İmmun Sistemi Möcüzəsi

VİRUS

Bir genetik məlumat paketi olan virus hərəkətə keçməsi mühitdən asılıdır. Çoxala bilmək üçün bir ev sahibi hüceyrəsindəki mexanizmləri istifadə etmək məcburiyyətindədir.

MAKROFAJ

Bir müşahidəçi və ön cərgələrdəki müdafiə hüceyrəsidir. Qandakı hər cür yad maddəni udur və həzm edir. Yad bir orqanizmlə qarşılaşarkən köməkçi T hüceyrələrini hadisə yerinə çağırır.

KÖMƏKÇİ T HÜCEYRƏSİ

İmmunitet sisteminin idarəçisi vəzifəsini yerinə yetirir. Düşməni müəyyən etdikdən sonra dalaq və linfa vəzilərinə gedir və digər hüceyrələri xəstəliklə döyüşmək üçün xəbərdar edir.

ÖLDÜRÜCÜ T HÜCEYRƏSİ

Köməkçi T hüceyrəsi tərəfindən xəbərdar edilən bu hüceyrə, yad orqanizmlərin işğal etdiyi hüceyrələri və xərçəng hüceyrələrini yox edir.

B HÜCEYRƏSİ

Bioloji silah fabrikləri olan bu hüceyrələr dalaq və linfa vəzilərində yerləşirlər. Köməkçi T hüceyrələri tərəfindən xəbərdar edildikdən sonra antitel adlı güclü kimyəvi silahlar istehsal edirlər.

ANTİTEL

Y şəklindəki bu zülal molekulu, xəstəliktörədici faktora yapışaraq onu təsirsiz hala gətirir və yoxedici hüceyrələr üçün hədəf halına gətirir.

TƏZYİQEDİCİ T HÜCEYRƏSİ

T hüceyrələrinin bu üçüncü tipi digər T və B hüceyrələrinin fəaliyyətlərini yavaşladır və ya dayandırır. Xəstəlik məğlub olduqdan sonra hücumun dayanmasını təmin edir.

YADDAŞ HÜCEYRƏSİ

İlk dəfə xəstəlik keçirildikdə meydana gətirilən müdafiə hüceyrəsidir. İllərlə bədəndə qalaraq eyni xəstəlik faktoru ilə təkrar qarşılaşdıqda müdafiənin çox sürətli və təsirli olmasını təmin edir.

Allah var
"Faqositoz" olaraq adlandırılan bu hadisədə makrofaq çox saydakı bakteriyanı udmaq üçün uzanır (üstdə). Bakteriyalar makrofaqın bir davamı tərəfindən sarılmış vəziyyətdə (sağ üstdə). Və bir hüceyrə tərəfindən udulurlar (sağda). Daha sonra makrofaqın içindəki güclü kimyəvi maddələr, təcavüzkarı parçalara ayırıb yox edir. Bir başqa ifadə ilə desək, makrofaq düşməni udur, həzm edir və ortaya çıxan maddələrdən istifadə edir.

1 DÖYÜŞ BAŞLAYIR Viruslar bədəndə yayılarkən bir neçəsi makrofaqlar tərəfindən udulur. Makrofaqlar virusun antigenlərini ayıraraq öz səthlərinə yerləşdirirlər. Qan dövranındakı milyonlarla köməkçi T hüceyrəsindən çox azı bu xüsusi antigeni 'oxuma' qabiliyyətinə malikdir. Makrofaqa bağlanan bu T hüceyrələri təsirli hala keçirlər.

2 MÜDAFİƏ HÜCEYRƏLƏRİ ÇOXALIR Köməkçi T hüceyrələri təsirli hala keçdikdə çoxalmağa başlayırlar. Daha sonra az saydakı düşmən virusa həssas olan öldürücü T hüceyrələrini və B hüceyrələrini xəbərdar edirlər. B hüceyrələrinin sayı artarkən köməkçi T hüceyrələri onlara antitel yaratmaları üçün işarə verir.

3 XƏSTƏLİYİN MƏĞLUB OLMASI Bu əsnada virusların bir qismi hüceyrələrin içinə girmişlər. Viruslar yalnız hüceyrə içində çoxala bilir. Öldürücü T hüceyrələri ifraz etdikləri kimyəvi maddələrlə bu hüceyrələrin pərdələrini deşərək ölümlərinə səbəb olur, beləcə hüceyrə içindəki virusun çoxalmasına mane olurlar. Antitellər də birbaşa virusun səthinə bağlanaraq onu zərərsizləşdirir, hüceyrələrə girişini əngəlləyir və içinə sızılan hüceyrələri yox edəcək kimyəvi reaksiyalar başladırlar.

4 DÖYÜŞDƏN SONRA Xəstəlik məğlub edildikdən sonra təzyiqləyici T hüceyrələri bütün hücum sistemini dayandırırlar. Yaddaş T və B hüceyrələri, əgər təkrar eyni virusla qarşılaşılsa dərhal hərəkətə keçməklə, qan və linfa sistemində qalırlar.