Canlı həyatın quruluş vahidi: KARBON atomu

6 proton, 6 neytron və 6 elektrondan ibarət karbon atomu insan ağlının qavrama hüdudlarına sığmayacaq qədər mürəkkəbdir. Başqa sözlə, bu atomun canlı aləm üçün vacib olan xüsusiyyətlərindən birinin belə təsadüfən meydana gəlməsi qeyri-mümkündür.

Allah varKarbon canlılar üçün ən həyati elementdir. Çünki bütün canlı maddələr karbon birləşmələrindən əmələ gəlib. Bizim mövcud olmağımız üçün bu qədər vacib olan karbon atomunun xüsusiyyətlərini səhifələrlə yazsaq da, bitirə bilmərik. Kimya elmi də hələ bu xüsusiyyətlərin hamısını kəşf edə bilməmişdir. Biz burada karbonun yalnız bir neçə əhəmiyyətli xüsusiyyətindən bəhs edəcəyik.

Hüceyrə qılafından ağac qabığına, göz büllurundan maralın buynuzuna, yumurta ağından ilan zəhərinə qədər çox fərqli üzvi maddələrin hamısı karbon əsaslı birləşmələrdən təşkil olunub. Karbon hidrogen, oksigen və azot atomları ilə müxtəlif geometrik forma və ardıcıllıqda birləşərək, fərqli maddələr əmələ gətirir. Bəs karbon atomunun təxminən 1.7 milyon kimyəvi birləşmə əmələ gətirməsinin səbəbi nədir?

Karbon zəncirləri

Karbonun vacib xüsusiyyətlərindən biri bir-birinin ardınca düzülərək asanlıqla zəncir meydana gətirməsidir. Ən qısa karbon zənciri 2 karbon atomundan ibarət olur. Ən uzun zəncirin neçə karbon atomundan meydana gəldiyi isə tam məlum olmasa da, təxminən 70 halqalı olduğunu demək olar. Karbon atomundan sonra ən uzun zəncir meydana gətirən atomun 6 halqa ilə silisium atomu olduğunu düşünsək, karbon atomunun qeyri-adiliyini daha yaxşı anlayarıq.

Karbonun bu qədər uzun zəncir əmələ gətirməsinin səbəbi zəncirlərinin yalnız düz xətt üzrə olmamasıdır. Zəncirlər şaxəli və çoxbucaqlı şəkildə ola bilər.

Burada zəncirin forması əhəmiyyətlidir. İki karbon birləşməsində karbon atomunun sayı eyni, lakin birləşmələrinin zəncir formaları fərqlidirsə, 2 ayrı maddə ortaya çıxır. Karbon atomunun bu xüsusiyyətlərinə görə canlı həyatı üçün çox əhəmiyyəti olan molekullar yaradılır (Harun Yəhya, Atom möcüzəsi).

Karbon birləşmələrinin bəziləri yalnız bir neçə atomdan ibarət olur. Bəziləri isə minlərlə, hətta milyonlarla atomdan meydana gəlir. Bütün elementlər içində yalnız karbon elementinin atomları bu cür uzun və davamlı birləşmələr meydana gətirə bilir. Məşhur kimyaçı Devid Börni “Həyat” (Life) kitabında bu elementin xüsusiyyətini belə ifadə edir:

"Karbon çox qeyri-adi elementdir... Karbon və onun qeyri-adi xüsusiyyətləri olmasa, dünyada həyatın mövcud olması qeyri-mümkün olar".

İngilis kimyaçı Nevil Sicvik də “Kimyəvi elementlər və onların birləşmələri” (Chemical Elements and Their Compounds) adlı əsərində karbonun canlılar üçün nə qədər əhəmiyyətli olduğunu belə vurğulayır:

"Karbon, əmələ gətirdiyi birləşmələrin sayı və müxtəlifliyi baxımından digər elementlərdən tamamilə fərqli, xüsusi quruluşdadır. İndiyə qədər karbonun yarım milyondan çox fərqli birləşməsi müəyyən olunmuşdur. Ancaq bu da karbonun gücü haqqında çox az məlumat verir, çünki karbon bütün canlı maddələrin əsasını təşkil edir".

Allah varKarbonun təkcə hidrogenlə qurduğu fərqli rabitələr hidrokarbonatlar qrupu adlanan böyük ailədir. Bu ailənin üzvləri təbii qaz, neft, kerosin, müxtəlif maşın yağları və s.-dir. Etilen və propilen kimi hidrokarbonatlar isə neft-kimya sənayesinin əsasını təşkil edir. Başqa hidrokarbonatlar da benzin, taluen və turpentin kimi birləşmələr meydana gətirir. Geyimlərimizi güvələrdən qorumaq üçün şkaflara qoyulan naftalin də başqa növ hidrokarbonatdır. Xlor və ya ftorla birləşən hidrokarbonatlar isə anesteziya maddələri, yanğınsöndürücülər və soyuducularda istifadə edilən freon kimi fərqli maddələri əmələ gətirir.

Məşhur kimyaçı Sicvikin də ifadə etdiyi kimi, yalnız 6 proton, 6 neytron və 6 elektrondan ibarət bu atomun gücü insan ağlının qavrama hüdudları xaricindədir. Başqa sözlə, bu atomun canlı aləm üçün vacib olan xüsusiyyətlərindən birinin belə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Qısası, hər şey kimi karbon atomunu da Allah canlıların həyatına və istifadəsinə ən uyğun şəkildə yaratmışdır. Bir ayədə belə buyurulur:

"Göylərdə və yerdə nə varsa hamısı Allah’ındır. Allah hər şeyi əhatə edəndir" (Nisa surəsi, 126)