

Atmosferdəki qazların canlı aləmin ehtiyac duyduğu miqdarda formalaşması və sabitliyini qoruyub saxlaması bir çox həssas tarazlıqların müştərək fəaliyyəti nəticəsində mümkün olur.

Sadaladıqlarımızdan başqa yüzlərlə maddə nümunə göstərə bilərik ki, hər biri ən uyğun miqdara və sabitliyə malikdir. Ancaq təkcə atmosfer qazlarındakı mükəmməl tarazlıq bizə mütləq həqiqəti bir daha göstərir:

Üzərində yaşadığımız Yer kürəsi canlı həyat üçün xüsusi şəkildə yaradılmışdır. Dünyamız təsadüflərin deyil, tamamilə üstün bir ağılın təzahürüdür.

Bütün kainata hakim olan bu qüsursuz nizam bizi bir nəticəyə gətirib çıxarır: Kainatı sonsuz güc və ağıl sahibi aləmlərin Rəbbi olan Allah yaratmışdır.

DÜNYANIN QORUNAN TAVANI: ATMOSFER

Allah varBiz fərqinə varmasaq da, Yer planeti də digər planetlər kimi, hər an meteorit hücumuna məruz qalır. Digər planetlərdə nəhəng kraterlər yaradan bu meteoritlərin Yerə zərər verməməsinin səbəbi planetimizi əhatə edən atmosfer təbəqəsinin mükəmməl qalxan vəzifəsini yerinə yetirməsidir. Meteorit atmosferdə qarşılaşdığı müqavimətə davam gətirə bilmir və sürtünmə nəticəsində meteoritin böyük bir hissəsi əriyir. Beləcə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer qatı sayəsində məhv edilir.

Quranda atmosferin bu xüsusiyyəti barədə belə bildirilir: "Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər" (Ənbiya surəsi, 32).

Göyün "mühafizə olunan bir tavan" olmasının dəlillərdən biri də Yer kürəsini əhatə edən maqnit sahəsidir. Atmosferin ən üst təbəqəsini "Van Allen" adlandırılan maqnit qurşaqları təşkil edir. Bu qurşaqlar Yerin nüvəsinin quruluşundan qaynaqlanır.

Nüvə dəmir və nikel kimi maqnit xüsusiyyəti olan ağır elementlərdən təşkil olunmuşdur. Nüvə özü iki hissədən ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye haldadır. Daxili və xarici nüvələr bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində bir növ maqnitləşmə təsiri yaradaraq maqnit sahəsi meydana gətirir. Van Allen qurşaqları bu maqnit sahəsinin atmosferin xaricinə qədər uzanan hissəsidir. Maqnit sahəsi Yeri kosmosdan gələn bir çox təhlükələrdən qoruyur.

Yerdən başqa heç bir planetin "qorunmuş tavan"a sahib olmaması Allah'ın dünyanı xüsusi olaraq yaratdığının bir dəlilidir. Məsələn, Mars planetinin nüvəsi bərkdir, ətrafında da maqnit qoruyucu təbəqə yoxdur. Mars Yer kürəsindən kiçik olduğuna görə, nüvəsində maye təbəqəni meydana gətirən təzyiqi yarada bilmir. Amma planetin lazım olan böyüklükdə olması da, maqnit sahə üçün kifayət deyil. Venera planetinin diametri təxminən Yerin diametri qədərdir. Planetin kütləsi dünyamızın kütləsindən 2% daha azdır, ancaq demək olar ki, eyni ağırlıq ölçüsünə malikdirlər. Nəticə etibarilə, istər təzyiq, istərsə də digər səbəblərdən Venerada da metaldan ibarət maye nüvənin meydana gəlməsi mümkündür. Buna baxmayaraq, Venerada da maqnit sahəsi yoxdur. Bunun səbəbi isə Veneranın Yerə nisbətən olduqca ləng hərəkət etməsidir. Yer öz oxu ətrafındakı hərəkətini 1 günə tamamladığı halda, Venera bu dövrəni 243 gündə tamamlayır (Harun Yəhya, Kainatın Yaradılışı).

DÜNYANIN QURULUŞUNDAKI QÜSURSUZ UYĞUNLUQ

Yerin qorunmuş tavanını meydana gətirən maqnit sahəsinin yaranmasında Ayın və qonşu planetlərin böyüklükləri və Yerdən uzaqlıqları da vacib amillərdən hesab olunur. Qonşu planetlərdən biri hazırkı vəziyyətindən böyük olarsa, o planet böyük cazibə qüvvəsinə də sahib olar. Nəticədə, yaranan bu böyük cazibə qüvvəsi Yerin nüvəsindəki qatı və maye qatların hərəkət sürətini dəyişdirərdi və maqnit sahəsinin yaranmasına mane olardı.

Bir sözlə, dünyamızı əhatə edən təbəqənin qorunmuş tavan funksiyasını yerinə yetirməsi üçün Yerin nüvəsinin quruluşu, Yerin öz oxu və günəş ətrafında fırlanma sürəti, planetlərarası məsafə və planetlərin kütlə və ağırlıqları kimi bir çox amillərin ən müvafiq nöqtədə birləşməsi olduqca mühümdür. Bu sadalananlar danılmaz həqiqətin bir dəlildir: Yer kürəsi canlı aləm üçün xüsusi olaraq dizayn edilmişdir. Təsadüflərin deyil, tamamilə şüurlu bir tənzimləmənin məhsuludur.

Allah varBu məlumatlar ətrafımızda son dərəcə həssas və həyat üçün vacib tarazlıqlardan ibarət mükəmməl sistemlərin mövcud olduğunu göstərir. Bu həssas sistemləri yaradaraq insanların xidmətinə verən isə aləmlərin Rəbbi olan Allah`dır. Allah`ın qüsursuz yaratma sənəti Quranda belə bildirilmişdir:

"Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir". (Mülk surəsi, 3-4)

Yer kürəsinin xəyali oxu orbitinə 23 dərəcəlik bucaq altında meyil edir. Məhz bu meyillilik sayəsində mövsümlər meydana gəlir. Ancaq Yerin oxu orbitinə 23 dərəcə deyil, daha az və ya çox bucaq altında meyil etsəydi, mövsümlər arasındakı temperatur fərqi həddən artıq yüksələcək, Yer kürəsində yay və qış ayları normadan çox yüksək isti və ya soyuq keçərdi.