Zəka nədir?
Zəka ən geniş yayılan mənası ilə insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin cəmidir. İlk dəfə qarşılaşılan, ya da ani olaraq inkişaf edən hadisələrə uyğunlaşma təmin edə bilmə, anlama, öyrənmə, analiz qabiliyyəti, beş duyğunun, diqqətin və düşüncənin sıxlaşdırılması, detallara diqqət yetirilməsi zəka sayəsində reallaşdırılır. Zəkanın fərqli təsvirlərinin olmasına baxmayaraq, zəka ilə bağlı nəzəriyyələrin hamısında zəkanın insanın doğuşdan sahib olduğu, adətən nəsildən-nəsilə keçən və mərkəzi sinir sisteminin funksiyalarını əhatə edən; təcrübə, öyrənmə və mühitdən qaynaqlanan faktorlarla formalaşan bir məfhum olduğu ifadə olunur.
Zəkanın yeri: beyin
Zəkanın beyində yerləşdiyi qəbul edilir. Bir insan beynində 10 milyarddan çox sinir hüceyrəsi var, hər bir hüceyrə təxminən 10.000 hüceyrə ilə əlaqə qurur. Neyron adlanan bu sinir hüceyrələrində siqnallar çox kompleks elektro-kimyəvi hadisələr zənciri ilə meydana gələn və sayı saniyədə 1000-ə qədər çıxa bilən titrəşmələr halında çatdırılır.
Bir insan yeni bir mühitdə mürəkkəb problemlər həll edərkən beyninin hansı sahələrini istifadə edir sualı zəkanın iki təməl ünsürü olduğunu ortaya çıxarmışdır. Bunlar yeni bir məlumatı işləmə sürəti və yaddaşın sürətidir. Ağıllı adamlar qısa davamlı yaddaşlarında daha çox sayda məlumat saxlaya və bu məlumatlar üzərində müxtəlif əməliyyatlar reallaşdıra bilirlər.
Araşdırmalar daha ağıllı insanların beyin fəaliyyətlərini daha kiçik sahələrə sığdıraraq, mürəkkəb əməliyyatları təhlil edə bildiklərini göstərir. Bu şəxslərin beyinlərindəki aktiv olan sahələr o iş üçün özlərinə lazım olan sahələrdir. Daha az qabiliyyətli şəxslərin isə eyni əməliyyat üçün beyinlərindədaha geniş bir sahəni aktiv etmələri və bunun üçün də daha çox enerji xərcləmələri lazımdır. Qısası, elmi tapıntılar daha ağıllı beyinlərin daha məhsuldar işlədiklərini ortaya qoyur.
Zəka həyatın ilk on ilində böyük bir inkişaf qazanıb. Bu müddət içində ən sürətli inkişaf ilk iki ildə reallaşır. Başlanğıcda davranışları yalnız bir neçə refleksdən ibarət olan körpə iki ilin sonunda Allah’ın bir yaratma möcüzəsi olaraq öz başına yeriyə bilən, danışa bilən, bəzi problemləri həll edə bilən, səbəb-nəticə əlaqəsi qura bilən, sadə planlamalar edə bilən, xatırlaya bilən bir insana çevrilir.
Bəs bunun səbəbi nədir?
Beynin tikinti materialı sinir hüceyrələri, yəni neyronlardır. Neyron adlanan sinir hüceyrələri digər hüceyrələrdən fərqli olaraq dendrit və akson deyilən hissələrə malikdir. Dendrit çox sayda qısa çıxıntıdan meydana gəlir və hüceyrənin kökləri kimidir. Aksonlar isə hüceyrənin gövdəsindən çıxan uzun, tək bir parçadan ibarət olan, xəbərdarlıqların göndərildiyi incə liflərdir və beynə mesajların daşınması funksiyasını yerinə yetirirlər. Beynimizdəki sinir hüceyrələrinin yüz trilyon əlaqə nöqtəsi var. Bu əlaqə nöqtələrində böyük bir molekulyar tıxac fasiləsiz davam edir. Hər sinir hüceyrəsində məlumatı alan dendrit və hüceyrənin uzun hissəsini meydana gətirən və məlumat çıxışını təmin edən aksonların ətrafı onları qorumaq vəzifəsini daşıyan mielin adlı bir maddə ilə örtülüdür. Hüceyrələr arası məlumat paylanması dasinapslar sayəsində baş verir. Sinapslar qonşu sinir hüceyrələrinin bir-birlərinə çox yaxınlaşdıqları, lakin tam olaraq toxunmadıqları kiçik hissələrdir.
İnsanlar arasındakı zəka fərqləri sinir hüceyrəsi təməl alındıqda, dendrit sayı, neyron sayı, sinaps sayı, sinapslardakı məlumat köçürülməsinin keyfiyyəti, ya da mielin keyfiyyəti kimi bir çox sahədən qaynaqlana bilər. Ancaq sözü keçən sahələrin heç birini ölçmək və qiymətləndirmək mümkün deyil.
Bu səbəbdən, zəkanın bioloji təməllərini anlamağımıza kömək edə biləcək iki fərqli model var.
BEYİNDƏ NƏ HARADADIR?
* Sağ beyin (beynin sağ lobu) yeni fikir yarada bilməyə, duyğulara, səslərə və rənglərə, təxəyyülə, hisslərə və mücərrəd qavrayışlara daha uyğun işləyir.
* Sol beyin (beynin sol lobu) məntiqli, sistematik və analitik düşünməyə, yazı və saylara, ölçmə qiymətləndirmə və tənqid etməyə daha uyğun olaraq işləyir.
İnsan beyninin bu xüsusiyyətləri fərqli zəka sahələrinin təyin olunmasına, zəka testlərinin çox müxtəlif kateqoriyalarda hesablamalar aparmalarına səbəb olmuşdur.
1. Mielin fərziyyəsi
Bir elektrik kabeli daha yaxşı izolyasiya edildikdə, necə elektriki daha sürətli çatdırır, daha məhsuldar işləyir və qısa dövr etmə ehtimalı azalırsa, daha möhkəm şəkildə mielinlə örtülmüş aksonlar da daha tez və daha az itki ilə işləyirlər. Bu görüş insanın inkişafı ilə də dəstəklənilir. İnsanın öyrənmə sürəti həyatının 15 ilinə qədər sürətlidir və 65 ildən sonra da azalmağa başlayır. Bu zamanlama mielinin meydana gəlməsi və yox olması ilə də paraleldir.
2. Nevroloji fərqləndirmə fərziyyəsi
İnsanın beynindəki sinaps sayı həmişə eyni olmur. İnsan böyüdükcə, beyində yeni əlaqələr meydana gəlir. Ancaq bu əlaqələr zaman içində geriləməyə başlayır. Bu müddət nevroloji fərqləndirmə adlanır. Həyatın ilk beş ilində yaranan əlaqələr həyatın 15 ilinə qədər ayırd edilməyə başlayır. Zəka geriliyi olan insanların ölümlərindən sonra beyinlərində edilən araşdırmalar bu insanların beyinlərində vərdiş olunmuşdan fərqli yüksək ədəddə sinaps olduğunu göstərmişdir. Bunun izahı, bu insanların beyinlərində gərəyindən çox əlaqə olduğu, yəni çox şeyin çox şeylə əlaqə qurduğudur. Buna baxmayaraq, zəkalı insanların beyinlərində bəlkə də bu təmizləmə, ya da ayırd etmə əməliyyatı çox məhsuldar bir şəkildə reallaşmış və yalnız lazımlı sinapslar beyində saxlanmış ola bilər. Bu da bu insanların beyinlərinin kiçik bir hissəsini istifadə etmələrini və daha az enerji xərcləmələrini açıqlaya bilər.
Beynin özünün də sinir hüceyrələrindən meydana gəldiyi düşünüldükdə, öz özünü araşdıran, analiz edənin bu hüceyrə əlaqələrindən kənarda bir şüur olduğu açıq-aşkar bir həqiqətdir. Əlbəttə, bu şüur beyni meydana gətirən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Bu səbəbdən, bu suala hər şeyin maddədən ibarət olduğunu iddia edən materialistlər və darvinistlər cavab verə bilmirlər. Çünki bu şüur Allah’ın yaratmış olduğu ruhdur. Allah bütün bu hissləri hər insanın ruhu üçün ayrı-ayrı yaratmaqdadır. Bu hissləri yaradan Allah mütləq tək varlıqdır.
Sinapslar iki neyronun akson terminallarının uclarındakı boşluqlardır. İki neyron arasındakı ünsiyyət 'sinaps' deyilən bu əlaqə nöqtələrində qurulur. Necə bir telefon stansiyası sayəsində eyni anda çox sayda insan bir-birləri ilə danışa bilsə; bənzər şəkildə bir neyron da sinapsları vasitəsi ilə çox sayda neyronla eyni anda xəbərləşə bilir.
ZƏKA VƏ AĞIL FƏRQİ
Zəka və ağıl çox vaxt eyni mənada istifadə edilsə də tamamilə fərqli iki anlayışdır. Zəka, səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamaqdır. Ağıllı bir insan zəkanın təmin etdiyi bütün üstünlükləri istifadə etməsi ilə yanaşı, zəkalı bir insanın sahib olmadığı bir qavrayış və qabiliyyətə də malikdir.
Ağıl insana zəkadan çox üstün bir anlayış qazandıran, dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzuda həll gətirə bilmə qabiliyyətidir. Bundan əlavə, ağıl həyatın hər sahəsinə hakim olan və bir çox mövzuda müvəffəqiyyət təmin edən bir qabiliyyətdir. İnsanın doğrunu yanlışdan ayıra bilməsini və beləcə həyatın hər mərhələsində ən doğru şəkildə düşünə bilməsini, ən sağlam qiymətləndirmələri edə bilməsini və ən məqsədəuyğun qərarları ala bilməsini təmin edir. Ağıl sahibi bir insan qarşılaşdığı hadisələrdə bir çox insanın görə bilmədiyi detalları görə bilir, incə diaqnozlar qoya bilir və hadisələrdən doğru və hikmətli nəticələr çıxara bilir. Gələcəklə bağlı çox mərhələli düşünə bilir, qarşılaşıla biləcək vəziyyətləri əvvəldən müəyyənləşdirir və qüsursuz planlamalar edir. Eyni şəkildə keçmişdəki təcrübələrini də ən yaxşı şəkildə qiymətləndirərək, bunları ən lazımlı yerlərdə ən şüurlu şəkildə istifadə edə bilir.
İnsana bu qabiliyyəti qazandıran yeganə xüsusiyyət isə imandır. Allah, iman edib Özündən qorxub çəkinən insanlara Qatından xüsusi bir qavrama gücü verir. Quranda Allah qorxusunun insana qazandırdığı bu qavrama gücü belə ifadə edilmişdir:
Ey iman edənlər, Allah’dan qorxub-çəkinsəniz, sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük fəzl sahibidir. (Ənfal surəsi, 29)
ZƏKA TESTLƏRİ VƏ IQ
Stanford-Binet Testində zəka yaşı uşağın hansı yaş aralığına girən skoru aldığına görə təyin olunur. Məsələn, 5 yaşındakı bir uşağın zəka testindəki göstəricisi yüksəkdirsə, zəka yaşının daha yüksək olduğu deyilə bilir.
IQ = (Zehni Yaş / Xronoloji Yaş) x 100
Zəka hissələrinin (IQ) qarşılıqları belədir:
IQ 0- 25 arası ağır gerilik
IQ 26-50 arası orta gerilik
IQ 51-75 arası yüngül gerilik
IQ 76-90 arası sərhəd zəkalılar
IQ 91-110 arası normal zəka
IQ 111-125 arası irəli zəka
IQ 126-140 arası üstün zəka
IQ 140-155 arası çox üstün zəka
IQ 156-dan yuxarısı dahilik
Qeydlər
Psychologie Heute Jurnalı, "Beyin və Zəka", İyul 2002
https://dbe.com.tr/psikoloji_dunyasi/default.asp?cntId=03030104
https://bbc.co.uk/science/hottopics/intelligence/
https://mcaturk.com/ntarhan_zekabeyin.htm
https://biltek.tubitak.gov.tr/bilgipaket/psikoloji/zeka.htm
https://genetikbilimi.com/genbilim/gendav2.htm
https://ogrenci.hacettepe.edu.tr/~b0145575/baglantilar/zeka.html
Hüceyrə Pərdəsindəki Möcüzə