Atomdakı elektron möcüzəsi
Nüvənin ətrafında saniyədə 1000 km. kimi ağlasığmaz sürətlə heç dayanmadan fırlanan elektronlar bir-birlərilə bircə dəfə də toqquşmurlar. Bir-birlərindən heç fərqlənməyən bu elektronların fərqli orbitlərdə olmaları çox təəccüblüdür və bu vəziyyətin şüurlu dizaynın məhsulu olduğu açıq-aşkardır.
Hava, su, dağlar, heyvanlar, bitkilər, bədəniniz, oturduğunuz kreslo, qısası, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan meydana gəlmişdir. Əlinizdə tutduğunuz kitabın hər bir səhifəsi milyardlarla atomdan təşkil olunmuşdur. Atomlar elə kiçik hissələrdir ki, ən güclü mikroskoplarla belə birini görmək mümkün deyil. Bir atomun diametri ancaq millimetrin milyonda biri qədərdir.
Bu qədər kiçik olmasına baxmayaraq, atomun içində kainatda gördüyümüz sistemlə müqayisə ediləcək qədər qüsursuz, bənzərsiz və kompleks sistem var.
Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Elektronlar eynilə Yerin Günəş ətrafında fırlanarkən eyni zamanda öz ətrafında fırlanması kimi, atom nüvəsinin ətrafında fırlanan zərrəciklərdir. Eynilə planetlərdə olduğu kimi, bu fırlanma bizim orbit adlandırdığımız yollarda çox böyük nizam içində və fasiləsiz baş verir. Lakin Yerlə Günəşin ölçüsü arasındakı nisbət ilə atomun içindəki nisbət çox fərqlidir. Əgər elektronların ölçüsü ilə Yerin ölçüsünü müqayisə etmək üçün bir atomu Yer qədər böyütsək, elektron yalnız bir alma böyüklüyündə olacaq.
Ən güclü mikroskopların belə görə bilməyəcəyi qədər kiçik bir sahədə hərəkət edən onlarla elektron atomun içində çox qarışıq bir mənzərə yaradır. Burada diqqət çəkilən əhəmiyyətli cəhət ondan ibarətdir ki, nüvəni elektrik yükündən ibarət olan bir zireh kimi əhatə edən elektronlar atomun içində ən kiçik qəzaya belə səbəb olmurlar. Üstəlik, atomun içində baş verəcək ən kiçik bir qəza fəlakətə səbəb ola bilər. Amma belə bir qəza əsla reallaşmır, bütün proseslər mükəmməl nizam və qüsursuz bir sistem içində davam edir.
Elektronların kütlələri və sürətləri bir-birlərindən fərqli olsaydı, nüvənin ətrafında fərqli orbitlərə düzülmələri təbii qarşılana bilərdi. Belə ki, Günəş Sistemimizdəki planetlərin düzülüşü bu məntiqdədir. Yəni bir-birindən kütlə və sürət cəhətdən fərqlənən planetlər Günəşin ətrafında fərqli orbitlərdə yerləşmişlər.
Amma atomdakı elektronların vəziyyəti bu planetlərdən tamamilə fərqlidir. Eynilə bir-birlərinin bənzəri olan elektronların nə üçün nüvə ətrafında fərqli orbitlərə malik olduqları, bu orbitləri necə çaşmadan izlədikləri, ağlasığmaz kiçiklikdəki ölçülərdə ağlasığmaz böyüklükdəki sürətləri ilə necə toqquşmadıqları sualları bizi bir nöqtəyə aparır. Bu bənzərsiz nizam və həssas tarazlıqda qarşımıza çıxan tək həqiqət Allah’ın qüsursuz yaratmasıdır.
Elektronlar neytron və protonların təxminən iki mində biri qədər kiçik zərrəciklərdir. Bir atomda protonlarla bərabər sayda elektron var və hər elektron hər bir protonun daşıdığı müsbət (+) yükə bərabər dəyərdə mənfi (-) yük daşıyır. Nüvədəki cəmi müsbət (+) yük ilə elektronların cəmi mənfi (-) yükü bir-birini tarazlayır və atom neytral olur.
Elektronlar daşıdıqları elektrik yükü ilə fizika qanunlarına uyğun hərəkət edirlər. Bu fizika qanunları "eyni elektrik yüklərinin bir-birini itələməsi və zidd yüklərin bir-birlərini cəzb etməsi"dir.
Normal şərtlərdə hamısı mənfi yüklü olan elektronlar bu qanuna tabe olub bir-birlərini itələməli və nüvənin ətrafından dağılıb getməlidir. Ancaq vəziyyət belə olmur. Əgər elektronlar nüvənin ətrafından dağılsaydı, bütün kainat boşluqda gəzən proton, neytron və elektronlardan ibarət olardı. Nüvə müsbət yükə sahib olduğu üçün mənfi yüklü elektronları özünə cəzb etməli və elektronlar da nüvəyə yapışmalı idilər. Belə bir vəziyyətdə də nüvə bütün elektronları cəzb edər və atom öz içinə çökərdi.
Ancaq bu mənfi halların heç biri olmur. Elektronların saniyədə min kilometrlik fövqəladə qaçış sürətləri, bu zərrəciklərin bir-birlərinə tətbiq etdikləri itələmə qüvvəsi və nüvənin elektronlara tətbiq etdiyi cazibə qüvvəsi çox həssas dəyərlər üzərində qurulmuşdur. Bu üç zidd faktor bir-birini mükəmməl şəkildə tarazlayır. Nəticədə, atomdakı böyük sistem dağılıb parçalanmadan fəaliyyət göstərir. Atoma təsir edən bu qüvvələrdən sadəcə birinin olması, lazım olandan bir az daha çox və ya bir az daha az olması atomun heç bir zaman mövcud olmamasına səbəb olardı. Atomun olmadığı mühitdə isə kainat mövcud olmazdı.
Bu faktorlarla yanaşı, nüvədəki protonları və neytronları bir-birinə bağlayan nüvə qüvvələri olmasaydı, bərabər yükə malik olan protonlar nəinki birləşə, hətta bir-birlərinə yaxınlaşa bilməyəcəkdilər. Eyni şəkildə neytronlar da nüvəyə heç bir şəkildə bağlana bilməyəcəkdilər. Bunun nəticəsində nüvə, başqa sözlə, atom deyə bir şey olmayacaqdı.
Bu incə hesablar bir atomun belə özbaşına olmayıb Allah’ın qüsursuz nəzarəti ilə hərəkət etdiyinin bir göstəricisidir. Əks halda, içində yaşadığımız kainatın hələ başlamadan sonunun gəlməsi labüd olardı. Hələ başlanğıc anında bu proses tərsinə çevrilər, kainat meydana gəlməzdi. Ancaq hər şeyin Yaradıcısı, sonsuz güc və elm sahibi olan Allah kainatdakı bütün tarazlıqlar kimi atomun içində də çox həssas tarazlıqlar qurmuşdur və bu sayədə atom mükəmməl bir nizam ilə varlığını davam etdirir.