Kainatdakı dəlillər
Möhtəşəm dizayna malik kainatın hər detalında İlahi plan və nizam var. Allah bizim üçün ən ideal müvazinətləri qurmuşdur.
Kainatın genişlənmə sürəti,
Yer kürəsinin Südyolu qalaktikasındakı mövqeyi,
Günəşin yaydığı işığın tezliyi,
Suyun axıcılıq dəyəri,
Ayla Yer arasındakı məsafə və ya atmosferdəki qazların nisbəti kimi saysız-hesabsız faktor insan həyatı üçün ən ideal ölçülərdə nizamlanmışdır. Bu tarazlığı bir sualla birlikdə araşdıraq.
Kainat niyə bu qədər genişdir?
Bu sualın cavabını araşdıran elm adamları kainatın genişliyinin xüsusi müvazinətə əsaslandığını aşkar ediblər.
Göy cisimləri arasında nəhəng məsafələr var və bu, planetlərin orbitlərinin sabit olmasını təmin edir.
Hesablamalar göstərir ki, əgər bu məsafələr daha az olsaydı, ulduzlar arasındakı cazibə qüvvəsi planetlərin orbitlərini qeyri-sabit edəcək və orbitlərin pozulmasına səbəb olacaqdı.
Əgər kosmosdakı məsafələr daha çox olsaydı, bu dəfə də süper nova partlayışları ilə kosmosa atılan ağır elementlər nadir hallarda digər ulduzlara və planetlərə düşəcəkdi. Ona görə də Yer kürəsi həyat üçün vacib olan həyati əhəmiyyət daşıyan elementlərdən məhrum olacaqdı.
Təkcə bu dəlildən göründüyü kimi, bütün kainatı sonsuz bilik, güc və ağıl sahibi olan uca Allah yaratmışdır və bizim öhdəmizə düşən vəzifə Allah’ın bu ehtişamlı yaratmasını təqdir etməkdir. Allah Quranda bizə belə bildirir:
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allah’dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)