Dünyadakı azot miqdarı
Canlılar həyatlarını davam etdirə bilmələri üçün oksigen və karbondioksidə, böyüyə bilmək üçün də azota (N2) ehtiyacları var. Azot canlı orqanizminin xüsusilə də, nuklein turşularının, zülalların və vitaminlərin 15%-ni təşkil edir. Yəni həyatın davam edə bilməsi üçün əsas maddələrdən biri hesab olunur. Atmosferdə də təxminən 78% azot var. Ancaq canlılar azota olan tələbatlarını havadan ala bilməzlər, yəni bu qaz hər hans bir yolla canlıların istifadə edə biləcəyi formaya çevrilməlidir. Bu qaz canlılar tərəfindən istifadə edilib tükənməməsi üçün isə dövr edərək təkrar atmosferə daxil olmalıdır. Bu prosesi isə mikroskopik bakteriyalar yerinə yetirir.
Atmosferdəki azot dövr edərək müxtəlif formalarda yer üzünə daxil olur. Azot dünyaya yağışlar vasitəsilə nitrat turşusu şəklində daxil olur. Azot turşusu bakteriyalar tərəfindən torpaqda nitrat ionlarına çevrilir və bitkilər ancaq bununla qidalana bilirlər.
Azot qazı həm də havadan birbaşa torpağa daxil ola bilir. Bəzi noxud və lobya kimi paxlalı bitkilərin köklərində olan bakteriyalar havadakı azot qazını torpağın içinə çəkirlər. Burada möhtəşəm dizaynla qarşılaşırıq. Bütün orqanizmlərin inkişafı üçün ən əhəmiyyətli mineral azotdur. Nuklein turşu hüceyrələrinin orqanoidlərinin çoxu bu maddəyə möhtacdır. Bitkilərin böyüməsi üçün azota ehtiyacları var. Buna görə də, azot və bitkilər demək olar ki, dünyanın ən faydalı işbirliyini qurmuşlar.
Bitkilər bakteriyaları köklərindən özlərinə tərəf çəkmək üçün xüsusi qida maddələri ifraz edirlər. Sonra bakteriyalar köklərdə meydana gələn xüsusi boşluqlardan içəri girərək, bitki kökünə yerləşir və burada çoxalaraq düyünlər meydana gətirirlər. Yediyimiz əksər tərəvəzlərin, bitkilərin, taxılların yetişməsi və ekoloji tarazlığın azotun dövr etməsi ilə stabil qalması üçün bu proseslərin olması vacibdir.
Təkamülçülərin bəsit dedikləri bakteriyalar azotun dövr etməsinə kömək edir. Bakteriyalar kimya laboratoriyasında çalışan insanlara bənzəyir və bu elmi bilməyənlər üçün mənasız olan qarışıq kimyəvi reaksiyaları ilk yaradıldıqları gündən etibarən heç dayanmadan həyata keçirirlər. Aşağıdakı azotun alınması reaksiyasını tapmaq belə alimlər üçün böyük müvəffəqiyyətdir.
N2 + 8H+ 8e- + 16 ATP = 2NH3 + H2 + 16ADP + 16 Pi
Bu reaksiyanın reallaşa bilməsi üçün həm də fotosintez, tənəffüs və ya qıcqırma prosesləri də olmalıdır. Bakteriyalar əksər insanların fikirlərini qarışdıran bu formullardan gündəlik istifadə edirlər. Amma bakteriyalar bu kimyəvi prosesləri yerinə yetirmək üçün xüsusi bir təhsil almayıblar.
Hər yeni bakteriya xüsusi olaraq öyrədilmiş bir kimyaçıya aid bütün ləvazimat və məlumatlarla birlikdə yaradılır. Həmçinin bu proseslər yalnız bitkinin kökləri ilə də məhdudlaşmır. Məsələn, bəzi bakteriyalar müxtəlif yerlərdə və formalarda olmalarına baxmayaraq, eyni reaksiyanı həmin ləvazimat və məlumatlarla mükəmməl şəkildə həyata keçirə bilirlər.
Bu reaksiyalar zamanı bakteriyaların istifadə etdikləri azotlaşmış fermentlər kompleksi oksigen qazına qarşı çox həssasdır. Oksigenlə reaksiyaya girdikdə məhv olur, buna görə də, zülallar dəmirin birləşmələri ilə reaksiyaya girirlər. Lakin bu vəziyyət fotosintez edərək oksigen qazı yayan sianobakteriyalar və torpaqda sərbəst halda yaşayan azotobakteriyalar üçün problemdir. Bakteriyalar isə bu problemə qarşı tədbirli yaradılmışlar. Məsələn, azotobakteriyalar və növləri digər orqanizmlərdən fərqli olaraq ən yaxşı tənəffüs sisteminə sahib olan maddələr mübadiləsi ilə hüceyrələrində az miqdarda oksigen qazı saxlayaraq fermentləri qoruyurlar. Həmçinin azotobakteriyalar və növləri çox yüksək miqdarda hüceyrədən kənar kimyəvi birləşmələr əmələ gətirirlər. Bakteriyalar bu birləşmələrin meydana gətirdiyi yapışqan mayenin içindəki su molekullarını mühafizə edir və oksigen qazının yayılma miqdarına da nəzarət edirlər. Azot qazının miqdarını tənzimləyən rizobiy kimi bakteriyalar isə bitki köklərindəki düyünlərdə oksigen istehlak edən molekullara sahibdirlər. Yalnız yaşayan bakteriyalar və ya bakteriyasız yaşayan bitkilər bu maddəni istehsal edə bilmirlər.
Bu nümunələrdən göründüyü kimi, insanların və digər canlıların qidalanması üçün azot qazı müəyyən formalara çevrilməlidir. Azot qazı və birləşmələri bütün dünyanı əhatə edəcək qədər müxtəlif formada və çoxdur. Həmçinin bu müxtəlif birləşmələr üçün də müəyyən bir sistem olmalıdır. Təbiətdəki bu müxtəlif sistemlər təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüflərlə meydana gəlməmişdir. Hər bir sistem bütün detalları ilə xüsusi dizaynla yaradılmışdır. Bu sistemi hər şeyin yaradıcısı, üstün güc və qüdrət sahibi Rəbbimiz bir məqsədlə yaratmışdır.