Mikrodünyadakı dəlillər

Allah varMikrodünyanın işçiləri bir çox insan üçün tanışdır, ancaq bir çox adam bu canlılar ilə nə qədər yaxın olduğunu ətraflı bilmir. Məsələn dünya üzərində həyatın meydana gəlməsini təmin edən təməl elementlərdən biri olan azot dövriyyəsi mikrodünyanın işçilərindən olan bakteriyalar tərəfindən təmin edilir. Bitkilərin torpaqdakı mineralları ala bilmələrini təmin edən ən əhəmiyyətli ünsür isə kök göbələkləridir. Salat və ya ət kimi nitrat tərkibli qidalardan zəhərlənmənin qarşısını dilinizdəki bakteriyalar alır. Eyni zamanda bakteriyalar və dəniz yosunları dünyadakı canlı aləmin mövcudluğunun təməl ünsürü olan fotosintez etmə qabiliyyətinə sahibdirlər və bu vəzifəni bitkilərlə paylaşırlar.

Bəzi çürüdücü növləri üzvi maddələri parçalayaraq qidaları bitkilərin istifadə edə biləcəyi hala çevirə bilirlər. Qısası, bu mikrocanlılar yer üzündəki həyat tarazlığının əhəmiyyətli ünsürüdür. Bu canlıların bir qismi eyni zamanda xəstəliklərin də ortaya çıxış səbəbidir. Bədənimizdəki immunitet və müdafiəetmə sistemi bu canlılarla mübarizə aparmaq üçün mövcuddur. Bəziləri tibbin hələ kəşf edə bilmədiyi üsullar inkişaf etdirib böyük sürətlə bədənimizdə yayılarkən, bəziləri də insanın həyatına bir anda, ya da yavaş-yavaş son verə bilər. Bəziləri başqa bir canlıdan faydalandığı üçün qarşılığında ona fayda verə bilir, yəni simbiotik həyat (ortaq-həyat) yaşayır. Bəziləri isə bir yerə gəlir, qərar verir, plan qurur və son dərəcə həssas əməliyyatlar reallaşdıra bilir. Bütün bunları reallaşdıranlar gözlə görünən bir varlıq əlaməti göstərməyən, ümumiyyətlə sadəcə bir hüceyrədən ibarət olan mikrocanlılardır.

Burada əhəmiyyətli bir nüans var: Ehtiyac duyduğumuz hər şey olduqca sadə səbəblərə bağlı ola bilər, hətta hiss etmədiyimiz qaynaqlardan bizlərə gələ bilərdi. Bir bitki havadakı azotu birbaşa qəbul edən sistemə sahib ola bilər, ya da biz portağaldan C vitamini aldığımız kimi K vitaminini də yediyimiz hər hansı bir qidadan ala bilərdik. Oksigen dünyaya sabit bir qaynaqdan, ya da kosmosun dərinliklərindən gələ bilərdi və bunun üçün bir neçə hüceyrədən ibarət olan kiçik orqanizmlərə ehtiyac duymazdıq. Bütün yer üzünün nizamı bu şəkildə ola bilərdi. Amma yer üzündəki nizam çox incə və həssas tarazlıqlarla qurulmuş, kiçik mikroorqanizmlər böyük həyatın səbəbi olmuşdur. Bu üstün güc sahibi Allah'ın təqdiridir. Allah sərhədsiz gücünü, bənzərsiz yaratmasını mikrodünyalarda yaratdığı dəlillər ilə bizə göstərir.

İnsanın da qarşısında açıq-aşkar dayanan bu yaradılış möcüzəsini görməsi, ətrafında ona təqdim edilmiş olanlar və güc çatdıra bilmədiklərinin qarşısında acizliyini və Allah'a möhtac olduğunu fərq edə bilməsi və Allah'ı təqdir etməsi lazımdır. Allah Quranda belə buyurmuşdur:

Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısıdır, elə isə Ona qulluq edin. O, hər şeyin üstündə bir vəkildir. (Ənam surəsi, 102)